Sevinc reklam üçün hamını aldatdı - Ərə getməyib
Azərbaycanın tanınmış aktrisası Sevinc Əliyevanın ikinci dəfə ailə qurması barədə xəbər yayılıb.
Axşam.az "qafqazinfo"ya istinadən xəbər verir ki, "ATV maqazin onlarla" proqramı aktrisanın ağ gəlinlikdə müsahibə verən kadrlarını yayıb.
Videoda Sevinc 12 ildən sonra ikinci dəfə bu paltarı geyindiyini bildirib. S. Əliyevanın mediadan gizli ailə qurduğu iddia edilib.
Bu görüntülər mətbuatda və sosial şəbəkələrdə Sevincin ikinci dəfə ərə getdiyi və 24 yaşlı model Riad Abdulovla nikah bağladığı qeyd edilib.
Hətta Riad səhifəsində xanımın üzünü gizlədərək "Mən getdim, heç kimə demədən, üstümə düşməyin" – şərhini yazıb.
Əldə etdiyimiz məlumata görə, əslində, Sevinclə Riad evlənməyib və həmin kadrlar "Qayınana 2" filminin çəkiliş meydançasında lentə alınıb. Onlar ssenariyə uyğun olaraq kinoda ailə həyatı qurublar.
Qeyd edək ki, Sevinc Əliyeva rejissor Fuad Əlişovla ailəli olub. Onların bu nikahdan 3 övladı var.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin