Şanel: "Paltarın içində qadın axtarın"
XX əsr boyu insanlar özlərini sərbəst ifadə etmək azadlığı uğrunda mübarizə aparıblar. Şəffaf paltar bu cür azadlığın ən ali nöqtəsidir.
Şəffaf alt köynəklərini hələ eramızdan əvvəl 1500-1300-cü illərdə Misir qadınları geyiniblər. XIV əsrdə isə 7-ci Karlın sevgilisi Aqnessa Sorel tamamilə açıq sinəni dəbə gətirib. Onun bu vəziyyətdə çəkilmiş protretləri heç də rəssamın təxəyyülü deyil. Bir neçə əsr sonra isə açıq sinənin yenidən dəbə düşməsində Lukreçiya Borcanın rolu olub. Daha sonra Fransada Jozefinanın zamanında şəffaf parçadan tikilmiş paltarlar dəbə düşüb, lakin onlar Lukreçiya Borcanın paltarlarının yanında rahibə geyiminə oxşayırdı. XX əsrin əvvəllərində isə zəngin və məşhur markiza Luiza Kazati özündən əvvəlki dəbsevərlər kimi qapalı paltarlardansa, bədəni açan paltarlara üstünlük verib. Və təbii ki, dəb bu cür geyimləri qəbul etdiyi kimi, qadın bədəninin də mükəmməlliyini tələb etməyə başlayıb.
Məşhur modelyer Şanel bir vaxtlar belə deyib: "Paltarın içində qadın axtarın. Əgər qadın yoxdursa, paltar da yoxdur". Bu mənada, bu mövsümün dəbi olaraq şəffaf paltarlar və heç nəyi gizlətməyən parçalardan libaslar idealdır. Şəffaf parçalara olan dəb, yarıçılpaq bədənlərə olan dəb deməkdir. Bu zaman əvvəllər olduğu kimi yalnız modellərin deyil, adi insanların bədəni diqqət mərkəzindədir.
Bu payız mövsümündə şəffaf topiklər və donlar dəbdədir. Tikmələri olan nazik şifon, yaxud qatları olan ətək, ümumi obrazınıza şəffaflıq gətirən digər elementlər - seçim sizindir. Əgər orijinal payız üslubu yaratmaq istəyirsinizsə, nazik şifon parça ilə dəri geyimi kombinasiya edin.
Qadın gözəlliyini vurğulayan şəffaf geyimlər cəsurluq tələb edir. Bəs şəffaf paltarları necə və harda geyinməli? Açıq rəngli şəffaf geyimlərin altında ət rəngli alt geyimi geyinmək lazımdır, bu zaman paltar çox cazibədar görünür. Tünd rəngli köynəklərin altından isə fərqli rəngdə olan alt geyimi geyinə bilərsiniz. Tünd rəngli alt paltarını geyimə uyğun rəngli topiklə əvəzləmək olar. Ən gözəl variant isə şəffaf geyimi qalın parçadan olan paltarın üstündən geyinməkdir. Məsələn, nazik şifon köynəyi dar futbolkanın üzərindən geyinmək olar, yaxud da əksinə. Lakin ahəngdarlığa riayət etmək lazımdır. Məsələn, krujevanı qətiyyən şifon, velyur, məxmər, dəri geyimlə və krujeva kolqotkalarla geyinmək olmaz. Ən ideal variant çiyinə jaket yaxud kardiqan jilet atmaqdır. Məsləhət görülməyən variant isə şəffafla şəffafı birlikdə yeyinməkdir. Dəbdə olan şəffaf don və köynəklər geyinməkdən çəkinməyin. Onlar eleqant görünəcək və açıq-saçıqlığa deyil, gözəl bədən quruluşuna işarə ola bilər.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq