Sahib olduğunuz burun forması xarakterinizdən xəbər verir – FOTO

Sahib olduğunuz burun forması xarakterinizdən xəbər verir – FOTOİlk eşidəndə qulağa inandırıcı gəlməsə də insanın burun şəkilinin xarakteri haqqında məlumat verməsiylə bağlı ciddi elmi araşdırmalar mövcuddur.
Son olaraq Ben-Gurion Universitetinin Professoru Abraham Tamir bu məsələ üzərində geniş tədqiqat işi aparıb və əldə etdiyi məlumtları "Journal of Craniofacial Surgery" adlı elmi jurnalda paylaşıb.
Turkustan.info burun formalarının hansı mənaya gəlməsi ilə bağlı maraqlı yazı təqdim edir.
Bu məlumatı öz üzərinizdə yoxlamamışdan öncə təqdi edəcəyimiz şəkildə eyni olmasa da öz burnunuza ən yaxın olan burun tipini seçin.
Sonra isə aşağıdakı siyahıdan xüsusiyyətlərini dəqiqləşdirin:
1. Nubian burun
Düz burun sümüyü və yüngül maili burun ucuna malik bu burun tipi nubian burun adlanır. Nubian burun tipinə malik insanlar ehtiraslı və uğur əldə etməyə çox meyllidirlər. Açıq fikirlidirlər, insanları ətraflarında toplamaq məsələsində ustadırlar. Ümumiyyətlə, özünü sevdirən və bu sayədə insanları istiqamətləndirən insanlar bu burun tipinə malikdir. Liderlik mövzusunda yaxşı ola bilərlər.
2. Yunan burun
Adından məlum olduğu kimi bu burun tipi adını qədim yunan heykəllərinə oxşarlıqdan alıb. Bu burun tipi qədim dövrlərdən bəri güclü və avtoritar şəxsiyyət ilə eyniləşdirilib. Belə buruna sahib insanlar olduqca parlaq xarakterə malikdir və məntiqsizliklərdən xoşlanmırlar. Adətən özlərindən bəhs etməzlər, sehrlidirlər. Boş danışmazlar, danışdıqları zaman hər kəsə özlərini dinlədirlər. Danışdıqları şeylərlə bağlı həqiqi bilgiyə sahibdirlər. Bundan başqa, əsasən fiziki olaraq maraqlıdırlar.
3. Halqa burun
Bu burun tipinə malik insanlar ətraflarında sərt adamlar kimi tanınsa da, əslində olduqca mehriban, əyləncəli və fədakar insanlardır. Sevdikləri insanlara olduqca çox dəyər verirlər və sevdikləri insanlara zərər verən şəxslərə qarşı daha sərtləşə bilərlər. Ümumiyyətlə qorumaçı bir quruluşları var və sevdikləri insanları bədbəxt görməmək üçün öz xoşbəxtliklərini belə fəda edərlər. İş məsələsində isə onlara verilən vəzifələri ən yaxşı şəkildə yerinə yetirməyə cəhd edirlər.
4. Xaricə əyilmiş burun
Halqa burunla bu burun tipinin fərqli nöqtəsi burunun sümük hissəsində aşağı doğru qırığa bənzər bir maililik olmasıdır. Bu burun quruluşuna sahib olanlar əzmli və gördükləri işə dörd əllə sarılan insanlar olaraq tanınırlar. Bu əzm şən quruluşları ilə birləşəndə insanları ətraflarında toplamaqda heç bir çətinlik çəkməzlər. Lider quruluşda deyillər, ancaq insanları təşkil etmə qabiliyyətləri çox yüksəkdir. Bu üzdən idarəçilikdən çox təşkilatçı olaraq vəzifə tutduqları mövqelərdə daha səmərəlidirlər.
5. Kiçik burun
Bu burun tipi kiçik, ortada basıq və uca doğru yüngül qalxmış formadadır. Doğuşdan bu burun tipinə sahib olanlar başına buyruq olmalarıyla tanınırlar. Azadlıqlarına olduqca çox bağlıdırlar, ancaq romantikdirlər, kövrəkdirlər. Həm azadlıqlarına düşkün, həm də duyğusal olmaları onların ən böyük çatışmazlığıdır. Çünki azad olmağın gətirdiyi ağır məsuliyyətlər qarşısında kədərlənə bilərlər. Ümumi olaraq təmiz ürəkli insanlardır. Bundan başqa, psixoloji problemlər yaşamağa meyllidirlər.
6. Düz burun
Bu burun şəklinə malik insanların məntiqli olurlar. Hisslərinə hakim və hadisələrə sakit və məntiq çərçivəsində yanaşan xarakterlərinə görə ətraflarındakı insanlardan hörmət görürlər. Həll yönümlü insanlar olduqları üçün digər insanlar hər hansı bir problem yaşayanda bu tip insanlara müraciət edirlər. Özlərinə inamlıdırlar və davamlı olaraq özlərini inkişaf etdirirlər. Həmçinin, bu burun tipinə malik şəxslər xarici görünüşləri təsirli və cəlbedicidir.
7. Çuxurlu burun
Bu burun tipində burunun ortasında yüngül bir çuxur var. Özünəməxsus və fərqli xarakterə sahib insanlar bu burun tipinə malikdir. Başqalarının problemlərini duyurlar və eqoizmdən xoşlanmırlar. İnsanların həm sevgisini, həm hörmətini əldə edən insanlar həmişə bu qrupdadır. Hazırcavab quruluşları, filantrop şəxsiyyətləri və təbii olaraq gələn liderlik xüsusiyyətləri ilə birlikdə insanların örnək olaraq gördüyü bir çox kimsə bu burun növündədir.
8. Sümüklü burun
Adı qulağa xoş gəlməsə belə bu burun tipinə malik insanlar sevgi dolu olurlar. Ayrıca sümüklü burun tipinə malik insanlar gördükləri işə özlərini yüz faiz verirlər və heç vaxt sizi xəyal qırıqlığına məruz qoymurlar. Yaxşı dinləyicidirlər və sevdikləri insanlara sonsuz bir dəstək bildirirlər. Bu burun tipində biri ilə dost və ya qohum olsanız həqiqətən çox xoşbəxt olarsınız. Çünki arxanızda sizi heç vaxt yarı yolda buraxmayacaq möhkəm bir xarakter var deməkdir. Saglamolun.Az

Maraqlı     Baxılıb: 2421   Tarix: 02 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Prezident təqaüdünə layiq görülən tələbələr - ADLAR

Prezident İlham Əliyevin "2023-2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" Sərəncamına əsasən, bu təqaüdə layiq görülən 102 nəfə

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

"Böyük Qayıdış kimi tarixi prosesi gənclərə çatdırmaq müəllimlərin əsas vəzifəsidir - Hafiz Paşayev

Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu təhsilin təminatçısı müəllimdir. Müəllim adını qorumaq, yüksəltmək hər birimizin vəzifəsidir.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfi

.

Müəllim və direktorlara ŞAD XƏBƏR

2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsai

turlar.az

yaz geyimleri 2026 kosmetika mehsullari maskalar psixologiya uşaqlar üçün uşaq geyimləri əlibala hacızadə kosmetika bayatılar burcler haqqinda novruz hakıştası xeyanet aybawi