Sinusit haqqında bilməniz lazım olanlar: MÜTLƏQ OXUYUN

Sinusit haqqında bilməniz lazım olanlar: MÜTLƏQ OXUYUNHər il 10 mindən çox Azərbaycanlı ən azı bir epizod olsa belə kəskin sinusitdən əziyyət çəkir.buna səbəb son 10 ildə ətraf mühitin daha çox çirklənməsi,şəhərlərin böyüməsi və antibotiklərə olan həssaslığın azalması hesab olunur.

Sual: Sinusit nədir?

Cavab:Snusit hər hansısa bir cibin selikli qişasının iltihabıdır və xüsusilə sinusit deyiləndə burunətrafı ciblərin iltihabı nəzərdə tutulur.Kəskin sinusit qisamüddətli olur,antibiotik və ödeməleyhinə müalicəyə yaxşı tabe olur.Kəskin sinusitin ən azı 4 dəfə təkrar olunduğu hallar xroniki sinusit adlanır.Xroniki sinusit dərman və ya cərrahi yolla müalicə olunur.
Sual:Kəskin sinusitin əlamətləri və simptomları hansılardır?
Cavab:Kəskin sinusit üçün xarakterik simptomlara- üzdə ağrı,təzyiq hissi,burun tıxanıqlığı,burun axıntısı,qoxu hissinin azalması və astmadan asılı olmayan öskürək(uşaqlarda) aiddir.Ayrıca bu əlamətlərə yüksək hərarət,ağızdan pis qoxunun gəlməsi,yorğunluq,diş ağrısı və öskürək də əlavə oluna bilər.
Kəskin sinusit dörd həftə və daha çox davam edə bilər.Xəstədə bol,sarımtl-yaşılımtıl burun ifrazatı davam edirsə bu kəskin sinusitin davam etməsi deməkdir.Əgər xəstədə olan əlamətlər 5 gündən sonra daha da pisləşirsə prosesdə kəskin bakterial infeksiyaların iştirak etdiyi,əlamətlərin proporsionalliqi normala yaxın olduqda isə prosesin viral infeksiya mənşəlli olduğu düşünülməlidir.

Sual:Kəskin sinusit necə müalicə olunur?

Cavab:Kəskin sinusit adətən 10gündən 14 günə qədər aparılan antibiotik preparatları ilə müalicə olunur. Müalicə nəticəsində əlamətlər yox olursa antibiotik müalicəsini dayandırmaq lazımdır.Xəstəliyin simptomlarını azaltmaq məqsədi ilə xəstəyə oral və topical ödem əleyhinə dərman maddələri vermək olar.

Sual:Xronik sinusitin əlamət və simptomları hansılardır?

Cavab:Xroniki sinusitlə xəstə olan şəxslərdə aşağıda sadalanan əlamətlər 12 həftə və daha çox davam edir:üzdə ağrı,təzyiq hissi,üzdə dartılma hissi,burunda tıxanıqlıq hissi,qatı burun axıntısı,şəffaf postnazal axıntı,burun boşluğunda irin, bəzən hərarət.Həmçinin xəstədə başağrısı ağızdan pis qoxunun gəlməsi və yorğunluq kimi əlamətlər də ola bilər.

Sual:Sinusit zamanı meydana çıxan ağrıları ev şəraitində necə blokada etmək olar?

Cavab:İlıq nəmli hava sinuslarda tutulmanı bir qədər azaldır.Ekspertlər qaynadılmış su buxarı ilə nəfəs almağı məsləhət görürlər.Hava nəmləndiricilərini istifadə etməkdən öncə əmin olmaq lazımdır ki, filtiri yerindədir çünki filtr bakteriya və göbələklərin havaya yayılmasının qarşısını alır.İsti kompreslər burun və burunətrafı ciblərdə ağrını azaldır.Duzlu burun damlaları isə burundakı hava yolunu nəmləndirir və nazal pasajı yaxşılaşdırır.

Sual:Reseptsiz istifadə olunan burun damlaları və spreylərin effektivliyi necədir?

Cavab:Reseptsiz istifadə olunan burun damlaları və spreyləri simptomları kontrol etməkdə yardım edir.Ancaq reseptsiz istifadə olunan damarbüzüşdürücü spreylər uzun müddətli istifadə zamanı simpomları gərginləşdirə bilər buna görə bu spreylər ehtiyac duyulmadıqca istifadə olunmamalıdırlar.Duzlu burun spreyləri və damcıları istifadə üçün təhlükəsizdirlər.

Sual:Kəskin və xroniki sinusit zamanı həkim ən effektiv müalicənin hansı olduğunu necə təyin edir?

Cavab:Həkim sinusit zamanı düzgün müalicəni təyin etmək üçün xəstəlik tarixini düzgün və diqqətli toplamalı,simtomlara diqqət yetirməli və sonda müayinələri aparıb qərar verməlidir.

Sual:Sinusit diaqnozu qoyulması üçün hansı müayinələr aparılır?

Cavab:Mütəxxəsisin kabinetində pasientin burun,qulaq və boğazı müayinə edilir.Fiziki müayinə zamanı həkim pasientin üz cizgilərinə-üzdə şişkinliyin və eritemanın(dəridə qızartı)olub olmamasına diqqət yetirir.Üzdə şişkinlik və qızartı adətən səhərlər daha çox nəzərə çarpır,xəstə vertikal vəziyyətdə qaldıqca simptomlar getdikcə azalır.Həkim sinusları hiss etmək üçün sinusların üzərinə əlini sıxa bilər.Paranazal sinusda iltihabın olmasını təyin etmək üçün həkim dişləri də sıxa bilər.

Sual:Əlavə olaraq hansı diaqnostik metodlardan istifadə oluna bilər.

Cavab:Digər diaqnostik metod kimi burun selikli qişasından götürülmüş yaxmanın mikrobioloji müayinəsindən,endoskopiyadan,rentgenoqrafiyadan,allerqoloji testlərdən və burunətrafı sinusların kompyuter tomaqrafiya müayinəsindən istifadə etmək olar.

Sual:Burun endoskopiyası nədir?

Cavab:Endoskop kanal və boşluqlu orqanları müayinə etmək üçün istifadə olunan xüsusi fibroskopik optik cihazdır.Bu cihaz burunun daxilini və ciblərin drenaj sahəsini müayinə etməyə imkan verir.

Sual:Nə üçün burun-qulaq-boğaz həkimləri burun endoskopiyasından istifadə edirlər?

Cavab:Nazal endoskop həkimə burundakı bütün sinus drenajı yolları barəsində vizual görüntü təqdim edir.İlkin olaraq burun boşluğu anesteziya edilir sonra sərt və ya hərəkətli endoskop burun boşluğunun tam görüntülənməsini təmin edəcək vəziyyətdə boşluğa yeridilir.Bu müayinə üsulundan burun boşluğunun obstruksiyalarını və adi müayinə zamanı görünməyən polipləri aşkarlamaq üçün istifadə olunur.Həmçinin endoskopik müayinə zamanı həkim burun boşluğunda irinin,polipin və struktur anomaliyalarının olub olmamasına diqqət yetirir çünki bu proseslər sinusitin təkrarlnmasına təkan verən amillərdir.

Sual: Sinusitlərdə həkim hansı müalicə kursunu tövsiyyə edir?

Cavab:İltihab nəticəsində yaranmış şişkinliyi,ödemi aradan götürmək üçün həkim burun spreyləri,damcıları və ödeməleyhinə dərman maddələrini məsləhət görə bilər.Sinuslarda bakterial infeksiya aşkarlandıqda antibiotiklər təyin edilə bilər(virus mənşəlli infeksiyalarda antibiotik effektli deyil)Allergiyanın müalicəsi üçün antihistamin preparatları verilə bilər.

Sual:Müalicə zamanı həyat tərzində hansı dəyişikliklər edilməlidir?

Cavab:Siqaret tüstüsünün ziyanı məlumdur və sinusitin müalicəsi dövründə siqaret çəkməyə fasilə verilməlidir.Xüsusi qida pəhrizi tələb olunmur ancaq çoxlu maye qəbulu selikli qişanın nazikləşməsinə yardım edir.

Sual:Hansı hallarda sinus cərrahiyyəsinə ehtiyac duyulur?

Cavab:Selik orqanizm tərəfindən sürüşkənliyi artırmaq, lubrikant təsiri göstərmək üçün ifraz olunur.Sinus boşluqlarında yaranan selik boşluğun daxilindəki kirpikciklərin hərəkəti sayəsində daim bir yerde qalmayıb burun boşluğuna doğru hərəkət edir.İltihb və ya allergiya zamanı selikli qişa şişkinləşir nəticədə sinusların təbii dəlikləri daralır və selik sinusu tərk edə bilmir.Əgər antibiotiklər bu vəziyyətdə kömək etmirlərsə sinus cərrahiyyəsi vasitəsi ilə buproblem aradan qaldırıla bilər.

Sual:Cərrahi prosedura nə aiddir?

Cavab:Endoskopik sinus cərrahiyyəsi əməliyyatı ümumi və ya yerli anesteziya altınd həyata keçirilir.Dörd günə xəstə normal həyat fəaliyyətinə qayıdır.Tam bərpa isə dörd həftə çəkir.

Sual:Sinus cərrahiyəsində məqsəd nədir?

Cavab:Sinus cərrahiyyəsi zamanı əsas məqsəd sinusların təbii dəliklərinin genişləndirilməsi və mümkün qədər az kirpik zədədləməkdir.Qulaq-burun-boğaz baş boyun cərrahları endoskopik cərrahiyyəni yüksək effektli sinusların normal funksiyasını bərpa edən bir əməliyyat hesab edirlər.Bu prosedur vasitəsilə seliyin axmasına mane olan maneələr aradan qaldırılır.

Sual:Sinusit zamanı müalicədən imtinanın nə kimi fəsadı ola bilər?

Cavab:Sinusit müalicə olunmazsa ağrı və narahatcılıqla nəticələnəcək bəzi hallarda isə meningit və beyin absesi,sümük və sümük iliyi iltihabı kimi ağırlaşmalar ola bilər.

Sual:Sinus ağrısından əziyyət çəkənlər hara müraciət etməlidirlər?

Cavab:Əgər şəxs sinus ağrısından əziyyət çəkirsə,ona dərman və cərrahi yardım göstərmək iqtidarında olan otorinolarinqoloq baş boyun cərrahına müraciət etməlidir.

http://yusifhaciyev.com

Sağlamlıq     Baxılıb: 6154   Tarix: 25 aprel 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

turlar.az

qis geyimləri 2026 hamiləlik kosmetoloq sizanaqlara qarsi resept üzü nəmləndirən maska könül kerimova kokteyllər kosmetika maska vətən haqqında atalar sözləri bakire janrlar tapmacalar