Səhər yeməyindən imtina etsəniz
Qida qəbulunda çox uzun fasilələrin edilməsi sağlamlığa mənfi təsir edir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, endokrinoloq Aleksey Kalinçevin müsahibəsində bildirdiyinə görə, səhər yeməyindən tam imtina edən insanlar mədə-bağırsaq traktına zərər vurmaq riski ilə üzləşirlər.
"Səhər yeməyindən imtina edilməsi və ya qida qəbulu arasında uzun fasilələr mədə-bağırsaq traktı xəstəliklərinin kəskinləşməsinə səbəb olur", - deyə Kalinçev xəbərdarlıq edib.
Həkim qeyd edib ki, adi səhər yeməyi əvəzinə səhərlər acqarına və ayaqüstü qəhvə içmək vərdişi qastritin yaranmasına səbəb ola bilər - xüsusən də belə vərdişi olan insan üstəlik siqaret çəkirsə. Bir müddət sonra səhər yeməyindən bu şəkildə imtina edilməsi istər-istəməz xoşagəlməz simptomlara, ağrı sindromuna səbəb olacaq.
Endokrinoloqun sözlərinə görə, bu gün yetkin əhali arasında məktəb vaxtından qalan həzm problemi olmayan insan tapmaq demək olar ki, mümkün deyil - bir çoxunda, xroniki formada qastrit və ya pankreatit aşkar edilə bilər. Səhər yeməyindən imtina edilməsi, nizamsız qida qəbulu, ayaqüstü qida qəbulu, acqarına çətin həzm olunan yeməklər və içkilərin qəbulu problemlərin daha da ağırlaşmasına gətirə bilər.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi