Sevir, sevmir?

Sevir, sevmir?Siz ona nə qədər aşiqsiniz? Bu sualın cavabını həqiqətən də bilirsinizmi?
Özünüzdən əmin bir halda "Əlbəttə ki, onun məni sevdiyini bilirəm" deməyin. Aşağıdakı sualları cavablayın. Daha sonra qiymətləndirmə bölümünü oxuyun, nə qədər aşiq olduğunuzu görün.

DİQQƏT! BAŞLADIQ!

1. İlk görüşdə getdiyiniz yeri xatırlayırsınız. Bəs o gün əynindəki geyimləri də xatırlayırsınızmı?

a) Dəqiq xatırlamıram
b) Biraz fikirləşməliyəm
c) Yadımdan çıxıb
d) Bunun nə əhəmiyyəti var?

2. Özünüzdə dəyişiklik etmisiniz (saç forması, yeni geyim və s.), amma o, bunu hiss etmədi. Reaksiyanız necə olar?

a) Düşünərəm ki, fikirli olub
b) Kədərlənərəm, amma bildirmərəm
c) Üzünə vuraram
d) Aylarla danışmaram

3. Dostları ilə görüşdü və sizə dediyi vaxtdan biraz gec gəldi. Nə deyərsiniz?

a) Gecən necə keçdi?
b) Çox sağol!
c) Məni aldadırsan
d) Səni tərk edirəm

4. Siz bir restoranda oturanda köhnə sevgilisi gəldi. Sevgiliniz narahat davranmağa başladı. Nə düşünərsiniz?

a) Bu, çox təbii bir reaksiyadı
b) Yoxsa hələ də onu unutmayıb?
c) Bunun acığını çıxacağam
d) Həmin an da durub, gedərəm

5. Həftə sonu üçün planınızı `Təcili işim çıxtı, gələ bilmirəm` deyərək, ləğv elədi. İndi nə olacaq?

a) Taleyimə razı olaram
b) Görəsən, başqası var?
c) Bərbad bir həftə sonu olacaq
d) Proqramıma onsuz davam edərəm

6. Ailəsi ilə tanış olmusunuz, amma fərqlilikləriniz var. Bundan sonra nə edəcəksiniz?

a) Həmişə hörmət bəsləyərəm
b) Fikir vermərəm
c) Ailəsi ilə heç görüşmərəm
d) Münasibətimiz bitər

7. İşdən çıxarılıb. Pulunuz çox azdır. Əyləncəyə pul ayıra bilmirsiniz. Münasibətinizə necə təsir edər?

a) Yaxşı gündə, pis gündə...
b) Biraz təsir edər əlbəttə
c) Xöşbəxt olmayacağımız dəqiqdir
d) Pulsuz məhəbbət yaşanmaz

8. Ad gününüzdə heç xoşunuza gəlməyən bir hədiyyə aldı. Hədiyyəni bəyənmədiyinizi ona necə bildirəcəksiniz?

a) Bildirmərəm. Yada salıb, bəsdir
b) Bir kənara qoyar, maraqlanmaram
c) Mənə bunu layiq gördün?
d) Sən bu hədiyyəni al, ...

9. Hansısa səbəbə görə neçə gündür çox kədərlidir. Necə kömək edəcəksiniz?

a) Lazım olsa, onunla ağlayaram
b) Öz işidir
c) "Bezdirdin axı" deyərəm
d) Hərənin dərdi özünə

10. Çox əhəmiyyətsiz bir səbəbə görə mübahisə eləmisiniz. Üstəlik səhvin sizdə olduğunu anladınız. Hə, buyurun?

a) Elə o andaca üzr istəyər, barışaram
b) Gərginliyi yumşaltmağa çalışaram
c) İlk addımı ondan gözləyərəm
d) Mən qətiyyən səhv eləmərəm!

Nəticə:

a-lar çoxluq təşkil edirsə:

Bu dünyada sizin qədər çox sevən biri daha ola bilməz. Siz rəsmən özünüzü eşqinizə həsr eləmisiniz. Bir növ `xoşbəxtlik pərisi` kimi onun xoşbəxtliyini düşünürsünüz. Siz də belə olduğunuza görə xoşbəxtsiniz. Sevdiyiniz insan həqiqətən də çox şanslıdır. Ümid edək ki, o da bunun fərqindədir!

b-lər çoxluq təşkil edirsə:

Aşiqsiniz, amma eyni zamanda şübhələnirsiniz. Həmişə ağlınızda `Görəsən, o da mənim onu sevdiyim qədər məni sevirmi?` sualı var. Üstəlik bu suala qəti bir cavab da tapa bilmirsiniz. Bu qədər şübhələnmək eşqinizə zərər verər.

c-lər çoxluq təşkil edirsə:

Eqoistlik sizin qanınızda var. Özünüzü o qədər çox düşünürsünüz ki, sevgilinizi düşünməyə vaxt da qalmır. Münasibətiniz onun sayəsində davam edir. Sözün düzü, o, sizi daha çox sevir. Özünüzü biraz yontmağınızda fayda var. Əks təqdirdə, onu əlinizdən qaçıracaqsınız.

d-lər çoxluq təşkil edirsə:

Eşq və siz əsla bir araya gələ bilməzsiniz. Mümkündürsə, qarşı cinsdən mütləq uzaq durun. `Beləsi düşmən başına` deyilən insanlar var ha, bax, siz, onlardansınız. Kimlə birgə olsanız, ona zərər verərsiniz. Dünya insanlarının sağlığı baxımından sizi təcili olaraq bir yerə məhkum etmək lazımdı!

Ailə və Uşaq     Baxılıb: 4765   Tarix: 04 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

turlar.az

donlar 2026 qadin dunyasi gelinlikler çantalar saglamliq haqqinda şirniyyat və tortlar ailə hamiləlik kosmetika gözəllik salatlar cekc pornuxa bayraq novruz bayramina aid hakisdalar