Sinqapurda koronavirus dərmanının kliniki sınaqları başladı
Həkimlər Ebola dərmanının koronavirusa qarşı effektivliyini yoxlayacaq. Sinqapurlu həkimlər koronavirusun müalicəsində "Remdesivir" dərmanını sınaqdan keçirməyə qərar verib. Bununla bağlı artıq könüllülərin işə cəlb olunması başlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, əslində, bu dərman Ebolaya qarşı təsirli vasitə olaraq hazırlanıb. Lakin hələ də koronavirusa qarşı xüsusi dərman olmadığından həkimlər yoluxmuş insanları müalicə etmək üçün artıq qeydiyyatdan keçmiş dərman birləşmələrini sınaqdan keçirmək niyyətindədir.
Araşdırmalarda iştirak etmək könüllüdür, çünki bu bir riskdir, müalicənin nə qədər effektiv olduğu və koronavirusa yoluxanların hansı əks təsirləri olduğu bilinmir.
"Kliniki sınaqlara imza atan xəstələr nəzarət qrupunda olduqları təqdirdə "Remdesivir" və ya plasebo alacaqlar", - deyə Milli Yoluxucu Xəstəliklər Mərkəzinin rəhbəri Şaun Vasu, CNA-ya açıqlamasında deyib.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar