Şar üfürmək olmaz - Pulmonoloqdan XƏBƏRDARLIQ

Şar üfürmək olmaz - Pulmonoloqdan XƏBƏRDARLIQKoronavirusdan sonra ciyərləri bərpa etməyin bir neçə yolu var, amma internetdə dərc olunmuş bəzi məsləhətlər təhlükəli ola bilər.
Publika.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bunu Sankt-Peterburqun 2 saylı çoxprofilli xəstəxanasının pulmonoloqu İrina Kroşkina deyib.
Onun sözlərinə görə, xəstəlikdən sağalandan sonra şar üfürmək olmaz, çünki bu, ağciyərləri gücə salır. Ağciyər toxuması zəifləmiş olduğundan pnevmotoraks (havanın plevra boşluğunda yığılması, ağciyərin tam və ya qismən kollapsına səbəb olur) əmələ gələ bilər. Həmçinin bronxların "dezinfeksiyası" üçün yağlı inhalyasiyalar etməyə də gərək yoxdur. Efir yağı respirator boruya düşdükdə alveolit başlaya bilər (ağciyər alveollarının iltihablaşması ilə fibroz əmələ gəlməsinə meyllilik).
"Tibbi ədəbiyyatda "yağlı pnevmoniyalar" təsvir olunub, bunlar, yeri gəlmişkən, çox ağır keçirilir. Nəfəs yollarına havadan başqa heç nə keçməməlidir", - pulmonoloq qeyd edib.
O, ağciyərlərin bərpasında müsbət nəticə verə biləcək metodları açıqlayıb. Həkimin sözlərinə görə, rahat templə piyada gəzmək çox xeyirdir. Bu zaman çubuqdan (əsadan) da istifadə etmək olar. Tədricən isə həm yerişin intensivliyini artırmaq, həm də marşrutu uzatmaq gərəkdir. Həmçinin saman çöpü ilə suyun üzərinə üfürmək olar: "Ləng surətdə hava alın, dördəcən sayıb nəfəsinizi saman çöpüylə verin - nəfəs verməyiniz almağınızdan 1,5 dəfə uzun olmalıdır, yəni nəfəs verərkən 6-dək saymaq lazımdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 972   Tarix: 17 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

toy gecesi toy makiyajlari aksessuarlar xina ucun hakistalar hamileliyin elametleri sevinc tofiqqızı dondurmalar kosmetika kondom webnem tovuzlu novruza aid hakistalar eqreb sanama