Saxta balın fəsadları - Xərçəng TƏHLÜKƏSİ

Saxta balın fəsadları - Xərçəng TƏHLÜKƏSİBal 40-dan çox növü olan, çoxlu sayda mineral və vitaminlərlə zəngin olan, saysız-hesabsız müalicəvi xüsusiyyətləri özündə daşıyan qida məhsuludur.
Publika.az-ın Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, balın rəngi və dadı tərkibindəki çiçək və otlardan asılı olaraq dəyişir. Tərkibində 13-20% su, 80%-dən çox karbohidrat, 0.4% zülal, 0.3% kül var. Bundan başqa, üzvi turşular, fermentlər, mineral və vitaminlərlə də zəngindir. Bal dadlandırıcı və qoruyucu kimi qənnadı sənayesində və müalicə məqsədilə istifadə olunur. Balın sağlamlığa faydalarını saymaqla bitməz. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, bal insan orqanizminə müsbət təsir göstərir, həmçinin bir çox xəstəliyin qarşısını alır.
Bəzən balın tərkibində bakteriya, kif və maya göbələklərinə də rast gəlinir. Bu mikroorqanizmlərin miqdarı balın keyfiyyəti və təhlükəsizliyinə təsir edir. Xoşbəxtlikdən bakteriya və mikrobların çoxu balda böyüyə və çoxala bilmir, lakin spor əmələgətirən mikroorqanizmlər (Bacillus cereus, Clostridium perfringens) balda uzun müddət yaşaya bilərlər.
Saxta balın bir sıra orqanoleptik xüsusiyyətləri təbii balla oxşar olsa da, arılar tərəfindən istehsal olunan təbii balın tərkibində olan fermentlər, çiçək tozu və dekstrinlər süni balda yoxdur. Saxta bal hazırlanarkən şəkərli məhsul (yemiş, qarpız, şəkər qamışı və şəkər çuğunduru), təbii (dazı otu, çay dəmləməsi, zəfəran), yaxud süni rəngləndiricilər istifadə olunur. Hazırlanmış süni balın dadının təbii bala uyğunlaşdırılması üçün az miqdarda təbii baldan istifadə olunur.
Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, təbii bal və şəkəri ayıran çox mühüm fərqlər var. Şəkər həzm sistemində parçalanaraq qana keçir, lakin təbii bal parçalanmadan sürətli şəkildə qana qarışa bilir. Beləliklə, bal insan orqanizminin ən yüksək dərəcədə faydalana biləcəyi qida məhsuludur. Lakin süni bal sırf şəkərdən hazırlandığından insan orqanizminə bir sıra fəsadlar törədə bilər.
Şəkər orqanizmdə qaraciyər tərəfindən metabolizə edilir, bu da qaraciyərin bəzi funksiyalarının pozulmasına və daha çox fəaliyyət göstərməsinə gətirib çıxarır. İnsanın aktiv həyat tərzi keçirməməsi və normadan artıq şəkər qəbul etməsi aşağıdakı bir çox xəstəliklərə səbəb ola bilər:
- Xərçəng hüceyrələrinin yaranması;
- Qaraciyər piylənməsi;
- Depressiya və psixi pozğunluqlar;
- Diabet xəstəliyi;
- Normadan artıq çəki;
- Damar tıxanıqlığı;
- Uşaqlarda böyümə hormonlarının ifrazının ləngiməsi və orqanizmin hormonal balansının pozulması;
- Uşaqlarda diqqət dağınıqlığı;
- Dişlərin çürüməsi və buna bağlı böyrək və bağırsaq iltihablanmaları;
- Orqanizmin immun sisteminin zəifləməsi.
Bütün bunları nəzərə alaraq istehlakçılar yalnız təbii baldan istifadə etməlidir. Lakin saxta balı təbii baldan qoxusuna, rənginə və dadına baxaraq istehlakçıların ayırd edə bilməsi mümkün deyil. Bunu ancaq laborator müayinələr nəticəsində mütəxəssislər ayırd edə bilər. /publika.az

Sağlamlıq     Baxılıb: 1973   Tarix: 26 mart 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

turlar.az

makiyaj etmek qaydalari geyim necə seçməli kosmetik vasiteler ariqlamaq ucun yasil cay salatlarin dizayni abqoranin hazirlanmasi balqabağın faydaları kosmetika hakistalar saglam qidalanma novruz hakıştası bayatı efsane