Səpgilərdən xilas olmağın yolları

Səpgilərdən xilas olmağın yollarıGözəllik həmişə göz oxşayır. Ancaq əbədi nə var ki? O ki qaldı qadın gözəlliyi ola...
Zaman keçdikcə, yaş üstünə yaş gəldikcə gözəllik də yavaş-yavaş solmağa başlayır, necə deyərlər, qara saça dən, bəyaz dəriyə qırış düşür. Amma cavanlığın da öz problemləri var. Məsələn üz səpgiləri.
Təbii ki, üzdə səpgilərin yaranması gözəlliyə xələl gətirməklə yanaşı xanımlarda narahatlıq da yaradır. Əlbəttə ki, səpgilərin yaranma səbəblərini və ondan xilas olmağın yollarını öyrənmək heç də pis olmazdı.
Üzdə olan civzə və aknelərin əmələ gəlməsi periodik xarakter daşısa da, xırda səpgilər çox vaxt qəflətən və gözlənilmədən yaranır. Axşam təmiz və hamar olan dəridə səhər çoxlu xırda səpgilər yarana bilər.
Xırda səpgilərin əmələ gəlməsi bir sıra səbəblərlə əlaqədar ola bilər:
- Mədə-bağırsaq sisteminin pozulması: qəbizlik, bağırsaqların atoniyası;
- Allergiya: mövsümlə əlaqədar olaraq çiçək tozu, günəş şüaları, toz və digər yaz-payız faktorlarına qarşı həssaslığın artması;
- Dəriyə qeyri-düzgün qulluq: kosmetik vasitələrin uzun müddət üzdə qalması, dərinin təmiz yuyulmaması, yeni istifadə olunan hər hansı vasitəyə qarşı reaksiya;
- Dəri parazitləri: demodeksin – dəri məsamələrində yaşayan gənənin aktivləşməsi;
- Orqanizmdə baş verən hormonal dəyişikliklər: yeniyetməlik, hamiləlik, klimaks və cinsi həyatda uzunmüddətli fasilə;
- Bəzi dərman preparatlarının qəbulu;
- Bəzi qida növləri (ekzotik və sitrus meyvələri, moruq, yerkökü və s.), keyfiyyətsiz, həddən artıq şirin və yağlı qida qəbulu;
- Dərinin infeksion xəstəlikləri;
- Güclü stress.
Səpgilərin üzün hansı hissəsində yayılmasından asılı olaraq səbəb haqqında mülahizə yürütmək olar.
Alında, saç xəttinə yaxın – öd kisəsi və öd yollarının disfunksiyası, qəbizlik;
Göz ətrafında, almacıq sümüyü üzərində – böyrək və böyrəküstü vəzin xəstəlikləri;
Burunüstü nahiyədə – qaraciyərin disfunksiyası;
Yanaq, sinə, kürək nahiyəsində – ağciyər xəstəlikləri;
Burnun ucunda və qanadlarında – ürək-damar sisteminin xəstəlikləri;
Dodaqətrafı və çiyin nahiyəsində – həzm sisteminin və yoğun bağırsağın disfunksiyası;
Çənə və çənəaltı nahiyədə – hormonal sistemin, əsasən də cinsi hormonların disbalansı zamanı əmələ gəlir.
MƏSLƏHƏTLƏR
- Üzün isti suyla yuyulması ilk növbədə iltihabi proseslərin sorulmasını sürətləndirir, demodeks kimi parazitlər isti mühitə qarşı dözümsüzdür.
- Axşamlar üz yuyulduqdan sonra tərkibində spirt saxlayan losyon, salisil spirti və ya 40 faizli spirtlə silinir.
- Gülümbahar, aptek çobanyastığı çiçəyi və dazıotu kimi bitki dəmləmələri ilə üzə islatma və buxar vannası edilir.
- Müalicə zamanı qida rasionundan şirin, duzlu, yağlı qidalar tamamilə çıxarılır, meyvə-tərəvəz, göyərti kimi təbii məhsullar artırılır.
- Bitkilərdən hazırlanmış təbii maskalardan istifadə edilir.
- Mütəmadi olaraq təmiz havada gəzmək, müalicə müddətində dekorativ kosmetikadan istifadə etmək, skrab kimi dərini zədələyə biləcək vasitələrdən uzaq durmaq məsləhət görülür.
RESEPTLƏR
- 1 çay qaşığı tozağacı tumurcuğu 1 stəkan qaynar suda 10 dəqiqə qaynadılır, 20 dəqiqə ocaqdan kənarda dəmlənir, süzülür. Bir neçə qat tənzif isti dəmləmədə isladılır, üzə qoyularaq 10 dəqiqə saxlanır. Soyuyandan sonra tənzif dəyişdirilir.
- Bağayarpağının bir neçə təzə yarpağı xırdalanıb əzilir, alınan kütlə təmiz yuyulmuş üzə çəkilir, 20 dəqiqə saxlandıqdan sonra yuyulur.
- 1 xörək qaşığı quru dəvədabanı üzərinə 1 stəkan qaynar su tökülərək 30 dəqiqə dəmlənir. Alınan dəmləmə ilə üz hər gün bir-iki dəfə yuyulur.
- 1 xörək qaşığı quru gəndalaş çiçəyi üzərinə 2 stəkan qaynar su tökülərək 20 dəqiqə dəmlənir, süzülür və üzə islatma qoyulur.
- Teader çayı 2 filtr-bağlama 1 stəkan suda dəmlənir, gündə 2-3 dəfə daxilə qəbul edilir. Həmin dəmləmə ilə üz dərisi gündə 2 dəfə silinir.
- 1 xörək qaşığı xırdalanmış gülümbahar çiçəyi 1 stəkan qaynar suda 1 saat dəmlənir, süzülür. Azacıq isidilərək 20 dəqiqə üzə islatma qoyulur və ya isti buxarla üzə vanna edilir.
- 2 xörək qaşığı gülümbahar çiçəyi üzərinə 1/4 stəkan 40% spirt və 1/5 stəkan isti su əlavə olunur, tünd qabda qaranlıq yerdə 1 sutka dəmlənir. Sonra süzülür, üzərinə 3-4 ml qliserin, 5 qram bor turşusunun spirtdə 5% məhlulu əlavə olunaraq qarışdırılır. Alınan cövhərlə üz gün ərzində 2-3 dəfə silinir.
- Gün ərzində iki dəfə üz dərisi səpgi əleyhinə Fitolosyonla silinir.
- 2 çay qaşığı bal yarım çay qaşığı toz halına salınmış darçınla qarışdırılır, isti su hamamında yumuşaldılıb üzə çəkilir, 10 dəqiqə saxladıqdan sonra ilıq suyla yuyulur.
- 1 ədəd yumurta ağı köpük alınana qədər yaxşı çalınır, 1 çay qaşığı nişasta və 4 damcı çayağacı yağı əlavə edilib qarışdırılaraq üzə çəkilir. 10 dəqiqə saxladıqdan sonra yuyulur, sonra qidalandırıcı krem çəkilir.
- Aloe yarpağı kəsilir, soyuq suyla yuyulur, sərin və qaranlıq yerdə 10 sutka saxlanır. Yarpağı kəsilməmişdən 1-2 həftə əvvəl bitki sulanmamalıdır. Sonra yarpaqlar xırdalanır, əzilir, üzərinə 1:5 nisbətində qaynadılmış soyuq su əlavə olunur. Qaynayan su hamamında 1 saat dəmlənir, ocaqdan götürülür, soyudularaq süzülür. Tünd şüşə qabda saxlanır. Gün ərzində 2 dəfə üz dərisi silinir.
Mənbə: Herba Flora jurnalı

Xəbərlər     Baxılıb: 3974   Tarix: 12 fevral 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

turlar.az

yay kolleksiyasi qadin sayti kosmetik vasiteler dostluq haqqında atalar sözləri ancelina colinin sekilleri korpenin cekisi hiperaktiv usaqlarin mualicesi kosmetika həsən bəy zərdabi əfsanələr novruza aid hakista rus dili 2ci ders namiq qaraçuxurlu