Sistit - ən çox qadın xəstəliyidir

Sistit - ən çox qadın xəstəliyidirQadınların təqribən 40-50%-i həyatlarında heç olmasa bir dəfə kəskin sistit keçirib, 20-30%-i isə sidik yolları infeksiyalarının ilk epizodundan sonra 3-4 ay ərzində residivlə qarşılaşır. Onların 10-20%-i bütün həyatları boyu residivləşən sistitdən əziyyət çəkir. "Residivləşən sistit" diaqnozu dedikdə 6 ay ərzində sistitin 2 dəfə kəskinləşməsi və ya il ərzində 3 dəfə kəskinləşmə halı başa düşülür ki, bu da təkcə xəstələrin həyat keyfiyyətinə deyil, həm də bütövlükdə cəmiyyətə böyük sosial-iqtisadi təsir göstərir.
Sistit, xüsusilə də xroniki sistit - çox "narahat" xəstəlikdir. Tualetə tez-tez getmək həm vaxt aparır, həm də əmək qabiliyyətini aşağı salır. Zaman keçdikcə isə əsəb pozğunluğuna səbəb olur - qadın nə vaxt yenidən tualetə gedəcəyindən başqa bir şey düşünə bilmir. Uzaq səfərlərə, teatra, restoranlara, klublara, qonaqlıqlara gedişini həyatından çıxarır.
Qadınlarda sistitin yaranma səbəbləri. Sistitin "zərif cinsin" nümayəndələrində daha geniş yayılmasına səbəb, qadınlarda sidik kanalının qısa olmasıdır. Şəxsi gigiyena qaydalarına riayət etmədikdə, immunitet zəiflədikdə və xarici cinsiyyət orqanlarının quruluşundakı bir sıra anadangəlmə qüsurlarla əlaqədar sistitlə xəstələnmə ehtimalı bir neçə dəfə artır. Xroniki sistitin inkişafında və saxlanılmasında postmenapauza dövründəki atrofik prosslər də böyük rol oynayır. Sistiti adətən şərti-patogen mikroorqanizmlər - bağırsaq çöpləri və bağırsağın digər daimi "sakinləri" törədir. Sistit sidikçıxarıcı kanala ləvazimatların yeridilməsi ilə gedən istənilən tibbi manipulyasiyalardan - yaxmanın götürülməsi, kateterizasiya, sistoskopiyadan sonra da inkişaf edə bilər.
Sistitin əsas simptomları. Sistit xəstəliyinə düçar olmuş xəstələr, sidiyə getmə zamanı ağrı, qarnın aşağı hissəsində olan və sonradan budun daxili səthinə yayılan ağrılar hiss edir. Sidiyə getmə halları tezləşir, bəzən sutkada 50 dəfədən çox olur. Bəzən, sidikdə qan da ola bilər.
Sistitin müalicə üsulları. Sistitin müalicəsi - kompleks şəkilində aparılır. Uroseptiklərin qəbulu ilə yanaşı, immuniteti və orqanizmin mikroflorasını bərpa etmək lazımdır. Təbii uroseptiklərin yan təsirlərinin olmaması, həmçinin hamilə qadınlarda və uşaqlarda istifadəsinin mümkünlüyü onlara həkim-uroloqlar tərəfindən populyarlıq qazandırmışdır. Xalq təbabətindən hamıya məlum olan və müxtəlif dərman vasitələrinin tərkibinə daxil olan mərcanı giləmeyvəsi, çox güclü təbii uroseptikdir. Onun iltihabəleyhinə, mikrobəleyhinə və sidikqovucu təsirləri vardır. Bunun sayəsində mikroblar nəinki məhv edilir, həm də sidik kisəsindən yuyulub xaric olunurlar. Mərcanı sidiyin turşuluğunu artırır, digər mikrobəlehinə preparatların təsir effktini gücləndirir.
Sistitin qarşısını necə almaq olar? Hər şeydən öncə nəinki qışda, həmçinin ilin başqa fəsillərində də orqanizmin həddən artıq soyumasına yol vermək olmaz. Kiçik çanaqda qan durğunluğuna səbəb olacaq dar geyimlər geyinilməməlidir. Şəxsi gigiyena qaydalarına riayət etmək, sidik kisəsini mütəmadi başaltmaq və həddən artıq dolmağa qoymamaq lazımdır. Özünümüalicə, rəfiqələrin məsləhəti ilə müalicə - yolverilməzdir! Düzgün və ya tam müalicə olunmamış sistit, xroniki formaya, pielonefritə çevrilə bilər ki, sonuncunu da bütün həyatı boyu müalicə etmək lazımdır.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR. /news.milli.az

Xəbərlər     Baxılıb: 2258   Tarix: 15 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

adlarin menasi sade makiyaj sekilleri maskalar qadın sinəsi soyuqdəymə aparici serxan keremoglu meslehetler kosmetika rus dilini öyrənək 2 ci dərs hakisdalar nagillar qoğalın nağlı qadin saglamlig