Şahların yeməyi DOMBALAN - Ən bahalı göbələkdən RESEPT
Avropada trüfel kimi tanınan ən bahalı göbələk növü, bizdə isə onun bir növü olan dombalan mövsümü gəldi. Bir vaxtlar şahların, kralların, şahların yediyi, elə indi oliqarx və zəngin insanların bahalı restoranlarda sifariş edib, bəh-bəhlə yediyi, dadı olmasa da, faydası çox dombalan Azərbaycan torpağında da yetişir.
Xanim.az xəbər verir ki, mövsümündən asılı olaraq bazarlarda 20-30-50 manata satılan dombalanın dadını çox az adam bilir. Daha çox Gəncə, Goranboy, Naxçıvan bölgələrində yetişən dombalan göbələyi immun sistemini yaxşılaşdırır, xərçəngdən qoruyur, orqanizmi cavanlaşdırır, sinir sisteminə müsbət təsir edir.
Özünəməxsus dadı olan göbələkdən olan yemək reseptini təqdim edirik:
Ərzaqlar:
2-3 ədəd dombalan göbələyi
1 ədəd quru soğan
2 qaşıq kərə yağı
2-3 ədəd yumurta
duz, istiot
Zövqə görə keşniş, şüyüd.
Hazırlanma qaydası.
Əvvəlcə baş soğanı doğrayıb qızardırıq. Göbələyin qabığını soyub nazik-nazik doğrayıb, soğanın üzərinə əlavə edirik. Göbələyi yumşalana qədər qovurur, sonra yumurta və göyərti əlavə olunur. Sonda duz -i stiot səpirik. / Milli.Az
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür