Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ
Simsiz qulaqlıqların əsas təhlükəsi insan beyninin yaxınlığında elektromaqnit dalğaları yaymasıdır.
Publika.az "Praym"a istinadla xəbər verir ki, bu barədə Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin informatika kafedrasının dosenti Aleksandr Timofeyev bildirib.
Mütəxəssisin sözlərinə görə, bu, xüsusilə orijinal olmayan cihazlara aiddir. Onlar eşitmə və görmədə problemlər yarada bilir.
Bundan başqa, alimər simsiz qulaqlıqların xərçəng riski barədə dəfələrlə xəbərdarlıq ediblər.
Cihazın təhlükəsizliyini yoxlamaq üçün Timofeyev telefonu yerə qoymağı, ona qoşulan qulaqlıqlarla müəyyən məsafəyə uzaqlaşmağı təklif edir. Siqnal bir neçə metr məsafədə zəifləyirsə, deməli qulaqlıq təhlükəsizdir.
Mütəxəssisin sözlərinə görə, fərqli ölkələrin standartları müxtəlif radiasiya səviyyəsinə malik cihazların sertifikatlaşdırılmasını nəzərdə tutur.
Eyni zamanda, "Bluetooth" texnologiyaları etibarlı sayılır, buna görə də bütün dünyada geniş tətbiq olunur.









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar