Səhərlər mütləq bunları yeyin - İNANILMAZ FAYDALARI

Səhərlər mütləq bunları yeyin - İNANILMAZ FAYDALARISəhər yeməyi günün ən vacib qidalanmasıdır. Vaxt azlığı, iştahanın olmaması səbəbindən səhər yeməyindən imtina edilməməlidir. Unutmayın, balanslı səhər yeməyi sağlam həyat tərzi keçirmək üçün vacib şərtdir.
Səhər yeməyi beyinin işini gücləndirir, xüsusilə məktəbli uşaqlarda bu daha önəmlidir. Araşdırmalara görə, səhər yeməyi uşaqların yaddaş və düşünmə qabiliyyətini yaxşılaşdırır, biliyin qavranılmasına kömək edir.
Səhər yeməyi ilə bağlı Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-a verilən bəzi əsas məqamları diqqətinizə çatdırırıq.
Səhər yeməyi yeyən uşaqlar və böyüklər ondan imtina edənlərdən daha çox lif, kalsium, A və C vitaminləri, riboflavin, sink və dəmir alırlar. Hətta çəki artımından ehtiyatlanan insanlarda belə səhər yeməyi sağlam çəkidə qalmağı təmin edir. Səhər yeməyi bədənə gümrahlıq verir, ürəyin fəaliyyətinə, həzm sisteminin funksiyasına, sümüklərə faydalı təsir göstərir, tox saxlayır və əhval-ruhiyyəni yaxşılaşdırır. Səhər yeməyini istehlak etməyən insanlarda qanda xolesterinin (ürək xəstəlikləri risk faktorlarını yaradan) miqdarı daha yüksək olur. Məlumdur ki, yulaf qarışığındakı, dənli bitki tərkibli çörəkdəki liflər xolesterinin səviyyəsini aşağı salır.
Faydalı səhər yeməyi sağlam sümüklər üçün vacib olan qidaları ehtiva edir. Məsələn, ən çox istifadə olunan süd kalsium, D vitamini və zülallarla zəngindir. Beynəlxalq Qida İnformasiya Şura Fondunun (İnternational Food İnformation Council Foundation) məlumatına əsasən, hətta günə ənənəvi olaraq taxıl və süd məhsulları ilə başlayan insanların orqanizminə kalsium yeddi dəfə daha çox daxil olur. Aparılan son tədqiqatlar göstərdi ki, süd və dənli bitkilərdən hazırlanan səhər yeməyi orqanizmdə insulinin səviyyəsinin tənzimlənməsinə kömək edə bilər. Süd tərkibli məhsullar, meyvələr, arpa, buğda, qarabaşaq bitkilərindən hazırlanmış çörəklər və bu kimi səhər yeməkləri metabolik sindrom riskini azaldır.
Beləliklə, sağlam səhər yeməyi gün boyu sərf edəcəyimiz enerjini artırmaq üçün olduqca faydalıdır. Eyni zamanda düzgün və balanslı səhər yeməyi gün ərzində orqanizmi vacib olan qida maddələri ilə təmin etməklə diqqəti və yaddaşı yaxşılaşdırır,  sağlam bədən kütləsini qoruyur.
Səhər yeməyi sağlam qidalanmanın əsas amillərindən biri olduğundan qida rasionuna aşağıdakılar mütləq daxil edilməlidir:
- Bütün dənli bitkilər - tərkibi az şəkərli, lifləri çox olan taxıl və yulaf unu, buğda tərkibli tostlar və ya buğda simitinin ½ hissəsi
- Yağ və zülal - yerfındığı yağı, kərə yağı, quru meyvələr, zeytun yağı, qaynadılmış yumurta və ya yağsız ət
- Süd məhsulları - süd, az şəkərli yoğurt, kəsmik, müxtəlif pendir növləri
- Meyvə-tərəvəz - təzə və ya dondurulmuş meyvələr, 100 %-li şəkərsiz meyvə şirələri və ya smuzi (süd, buz, dondurma əlavə edilərək giləmeyvə, meyvə və ya tərəvəzlərin blenderlə qarışığı)
Səhər yeməyi gün ərzində aclığı tənzimlədiyindən heç olmasa 1 stəkan süd və ya qablaşdırılmış halda deyil, təzə portağal şirəsi içmək, dənli bitki tərkibli undan hazırlanmış çörəyin üzərinə az miqdarda yağ çəkərək istehlak etmək, bişmiş yumurta yemək vacibdir. Hətta alma, armud və ya bananın qəbul olunması faydalıdır.
Beləliklə, gün boyu enerjili, gümrah və sağlam olmaq istəyirsinizsə, səhər yeməyindən heç bir halda imtina etməməlisiniz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1136   Tarix: 25 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

kosmetika mehsullari gelinlikler qaşların formalari 2026 gəlinliklər ciyer qovurmasi avto qadın türk şirniyyatları kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır yemek reseptleri dolça opusme sağlamlığın sirleri