Sidikdə köpük nəyin əlamətidir?

Sidikdə köpük nəyin əlamətidir?Elə insan yoxdur ki, ömründə bir neçə dəfə sidiyində köpük görməsin. Elə adam var buna əhəmiyyət vermir, eləsi də var qorxur. Əgər hər sidiyə getdikdə çox köpük varsa və bu 1 həftədən artıq davam edirsə, şübhələnməyə dəyər.
Adətən insan uzun yoldan gəldikdə, sidiyini xeyli müddət saxladıqda, qaçaraq tualetdə çatanda sidik kanalından yüksək axınla sidik gələndə köpüklənmə baş verir. Bu köpük qısa müddətdə itir.
Milli.Az xəbər verir ki, əgər sidikdə köpüklə yanaşı bədənin müxtəlif nahiyələrinin-əl, ayaq, qarının şişməsi, iştahın kəsilməsi, yorğunluq, ürəkbulanma, beldə ağrılar, sutkalıq sidik miqdarının azalması və ya artması, sidiyin rənginin dəyişməsi, kişilərdə cinsi problemlər də eyni vaxtda müşahidə olunursa, o zaman uroloqa müraciət etməyi yubatmaq olmaz.
İlk növbədə bədənin susuzlaşmasını inkar etmək lazımdır. Əgər sidikdə köpüklənmə və rəngi tünd-qəhvəyidirsə, bu su çatışmazlığının əlamətidir. Böyrəklər həddən artıq çox sidik ifraz edir, orqanizm maye itirir. Bu zaman sidikdə duzlar çoxlalır, bu da köpüklənmə verir. Problem sutkalıq təbii su, maye qəbulunun artırılması, 2 litrə çatdırılması ilə həll oluna bilər.
Stabil, itməyən köpük və normal sidik rəngi proteinuriyanın əlamətidir. Bu o deməkdir ki, sidikdə zülal normadan çoxdur. Bəs sidikdə niyə zülal çoxalıb? Bu o deməkdir ki, böyrəklərin süzücülüyü pozulub, albumin molekulları sidiyə keçir, burda artıq böyrəklər ciddi yoxlanmalıdır.
Bəzən isə müvəqqəti proteinuriya baş verir: stress, yorğunluq, ağır iş, bədənin soyuması, temperatur dəyişikliyi, bəzi infeksion xəstəliklərdə sidiyə zülal keçir. Lakin insanın ümumi vəziyyəti stabilləşən kimi bu problem aradan qalxır.
Statik proteinuriya isə şəkərli diabet, hipertoniya və böyrək xəstəliklərdə-sidik yollarının infeksiyası,prostat və s. baş verir.
Əgər xəstədə analiz və müayinələr zamanı elə də ciddi pozulmalar aşkarlanmayıbsa, o zaman irsi, genetik səbəb araşdırılır. Ailədə, nəsidldə diabet və uroloji xəstəliklərin olub-olmaması soruşulur. Ola bilər xəstə diabet önü mərhələdədir. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1370   Tarix: 01 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

adlarin menasi maskalar gelinlikler hiperaktiv usaqlarin mualicesi kombinler 2026 yay qadinin arxadan olmasi kosmetika lakonizm əfsanələr novruz bayramına aid hakışta novruz hakistasi qardasa aid haxistalar