Səhərlər gözlərin kənarında seliyin əmələ gəlmə səbəbini bilirdinizmi?

Səhərlər gözlərin kənarında seliyin əmələ gəlmə səbəbini bilirdinizmi?Hər səhər gözlərin kənarında seliyin əmələ gəlməsi demək olar ki, əksər insanların rastlşdığı bir vəziyyətdir. Xalq arasında bu seliyi müxtəlif cür adlandırırlar. Bu adlar arasında gözün quruması, şəkərləməsi, gözün tutulması və s.də var. Gözün səhərlər seliklə tutlması səbəbindən az adam həkimə müraciət edir. Amma bu vəziyyət bəzən narahatçılıq əmələ gətirir. Düzdür gözün səhərlər seliklə tutulması orqanizm üçün təhlükəli hesab edilmir, lakin onun əmələ gəlməsi heç də xoş hal hesab edilmir. Əslində yuxudan durarkən gözlərin ətrafında qurumuş seliyin olmasında təəccüblü heç nə yoxdur. İnsanlar daxil olmaqla bütün məməlilərin göz alaması üç qat qoruyucu təbəqədən ibarətdir. Bu təbəqələrlə göz alması arasında olan məsafədə qoruyucu nəmlik olur.  
Birinci qat gözün buynuz qişaını qoruyur. Həmin hissənin nəmliyi polsaxarid tərkibli selikdən ibarətdir.
İkinci qat maye təbəqədən ibarətdir. Mayenin əsas hissəsini su təşkil edir. Bu qatın olması göz üçün çox əhəmiyytlidir. Çünki, ikinci qat göz üçün əhəmiyyətli funksiyanı idarə edir. Onun işi gözü oksigenlə qidalandırmaqdan ibarətdir.
Üçüncü qat yağlı təbəqə sayılır. Bu təbəqə bizim gözümüzün görünən hissəsinin daima nəm olmasına səbəb olur və yad çisimlərin gözü zədələməsindən qoruyur. Üçüncü qat bir növ gözü plyonka kimi tutur. Bu hissənin fəaliyyətini ilk dəfə tibb elminə Henrix Meybom açıqlamışdır. Bu səbəbdən də həmin qatın fəliyyəti onun adı ilə bağlıdır. Üçüncü qat gözümüzü quruluqdan və zədələrdən qoruyur. Onun fəaliyyəti isə bədənimizin temperaturundan asılı olur.
Biz yatarkən bədənimizin temperaturu tədricən aşağı düşməyə başlayır. Bu zaman gözünüzdəki meybum göz kənarlarına süzülür və quruyur. Bu da səhərlər yuxudan durana kimi bizim göz ətrafımızda olan qurumuş seliyin əmələ gəlməsinə səbəb olur. Üçüncü təbəqədə olan meybum vəzilərinin fəal işləməsi isə seliyin miqdarının çox olmasına səbəb olur.Selik gözün daxilində olduqda yumşaq, xaricə axıb hava ilə reaksiyaya girdikdə isə quruyub qənd kimi olur. Səhərlər gözünüzün ətrfında gördüyümüz bu maddə gözümüzün sağlamlığı üçün vacib rol oynayır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1370   Tarix: 12 may 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda

Modern həyatın sürətli tempi bir çox insanın keyfiyyətli yuxu almasına mane olur. Bir çox insan bu problemin həllini yan təsirləri ola bilən sintetik yuxu dərmanlarında axtarır. Son illərdə isə sağlamlıq dünyası bu problemi

.

Kimlər qan üçün donor ola bilməz?

Qan donorluğu minlərlə insanın həyatını xilas etsə də, hər kəs donor ola bilmir. xəbər verir ki, həkimlərin sözlərinə görə, həm donorun, həm də qan alan şəxsin təhlükəsizliyi üçün müəyyən məhdudiyyətlər mövcuddur. Mütəxəssislə

.

Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq

"Pediatr olaraq valideynlərə ən çox vurğuladığımız mövzulardan biri körpənin ətraf mühit gigiyenasıdır". . xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canl

.

Zehni rahatlıq üçün bu qaydalara əməl edin

Sosial şəbəkələrin yaratdığı təzyiq, gərgin iş qrafiki və gündəlik həyatın artan məsuliyyətləri bir çox insanın özünü zehni cəhətdən tükənmiş hiss etməsinə səbəb olur. Mütəxəssislər hesab edirlər ki, daimi onlayn olmaq v

.

Eşşək dişləməsi insan ölümünə səbəb ola bilərmi? - ARAŞDIRMA

Xəbər verdiyimiz kimi,Xaçmaz rayonunda 70 yaşlı kişi ölüb. Kənd sakininin ölümü eşşək dişləməsi ilə əlaqələndirilir. Məlumata görə,o, bir müddət ev şəraitində müalicə alıbmış. Bəs uzunqulaq dişləməsi nəticəsində insan ölüm

.

İsti havalarda su əvəzinə süd için

Yay aylarında yüksək temperatur səbəbindən orqanizm daha çox maye itirir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, su əsas maye mənbəyi olaraq qalsa da, bəzi içkilər bədənin daha uzun müddət nəmlənməsinə kömək edə bilər

.

Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur

Kofein bəzi hallarda miqren ağrılarını yüngülləşdirə bilər. Mütəxəssislərin fikrincə, qəhvə və bəzi qazlı içkilərin tərkibində olan kofein müəyyən hallarda miqren tutmalarının şiddətinin azalmasına kömək edir. Nevroloq Kseniy

.

3 tərəvəzi yedikdən sonra şəkərli saqqız çeynəyin: Təzyiqi düşürməyin yeni yolu

Kings College London və Reading Universitetinin tədqiqatçıları ilk dəfə olaraq maraqlı bir faktı aşkara çıxarıblar: ispanaq, çuğundur və kələm kimi nitratla zəngin tərəvəzlər yedikdən sonra şəkərli saqqız çeynəmək qan təzyiqin

turlar.az

donlar 2026 yaz geyimleri 2026 sac duzumleri aksesuar böyrək problemi qadin saytlari faydalı məlumat kosmetika məsəllər baldiz əfsanələr oglaq banan