Sevdiyiniz rənglər sizin daxili xüsusiyyətlərinizi aşkarlayır!+RƏNGLƏRİN MƏNASI

Sevdiyiniz rənglər sizin daxili xüsusiyyətlərinizi aşkarlayır!+RƏNGLƏRİN MƏNASIRənglərin iç dünyası
Dünyanın əsas məhiyyətini rənglər təşkil edir. Rəngsiz dünyanı anlamaq və dərk etmək müşkül ola bilərdi, çünki rənglər həyatımızın mənasıdır, iç aləmimizi biruzə verən mükəmməl bir meyardır. Rənglər aləminə qərq olmaq ilahi kəşflər qədər səciyyəvidir.
Tanrının rəngli boyası dünyanı elə məharətlə bəzəmişdir ki, nə röyadakı gözəlliyindən, nə də ki, real gözəlliklərindən heç bir zaman döymaq mümkün olmur. O həmçinin təbiət və dünya gözəlliklərini bizə açmaqla bərabər həm də insan – təbiət birgəyaşayışı fonunda əsas amillərdən birinə çevirmişdir.
Özlüyündə, rənglər canlı, sükutlu bir enerji axınını xatırladır. - yaradır, yaşadır, sevindirir, sağaldır, eynilə - qorxudur, qıcıqlandırır, qəzəbləndirir, xof yaradır. Sanki insanlarla dinməz bir dialoqa girərək qəlbindən xəbər verir. Bəzən sükutu elə sükuta çevirir ki, oradakı hər hansı rəng fonu insan övladı ilə istənilən tərzdə rəftar etməyə qadirdir. Yaxud əksinə... Odur ki, rəng aləmini düz xətt üzrə birmənalı başa düşməyimiz dünya fəlsəfi təsəvvüründə yanlışlıqlara gətirib çıxara bilər. Eləsə biz insanın rəng simfonoyasına olan münasibətimiz, baxışımız niyə birmənalı deyil? Məhz niyə psixologiyamızda bu qədər təsir subyektinə çevrilir.
Təsəvvür edin ki, bizlərdən birimiz ətrafı ağ-qara fonda görür. Bu halda sizin o şəxsə münaqsibətiniz necə ola bilər? Əlbəttə ki, ağlımıza gələn ilk təsəvvür həmən fərdin sağlamlığındakı çatışmazlıqdır. Bütünlüklə dünyanın ağ - qara fonda olması bizlərə necə təsir bağıçlaya bilər? Bu dünyanın əhəmiyyətsizliyindən xəbər verməzdimi ? Onda Allahın dünyanı yaratmağına heç dəyməzdi və bəlkə heç yaratmazdı da. Canlı aləmin rənglərdən asılılığı şübhəsiz hədsiz və qaçılmazdır. Genimizin əsasını xromosomlar təşkil etdiyi kimi, dünyanın da əsas surət və tərkibini rənglər təşkil edir.
Təbiət canlı olduğu kimi, rənglər də canlıdır. Bu fikri işlətməyə əsas səbəbi aşağıdaki misallar daha çox izah edər. Ağac qirilandan sonra öz rəngini dəyişirsə deməli, canlı tərkibini təşkil edən əsas yaşıl xlorofollər məhz canlı olduqlarına görə məhv olandan sonra rəngini dəyişirlər. Bunu biz istənilən canlı varlıqla bağlı misalında görə bilərik.
Cansız hər hansı rəngli bir tabloya baxdığımız vaxt əhvalımızın yaxşı və ya pis tərəfə dəyişilməsinə səbəb məhz beynimizdə olan rəng informasiyasının, qəbul vaxtı tərkibini dəyişərək canlı axına çevrilir, yəni beyin hüceyrə sistemində dəyişilərək, beyinimizdə canlı həzz, yaxud əksinə qıcıq hormonu yaradır. Bu onun canlı sübutudur ki, cansız informasiya beynimizdə forma və xasiyyətini dəyişərək canlı hüceyrəyə dönür. Nəticədə rəng aləminin cansız informasiya ötürmə ehtimalı sıfıra düşür. Rəng mühitində fiziki xassə yaranışı məhz kimyəvi yaranış və tərkibidir.
Bir çoxlarının ağlına rəngin şüalandırma prinsipi gələ bilər. Amma yox, enerji şüa deyil, təbiət energetikasının əsasını canlı ötürmə təşkil edir. Bir sıra fiziki-kimyəvi proseslərin gedişatı vaxtı yaranan zəhərli qaz, şüa və yaxud zəhərli kimyəvi rəng ötürmələrini təbiətdəki rəng fonu ilə qarışdırmaq düzgün olmazdı. Bu tamamilə ayrı bir sahənin mövzusu olardı. Fikrimiz biologiya və fizika elmi haqqında danıçıb izah etmək yox, həyatımızın əsas mənasını təşkil edən bu rəng qarışığının insan psixologiyasındakı rolu, həyat və yaşayışımızdakı əhəmiyyətini az da olsa araşdırmaqdır.
Maraqlısı budur ki, rast gəldiyimiz bu rəng çalarları cəmi yeddi rəngin birləşməsindən yaranır. Təbiətdə ən çox rast gəldiyimiz və daima gözümüzün vərdişinə çevrildiyi - göy və yaşıl rənglərdir. Amma hansı ki, aləm ağ fondan ibarətdir. Biz səmaya baxarkən göyü mavi rəngdə görməyimizə səbəb göy rəngin yer səthində daha çox sınması ilə əlaqədardır.
Təbiətdə yaşıl fonun çoxluğuna səbəb isə bitkilərin daha çox yaşıl rəngli xlorofill tərkibli maddələrin ifrazı ilə bağlıdır.
Hər bir rəng ayrı-ayrılıqda enerji mənbəyi olduğu üçün təsir etdiyi enerji axını bizim əhvali-ruhiyyəmizə təsirsiz ötüşmür. Bütün qarışıq rəng mozaikası, bu istər gözəl bir tablo olsun, istərsə də güllü-naxışlı bir çəmən, bizlərə xoş təəssüratlar yaradır, əhvalımız durulur, beynimizə rahatlıq gəlir, sinirlərimiz xoşhallanır. Sanki rənglərlə insan beyin – motorika sistemi arasında bir dialoq baş verir ki, bu da rəngin "sülh" təklifini beynimiz qəbul edir. Bəlkə də bu bir "pitaniya" rolunu oynayır. Beyin boşalır, qıcıq hormonu geriyə sorulur, - təbiətin qoynunda rəngli enerji axınının təsiriylə həzz hormonu süzülməyə məcbur olur. Duyğu hisslərimiz bu anda təbiətlə əvəzsiz ünsiyyətə girir. Təbiətdəki möcüzəli rəng energetikasının axını bir anlığa bizlərə sarılaraq beynimizin zəhərləyici əsəb hormonunu filtirə edərək əvəzsiz xoşbəxt ani vaxtlar yaşamağa bədənimizi yönəldir. İnsanın əhvalına, iştahasına, sağlamlığına, yaddaşına, bacarığına sonsuz izlər buraxır. Bu vaxt insan daha başqa bir təbiət enerjisi ilə təmasa girir. Bu ilham, talant enerjisidir ki, əlavə talant hormonunun ifrazı, nəticədə mükəmməl şerlər, sənət əsərlərinin yaranışı başlanır...
Bəli, budur rəng harmoniyası, rənglər eynən həzz prosesidir. Hər hansı rəngə can atmağımız həmən rəngin özünə uyğun xasiyyətindəki təsirdən meyxoşlanmağımızdır. Bu da insanın serotonin hormonunun əlavə ifrazı, həzzi, ani xoşbəxt anlar, yenə nəticədə dünyadan ləzzət alma anlamı. Geymimizdə və başqa sahələrdə rəng seçimi həmən rəngin özünə xass xassənin xasiyyətimizlə müqaviləsi, eyni qəbildən olması, xüsusiyyətlərinin daşınmasıdır. Təbiətdə rənglər müxtəlif olduğu qədər də müxtəlif xüsusiyyətlərə malikdirlər və insan psixologiyasına o qədər təsir göstərir ki, həyatımızın ən əsas təsir subyektinə çevrilir.
Gəlin baxaq görək ayrı-ayrılıqda rənglərin mənaları nədən ibarətdir. Hələ qədim dövürlərdən rənglərin insana təsir mexanizmi bəlli idi. O vaxtlar üçün populyar olan parapsixologiya elmi rənglərin sehri ilə əlaqədar mükəmməl izahlar etmişlər.
Tanrı təbiəti və canlıları yaratmaqla onlara nəzarət və tənzimləmə sistemini də yaratmışdır. Hər bir sahənin özünəməxsus idarə edən, lakin insan övladının tam dərk edib anlamadığı gözlə görünməyi mümkün olmayan enerji mexanizmi mövcuddur. Bu enerji mexanizmi eynilə rənglərə də şamil olunur.
Ağ rəng – təmizlik, düzgünlük, ruhun güzgüsü, rahatlıq, bütövlük, sülh, artım, ilahi dərk və s. kimi əlamətləri özündə birləşdirir. Ağ rəng birinci günün rəngidir, Ay planetinin təsirindədir. Ayın və ağ rəngin mələyi Hz.Cəbrayıldır, rəqəmi də 9 – dur.
Qırmızı rəng – eşq, məhəbbət, hərəkət, fiziki güc, cəldlik, mübarizə, iradə artımı, və s. kimi əlamətləri özündə birləşdirir. İkinci günün rəngidir, Mars planetinin təsirindədir. Qırmızı rəngin mələyi Samayeldir, rəqəmi isə 5 - dir.
Yaşıl rəng – inkişaf, artım, var-dövlət, cah-cəlal, təbiət, düzgünlük, şəxsi uğur, dözümlülük, münasibət. Eyni zamanda müsəlman aləminin simvolik rəngi hesab olunur. Üçüncü günün rəngidir, Merkuri planetinin təsirindədir. Mələyi Rafael, rəqəmi 8 - dir. Üçüncü günə eyilə mozaikal (qarışıq) rəngdə gedir
Göy rəng – daxili rahatlıq, qipnotik təsir, varlıq, yüksəklik, ucaman, tarazlıq, anlayış, hissiyyat, müdriklik, nəticə, xoşbəxtlik, bərabərlik, təmkin. Dördüncü günün rəngidir, planeti Yupiter, mələyi Sahiyel hesab olunur, cavabdeh rəqəmi 4 – dü.
Çəhrayı rəng – təmiz sevgi, dostluq, zəriflik, gözəllik, əhvali ruhiyyə, biznes, münasibət, barışıq. Beşinci günün rəngidir, planeti Venera, mələyi Anayel, rəqəmi 7-dir. Beşinci gün yaşıl rəngi də öz sehrinə salıb.
Boz rəng – fiziki qüvvə, stabillik, daxili rahatlıq, müdafiə, ruhi aləmlə əlaqə, keçmiş həyat.
Qara rəng – dərin düşüncə, meditasiya, şər qüvvələrin qovulması və ondan azad olma, ikinci aləm, ölüm-dirim savaşı, bədbinlik, qəm-kədər.
Qara rənglə boz altıncı günün üzərindədir, Saturn planetinin təsirindədir. Günün mələyi Kassiyeldir. Rəqəmi isə 3-dü.
Sarı rəng – aktivlik, cəldlik, təşkilatçılıq, dirçəliş, qızıl-zinət, uğur, sağlamlıq, kollektiv, dəyişiklik, yaddaş və s. Yeddinci günün rəngidir, planeti Günəş, mələyi Hz. Mikayıldır, rəqəmi 6 – dır. Qızılı rəng sarı ilə paralel işlənilə bilir. .
Hər bir bürcün özünəməxsus rəngi vardır. Qoç – qirmızı. Buğa – yaşıl. Əkizlər – qarışıq rənglər. Xərçəng – mavi, ağ. Şir – sarı, qızılı. Qız – mavi. Tərəzi – yaşıl, çəhrayı. Əqrəb – bənövşəyi, al rənglər. Oxatan – qarışıq rənglər. Oğlaq, qara və ağ rənglər. Dolça – bənövşəyi, ağ. Balıqlar – mavi, yaşıl rənglər daha çox uğur gətirir. ..
Heç də təsadüfi deyil ki, bütün dövlətlərin bayraqlarını təmsil edəcək rəng fonu məhz rəngin öz xüsusiyyətini, təsir dairəsini, dölətinin xalqının, dünyabaxışı ilə bərabər keçirdiyi xoş və ya iztirablı yolları, qürur hissini rənlər vasitəsilə bildirilir. Odur ki, rənglərə münasibətiniz birmənalı olmamalı, bizlər onları yox onlar bizi ram edir, cəzb edir, yaşadır, düşündürür, mükəməlləşdirir, talant və bacarığımızı üzə çıxardir. Bu da həyatın əsas mənasıdır.
Vahid Məcidov . Xiromant – psixoloq – parapsixoloq.

Maraqlı     Baxılıb: 8441   Tarix: 24 iyun 2016
f Paylaş

Oxşar xəbərlər

.

Neptunun halqalarının fotosu çəkildi - FOTO

"James-Webb" kosmik teleskopu Günəş sisteminin ən uzaq planeti olan Neptunun halqalarının fotosunu yerə yollayıb. Fotonu NASA yayıb. Bildirilir ki, Neptun planetinin ən yaxın fotosunu 1989-cu ildə Voyager-1 kosmi

.

Məktəblərdə payız tətili yekunlaşdı

Ümumi təhsil müəssisələrində beşgünlük payız tətili yekunlaşıb. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub. Xatırladaq ki

.

Azərbaycanda təhsil xərcləri artırılır

Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur. report-a istinadən xəbər verir ki, bu barəd

.

Yerin heyrətamiz yeni görüntüsü yayıldı

NASA və ABŞ Milli Ekoloji Peyk İnformasiya Xidməti VIIRS sistemi tərəfindən çəkilmiş ilk görüntüləri dərc edib. Bu barədə Amerikanın Səsi məlumat yayıb. Məlumata görə, bu sistem noyabrın 10-da Vandenberq kosmik bazasında

.

Müəllimlərin NƏZƏRİNƏ - İmtahan vaxtı açıqlandı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı ilə bağlı məlumat iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Bu barədə  -a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirili

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Hər kəsi heyrətə gətirən araşdırma: dünyada ölümsüzlük dövrü – FOTO

İspaniyanın Ovyedo Universitetinin Biokimya və Molekulyar Biologiya İnstitutunun araşdırması hər kəsi heyrətə gətirib. -a istinadən bildirir ki, ispan elm adamları qəsdən öldürülmə istisna olmaqla, çox uzun müddət yaşay

.

Nazirlik: 743 müəllim təkrar sertifikatlaşdırmadan keçməyib

Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 nəfər ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb. Elm və Təhsil Nazirliyindən  -a verilən xəbərə görə, prosesi uğurl

.

Alim qlobal istiləşmənin inanılmaz səbəbini açıqladı

Qlobal istiləşmənin mümkün əsas səbəbi insan fəaliyyəti deyil, havada və okeanda karbon qazının tərkibindəki disbalans ola bilər. -a istinadla xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Geosferləraras

turlar.az

sonxeber.az toy gecesi qis geyimləri 2024 toy makiyajlari manqal salati kitayski roza xəstəliklər qarasin qizlar ucun makiyaj saglam qidalanma arxadan olmaq xerçeng hamilelik yutube