Sarımsağın bilmədiyiniz FAYDALARI
Sarımsağın əksər antibiotikdən daha təsirli olduğu məlum olub.
Publika.az xəbər verir ki, antibakterial təsirə malik sarımsağın faydalı xüsusiyyətləri ildən-ilə daha çox aşkar edilir.
ABŞ-ın Baltimor universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma sübut edib ki, sarımsaqdan alınan efir yağı "Layma" xəstəliyi ilə mübarizədə effektiv ola bilər.
Hazırda "Layma" xəstəliyi antibiotiklərlə müalicə olunur və bu, bədən üçün xoşagəlməz yan təsirlərə səbəb olur. Məsələn, pasientlərin 20%-də müalicə kursundan sonra yorğunluq, depressiya və oynaq ağrıları müşahidə edilir.
Tədqiqatlar həmçinin zəncəfil yağı, kəklikotu yarpaqları, qarağat və darçın toxumlarının antibiotik xüsusiyyətlərə sahib olduğunu da göstərir.
Lakin həkimlər, mədə xorası, qastrit və qan azlığından əziyyət çəkən insanlara sarımsaqdan istifadə etməməyi tövsiyə edirlər.
Təzə sarımsağın qəbulu mədəaltı vəzin iltihabı, böyrək xəstəlikləri və hemoroid vəziyyətində xüsusilə təhlükəlidir.
Tərəvəz, hamiləlik, laktasiya və piylənmə zamanı da əks təsirə malikdir. Pəhriz saxlayanlara sarımsaqdan istifadə məsləhət görülmür. Çünki iştahanı artırır.
Həddindən artıq sarımsaq qəbulu epilepsiya, baş ağrısı və diqqət dağınıqlığı yarada bilər. /publika.az









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Hər gün üzüm yesək, nə olar?