Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidirSəhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər.
Milli.Az xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlıq problemlərinin ilkin əlaməti kimi ortaya çıxa bilər.
Gün ərzində artan yorğunluq, səhər saatlarında bədəndə tutulma və yayğın ağrı hissi çox vaxt diqqətdən kənarda qalsa da, həkimlər bu simptomların əhəmiyyətli xəbərdarlıq siqnalları olduğunu vurğulayır.
Türkiyəli həkim Yeliz Zahiroğlu qeyd edib ki, revmatoloji xəstəliklərdə diaqnozun gecikməsi geniş yayılmış problemdir. Onun sözlərinə görə, bu xəstəliklər vaxtında aşkar olunmadıqda oynaqlarda və əzələlərdə qalıcı zədələnmələr yarada bilər.
Həkim bildirib ki, ankilozan spondilitdə diaqnozun gecikməsi 8 ilə qədər davam edə bilər və bu, onurğada ciddi dəyişikliklərə, hətta qamət pozğunluğuna səbəb ola bilər. Romatoid artritdə bu müddət təxminən 2 ilə qədər uzanır və əsasən əl oynaqlarında zədələnmə ilə nəticələnir. Psoriatik artritdə isə diaqnozun gecikməsi 3 ilə qədər davam edə bilər və bu zaman da oynaq zədələnməsi və əlillik riski artır.
Zahiroğlu əlavə edib ki, xəstəliyin əlamətləri çox vaxt digər səbəblərlə qarışdırılır. Məsələn, bel ağrıları "yorğunluq" və ya "yırtıq" kimi qiymətləndirilir, əl və ayaqlardakı şişkinlik isə fiziki yüklənmə ilə əlaqələndirilir. Bu da xəstələrin həkimə müraciətini gecikdirir.
Onun sözlərinə görə, səhər tutulması iltihabi revmatik xəstəliklərin əsas əlamətlərindən biridir. Bəzi xəstələr bunu "sanki bütün gecə yatmamışam, döyülmüş kimiyəm" kimi təsvir edir. Halbuki bu, ciddi xəstəliyin göstəricisi ola bilər.
Həkim erkən diaqnoz və müalicənin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, vaxtında başlanılan düzgün müalicə ilə xəstəliyin inkişafını dayandırmaq və xəstənin həyat keyfiyyətini qorumaq mümkündür. O, həmçinin qeyd edib ki, dərman müalicəsi yalnız həkim nəzarəti ilə aparılmalı, xəstələr müalicəni özbaşına dayandırmamalıdırlar.
Mina Mikayılova
Milli.Az

Xəbərlər     Baxılıb: 989   Tarix: 24 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

kosmetik vasiteler qadin dunyasi geyim və ayaqqabılar toyuq yeməkləri ancelinacoli vətən bayatıları kişi xəyanət edərsə kosmetika şirin qoğal meseller rus dilini öyrənək dolça ana haqqinda bayati