Şəkərin yeni təhlükəsi aşkarlanıb

Şəkərin yeni təhlükəsi aşkarlanıbLondonun İmperial kollecinin alimləri qanda yüksək şəkər miqdarının ikinci tip şəkərli diabetdən əziyyət çəkməyən insanlarda belə demensiya (ağlın zəifləməsi) riski yaratdığını ortaya çıxarıb.

Elmi iş 2002-ci ildə başlamış uzunmüddətli "English Longitudinal Study of Ageing" tədqiqatı əsasında aparılıb. Alimlər təxminən 10 il ərzində 50-dən çox yaşı olan 5189 nəfərin səhhətinin monitorinqini aparıb. İştirakçıların yarısı kişi, yarısı qadın olub. Müşahidələrdə iştirakçıların koqnitiv (zehni) bacarıq səviyyəsi, qanın tərkibində olan HbA1c - qlikat hemoqlobin (onun əsasında şəkərin qandakı uzunmüddətli konsentrasiyasını müəyyən etmək mümkün olur) miqdarı qiymətləndirilib.

Bütün iştirakçılarda qocalma ilə əlaqədar koqnitiv bacarıqların zəifləməsi müşahidə olunsa da, tədqiqatçılar yüksək HbA1 miqdarının zehni inkişaf səviyyəsinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqəli olduğunu müəyyən edib. Bu, özünü yaddaşın hərəkətləri planlaşdırmağa və seçməyə imkan verən, insanın hansı stimullara reaksiya göstərməsini müəyyənləşdirən icra funksiyalarının pisləşməsində büruzə verib.

İkinci tip diabet (insulindən asılı olmayan) Alzheymer xəstəliyi riski yaratdığı artıq tədqiqatçılara məlum olsa da, neyrodegenerativ xəstəliklərin birbaşa olaraq qandakı şəkər miqdarı ilə əlaqəli olduğu ilk dəfə olaraq elmi cəhətdən isbatını tapıb. Koqnitiv bacarıqların pisləşməsi diabetdən əziyyət çəkməyən, ancaq qanında yüksək HbA1c miqdarı olan iştirakçılarda müşahidə olunub (42-47 millimmol mol). Bu, diabet öncəsi vəziyyət üçün xarakterikdir.

İkinci tip şəkərli diabet metabolik xəstəlik sayılır. Daha çox artıq çəkidən əziyyət çəkən insanlarda formalaşır, həmçinin insanlarda diabetə genetik təmayülün olduğuna dair elmi sübutlar var. Ən geniş yayılmış müalicə metodlarından biri aşağı şəkər miqdarlı dietadır.

Maraqlı     Baxılıb: 4571   Tarix: 19 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

turlar.az

qadin sayti kosmetika mehsullari yay geyimləri 2026 mimoza salatinin hazirlanma qaydasi şəkillər xorionik qonadotropin payiz haqqinda insa kosmetika sirniyatlar vusale elizade nizami gencevi qadin saglamlig buga burcu