Səs batmasının səbəbləri. Diqqətli olun!

Səs batmasının səbəbləri. Diqqətli olun!Səsin batması kimi simptomla insanların bir çox hissəsi üzləşir. Əksər hallarda bunun səbəbi virus və bakterial infeksiyaları fonunda kəskin laringitin inkişafıdır.
Kəskin larıngit qırtlağın iltihabıdır. Səs tellərimiz (xüsusi əzələ qrupu) qırtlaqda yerləşir və qırtlaq iltihablaşdıqda səs telləri də iltihablaşır.
Kəskin laringit zamanı insan boğazında quruluq hiss edir, udqunanda əziyyət çəkir, boğazı "qaşınır", səsi batır, xırıltılı olur, danışanda əziyyət çəkir, aydın danışa bilmir və ya onun səsi heç çıxmır. Xəstədə intoksikasiya əlamətləri meydana çıxa bilər - hərarətin artması, baş ağrısı və s. və həmçinin ösrürər, zökəm kimi simptomlar. Kəakin laringitin müalicəsi ilə otolarinqoloq məşğul olur.
Xroniki laringit zamanı insanın səsi tez-tez batır, tutulur, boğazı qaşınır ki, insan tez-tez öskürür. Xroniki laringitin inkişafına insanın peşəsi səbəb ola bilər. Belə ki, müəllimlərdə, diktorlarda və s. nitq apparatı daim yüklənir ki, bu da xroniki laringitin inkişafına səbəb olur.
Lakin onu da nəzərinizə çatdıraq ki, bəzən səsin tutulması və batmasının səbəbi infeksiya deyil, tamam başqa səbəblər olur. Bu səbəblərin arasında çox təhlükəli xəstəliklər də var.
Beləliklə, səs batmasının digər səbəbləri arasında:
- Reflüks xəstəliyi. Normada mədənin içində olan qida və mədə şirəsi mədədən geri qida borusuna, qırtlağa və udlağa düşmür. Bunun üçün mədənin girişində xüsusi qapaq var ki, bu qapaq mədənin içindəkini geri axmağa imkan vermir. Lakin bəzi xəstəliklər zamanı bu qapaq zəifləyir və mədə şirəsi qida borusuna və qırtlağa düşür. Bu xüsusilə gecə saatlarında insan uzanmış vəziyyətdə olanda mümkün olur. Mədə şirəsi səs tellərinə düşür və onları qıcıqlandırır. Nəticədə insanın səsi batır, xırıltılı olur.
- Qırtlağın və səs tellərinin polipləri, kistaları, şişləri (o cümlədən bədxassəsli şişləri - xərçəng) də səsin dəyişilməsinə səbəb ola bilər.
Səs sənətçiləri, müəllimlər, vəkillər və ya səyyar satıcıları kimi davamlı yüksək səslə danışanların səs tellərində poliplər əmələ gələ bilər və ya qalınlaşmalar inkişaf edə bilər. Erkən dövrlərdə bu pozulmalar səs istirahəti və dərmanlarla müalicə edilə bilir. Ancaq daha gecikmiş mərhələrdə cərrahi müalicəsinə ehtiyac yarana bilər.
Nisbətən zərərsiz poliplərlə yanaşı səsin tutulması xərçəngin əlaməti də ola bilər. Xüsusilə bu siqaret çəkən insanlar üçün aktualdır. Siqaret çəkmək vərdişi səs telləri və qırtlağın xərçənginin əsas səbəblərindən biridir.
- Qalxanvari vəzi xəstəlikləri. Hipotireoz (qalxanvari vəzinin funksiyasının zəifləməsi) zamanı digər sismptomlarla yanaşı (soyuğa davamsızlıq, bədən çəkisinin səbəbsiz olaraq artması, yuxululuq və s.) insanda səsin batıqlığı kimi simptom meydana çıxır.
- Qırtlaq vərəmi, sifilis (zöhrəvi xəstəlik) kimi xəstəliklər zamanı səs batır, xırıltılı olur.
- Hormonal səbəblər. Yeniyetməlik dövründə orqanizmdə hormonal fon dəyişilir və bu, o cümlədən, səsin dəyişilməsinə səbəb olur. Bu 12-15 yaşlar arası olan oğlanlarda baş verir.
- Stress, həyəcanlamalar səsin tutulmasına səbəb ola bilər.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 1802   Tarix: 12 fevral 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

turlar.az

toy makiyajlari yemek reseptleri qaşların formalari oxucu mektubu badimcan murebbesi uşağın sağlamlığı mantılar kosmetika maya maskasi novruz bayrami hakisda oyunlar turpun nağlı vetene aid bayatilar