Şəkər xəstəliyi

Şəkər xəstəliyiOrta əsr təbabətinə görə bu xəstəliyin əsas səbəblərindən biri yemək rejiminin və böyrəyin funksiyasının pozulmasıdır. Çoxlu ət, ət məhsulları və heyvan yağları işlədilən ölkələrdə şəkər xəstəliyinə tutulurlar. Ağır yağlar, xörəklər işlədilən adamlara bu xəstəlik tez tə"sir göstərir.

Keçmiş həkimlər bu xəstəliyin səbəbini böyrək funksiyasının pozulmasında gördüklərindən, onlar müalicəni də böyrəyin qüvvətlənməsi və onun funksiyasının normallaşması istiqamətində aparmışlar. Əgər xəstələrin (xüsusilə cavan yaşlıların) ümumi vəziyyəti imkan verirsə, onlardan həcəmət qoymaq yolu ilə qan alırlar. Susuzluq zamanı xəstələri soyuq su içməyə qoymur, onları sərin yerdə yatızdırır, böyrək nahiyəsinə sərin kompres qoyur, xüsusilə turş meyvələr verirlər.

Şəkər xəstəliyi olan şəxslərdə böyrəyin tənzimlənməsi üçün, soyuq və qəbizlik xüsusiyyəti olan yeməklər, turp yeməklər, qora, zirinc, limon, keşniş, düyü işlətmək, sərin havada olmaq tövsiyə olunur. Qədim təbabətdə xəstələri şəkərli maddələr, o cümlədən bal yeməkdən çəkindirməmiş, yalnız xəstəliyin şiddətli dövründə onlara həmin qidaları işlətməyi qadağan etmişlər.

Keçmiş təbiblərin əqidəsincə, xəstələr yağlı yeməklərin üzərinə darçın səpsələr, onun zərərini xeyli azaltmış olarlar. Darçın yağların həll olunmasına yaxşı kömək göstərir. Bu xəstəliyə tutulanlara paxla, lobya və dənli bitkilər işlətmək məsləhət görülür. Onlar pəhriz məqsədilə çöl dovşanı və keçi əti yeməlidirlər.

Meyvələrdən çiyələk, böyürtkən, əzgil, nar (narı içərisinin tumları ilə birlikdə yemək lazımdır), zirinc, zoğal axtası, qarağat, alma və armud daha faydalıdır.

Bu xəstəliyi olanlar üçün ən yaxşı qida maddələrindən biri yeralmasıdır. Onlar kartofu kabab kimi və ya buxarda bişirib yeyə bilərlər. Vəzəri, xiyar işlətmək də faydalı vasitələrdir. Qoz, fındıq və püstə şəkər xəstələri üçün xeyirli hesab edilir.

Xəstələrin şəkərə olan ehtiyacını tə"min etmək üçün, şəkər əvəzinə təbii bal işlətmək daha münasibdir. Belə xəstələr səhərlər acqarına 40 gün ərzində gündə 30q abqora içsələr, onların şəkəri aşağı düşər. Onlara çayı tut qurusu ilə içmək, qatıq, qurut kimi qida maddələri işlətmək məsləhət görülür. Şəkər xəstələri şabalıd, çuğundur, kök, şalğam, banan, yemiş, xurma işlətməkdən çəkinməlidirlər.

Susuzluq. Xəstələr tez-tez susuzluqdan şikayət edirlər. Xüsusilə soyuqdəymə hallarında, bədən üzvlərinin iltihablaşmasında daha çox susuzluq yaranır. Bu zaman ən sadə və çox işlənən vasitələrdən biri limon şərbətidir. Quşüzümü şərbəti də bu baxımdan faydalıdır. Onun şirəsinə şəkər qatmaqla bir qədər şirinləşdirib işlədirlər. Qızdırma olduqda bu şərbətə daha çox ehtiyac duyulur. Xiyar və kahı, suda bişirilmiş qabaq tumunun şirəsini susuzluq hallarında istifadə edirlər.

Yemiş və qarpızda çox su olduğundan, onlar da susuzluq hallarında olduqca faydalıdır. Qara tut, armud, xoşməzə sulu heyva, susuzluqu yatırmaqda sınanmış meyvələrdən hesab edilir. Heyva şirəsi daha yaxşıdır. Bu zaman tə"sirli vasitələrdən biri də portağal və ya narıngidən hazırlanmış çox şirin olmayan şərbətdir.

Susuzluğu aradan qaldırmaqda ayran sınanmış bir içkidir.

Sağlamlıq     Baxılıb: 3657   Tarix: 10 noyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

turlar.az

aksessuarlar donlar 2026 qis geyimləri 2026 xina sozleri hicab geyimleri gəncə xəbərləri gənc ailə kosmetika novruz haqistalari uzeyir hacibeyli efsane sac modelleri hakisda