"Səni diri istəyirəm, sağ istəyirəm. Səni ağladıb dirildəcəm mən, oğlum"

"Səni diri istəyirəm, sağ istəyirəm. Səni ağladıb dirildəcəm mən, oğlum"Rəbiqə Nazimqızı

- Filankəsin çıxışını eşidib ağladım.

- Görəsən, o özü nə vaxtsa ağlayıb?

Mövlud, heeey!!! Başlayıram, nə başlayıram! Nə yemisən, turşulu aş. Mənim üslubum budu, janrım budu. Şikayətlənən adamları sevmirəm, ağlayan adamları sevmirəm. Amma ağlatmağı da bacarıram. Sevmirəm, amma hərdən lazımdı. Məsələn, indi lazımdı.

Bu gün səni özüm ağladacam, möhkəm dayanma. Özün hönkürməyə meylli ol ki, çox əziyyət çəkməyim. Ağı deməkdən zəhləm gedir…

Mövlud heey! O yağışlı gündə qaranlıq küçələrdə şalvarının balağı palçığı süpürən ərgən oğlan yadındadı? Yalan demə, dostum Pərviz Cəbrayıl demiş, yabı kimi unutmusan. O soyuq kənd axşamlarında nənənin-babanın bircəcəyi, yıxılı evin dirəyi olacaq oğlan vardı haa. Sərxoş adam görəndə üşənən, araq iyindən ürəyi bulanan, arvadların üz cırıb saç yolmasından qorxan uşaq? Çağır, çağır onu, gəlsin ağlasın...

Mövlud heey! Dayan, dünyanı xəyanətdə suçlamağa hazır olan Otello ol, yaxşı ol lap Romeo, bunu da bəyənəmədin, Məcnun ol, əəə, yaxşı da, lap Kərəm ol. Lap dostların səndən üz çevirdi, düşmənlərin tərəfinə keçdi, nə olsun... Yox, qadan alım, məni düz başa düşmədin, kişi əsəbindən də ağlayar, qəzəbindən də. Kişi də itirə bilər, ağrıya bilər. Amma ölüyə qırx gün, uzağı, bir il yas tutarlar… Qırx gün keçibmi? Keçib. İl olubmu? Olub.

Vəssalam, meyit çürüyüb. İldə bir dəfə qəbr üstə getmək olar, hərçənd o da lazım deyil. Day ağlaya bilmirsənsə, nəyə yarar.

Mövlud, ömrüm, ağlamalı olduğun ən böyük xəyanəti xatırladımmı? Vallah, məndə vicdan deyilən şey yoxdu, Axilles dabanını bildimmi, evin yıxıldı. Anana oxşadığımı tez-tez deyirsən, mən də səni kiməsə bənzədirəm, adını demirəm, desəm də, nə faydası, mənim üçün ölmüş biri olsa gərək. Amma səni diri istəyirəm, sağ istəyirəm. Səni ağladıb dirildəcəm mən, oğlum.

Anan deyiləm, ona görə bir az sərt olacam. Oğlum, ananın sonuncu dəfə səni həkimə apardığı gün yadındadı? Xəyanətinin meyvəsini o gün gördün, ömrüm. Kimə? Özünə, anana, həyata… Nə xəyanət? Özünü axmaqlığa qoyma… Di otur öz xəyanətinə ağla… Sezen Aksu yalan deyir, ağlamaq gözəl-filan deyil, amma ağlamaq lazımdı. Olmasa, göz yaşını verməzdilər bizə.

Oğlum, dünən axı on hekayə danışdın mənə, danışdın - gözlərin doldu, danışdın - güldün. Kiminlə məzələnirsən, ay uşaq, guya mən bilmirəm onları yaza bilməməyinə ağlayırdın, onları yaza bilməməyinə gülürdün. Sənin bütün göz yaşlarının açarı buradadır. Nə qədər ki, ağrını içindən vərəqə köçürə bilmirsən, eləcə çərləyəcəksən. Danışa-danışa çərləyəcəksən… Özüm ölüm, gününə ağlayan da olmayacaq. Nəyini deyib ağlasınlar, ömrüm?! Hansı şeirindən, hansı hekayəndən danışsınlar? Köşə yazısı? Məzələnirsən, bala? Heç bilmirsənmi ki, jurnalistika əxlaqsız qadından betərdir, nə imza xatırlayır, nə yazı? Ağladınmı? Di bəsdi, oğlum, indi otur, üzündən öpüm, saçını sığallayım, deyim ki, sən heç dəyişməmisən, elə o balaca uşaqsan. Təmiz uşaq, nəslinin, ocağının ümidi-çırağı. Deyim ki, adamlar pisdirlər, qoşulma onlara, səni atanın ağrım ürəyinə, həkim də qələt eləyir, qarabasmalar da boş şeydi.

Nervoz yeganə xəstəlikdi ki, dərmanı xəstənin öz əlindədi, əşşi, nə utanırsan e, hamımız nevrozuq da. Yaxşı, bunu da gizləmirəm, öz təcrübəmdən bilirəm, ömrüm… Hanı o dəsmal? Onu bərk saxla, yiyəsi özü çıxacaq. Özü də çox yaxında…

Xəbərlər     Baxılıb: 2502   Tarix: 16 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

turlar.az

kosmetika mehsullari hamiləlik kosmetik vasiteler körpə gəzintidə dil haqqinda atalar sozu islamda qadın qış ayaqqabıları kosmetika haqisda baldiza aid haxisda narin faydasi kəlamlar gözellik