Sızanaqları sağaldan meyvə MASKALARI

Sızanaqları sağaldan meyvə MASKALARIMeyvələr dərini canlandırır və pilinq təsiri yaradır. Meyvəli maskalar problemli dərilərə fayda verir. Zəngin tərkibli və qidalandırıcı meyvələr solğun, həssas, yıpranmış dərinin düzəlməsinə təsir göstərir. Ailem.az faydalı meyvə maskalarını təqdim edir.

Limonlu maska

Meyvə maskaları içərisində ən sürətli təsir göstərəni limonlu maskadır. 3 xörək qaşığı limon suyu və 2 xörək qaşığı balı qaba töküb, yaxşıca qarışdırın. Sonra sızanağın olduğu yerə vurun. 15 dəqiqə saxladığınız maskanı ilıq su ilə dərinizdən yuyun. Bir həftə ara ilə hər gün tətbiq edə bilərsiniz.

Çiyələk maskası

Yağlı bir dəriniz varsa, sızanaqlardan qurtulmanız bir az daha çətin olur. Çiyələk dəridə pilinq təsirinə sahibdir. Çiyələkli sızanaq maskası üçün 6-7 orta boy çiyələk və 2 xörək qaşığı qatıq istifadə edilir. Çiyələkləri təmizləyib qabda əzin və ona qatığı töküb qarışdırın. Qarışımı təmiz dəriyə əlinizlə vurun. Maskanı 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə təmizləyin.

Ərikli maska

Ərik maskası dəridə ölü hüceyrələri təmizləyir. 3-4 ədəd əriyi 1 çay qaşığı yulaf əzməsi ilə əzib qarışdırın. Əvvəlcədən təmizlənmiş dərinizə vurun. Təxminən 15-20 dəqiqə saxlayıb, ilıq su ilə yuyun.

Alma maskası

Üzünüzün yağlı olmayan yerlərini qurutmayan və sızanaqlardan da təmizlənməsinə kömək edən almalı maska qarışıq dəri tipi olanlar üçün idealdır. Bu maskanı hazırlamaq üçün 1 ədəd rəndələnmiş alma və 1 xörək qaşığı balı qarışdırın. Əvvəlcədən təmizləyib quruladığınız dərinizə vurun. Həftədə bir dəfə maskanı tətbiq etmək kifayətdir.

Darçın maskası

Darçınlı sızanaq maskası üçün ehtiyac duyulan ərzaqlar 2 xörək qaşığı bal və 1 xörək qaşığı darçındır. Verilənləri birlikdə qarışdırın. Təmiz dəriyə vurduğunuz maskanı 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Həftədə 2 dəfə vurmağınız kifayət olacaq.

Gözəllik və Moda     Baxılıb: 3200   Tarix: 04 aprel 2018
f Paylaş

Oxşar xəbərlər

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

turlar.az

geyim seçimi kosmetik vasiteler aksessuarlar sandal ayaqqabilar hamileliyin elametleri uz ucun maska resepti çantalar kosmetika hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz qiz evi haxista novruz bayrami hakisdalar məsəllər