Skoliozdan əməliyyatsız xilas olmaq mümkündürmü?

Skoliozdan əməliyyatsız xilas olmaq mümkündürmü?Təəssüf ki, müraciət edən pasiyentlərin müayinəsi zamanı dəfələrlə skolioz haqqında oxuduqları halda körpə uşaqlarında vizual müayinə belə aparmır və ya gecikmiş hallarda Həkimə aparırlar. Onurğa əyriliyi, yəni skoliozun əməliyyatsız üsullarla müalicəsinin müvəffəqiyyətində əyriliyin erkən diaqnozu çox əhəmiyyətlidir. Onurğa əyriliyi xüsusilə inkişaf çağındakı uşaqlarda daha tez-tez görünür.
Publika.az xəbər verir ki, bu barədə fizioterapevt-reabilitoloq Ramin Quliyev məlumat verib. 
O bildirib ki, skolioz geyimdə olduğun zaman belə müəyyən olacaq vəziyyətdədirsə, bu, xəstəliyin çox irəlilədiyini göstərir:
"Skolioz diaqnozunda ana və ataların öhdəsinə əhəmiyyətli vəzifələr düşür. Uşağın beldən yuxarısındakı geyimləri çıxararaq müəyyən aralıqlarla nəzarət etmələri çox əhəmiyyətlidir. Uşağın duruşunda sağa, ya da sola doğru S şəklində bir əyrilik varsa, mütləq nəzərə alınması lazımdır. Analar uşaq vaxtından etibarən iki çiyin arasında yüksəklik fərqi olub-olmadığını da diqqətli bir şəkildə nəzarət etməlidir. Çünki onurğa əyriliyi irəliləməyə başladığında xüsusilə erkən yetkinlik dövründə və ya inkişafın tamamlandığı dövrlərdə qalıcı orqan deformasiyaları meydana gələ bilər. Skolioz müxtəlif orqanlara təsir göstərdiyi üçün müxtəlif xəstəliklərə səbəb ola bilər". 
Mütəxəssis qeyd edib ki, skoliozun müalicəsində erkən diaqnoz çox vacibdir:
"Onurğa əyriliyi 9-14 yaş arasındakı inkişaf çağı uşaqlarında ortaya çıxsa da, körpələrdə və yeniyetmələrdə də görülür. Daha çox qız uşaqlarında müşahidə edilən onurğa əyriliklərini erkən fərq etmək ana-ata, müəllim kimi böyüklərə düşür. Uşağın kürəyinə arxadan baxıldığında çiyinlərdən birində yüksəklik, ombanın bir tərəfə sürüşməsi bel, qol arasındakı məsafədə fərqlilik varsa, skoliozdan şübhə edə bilərlər. Uşaq önə əyildiyində kürək, ya da digər bir çıxıntı görülsə, dərhal həkimə müraciət edilməlidir. Onurğa əyriliyinin səbəbi tam olaraq bilinmir. Skolioz bədənin estetik görünüşünü pozmaqla uşaqlarda psixoloji problemlərə səbəb olur. İrəliləmiş və yüksək bucaqlı onurğa əyriliyindən ağrı, nəfəs alma və hərəkət etmə çətinliyi görülə bilər". 
Həkim bildirib ki, skoliozun təyini asandır və onun fizioterapevtik müalicə ilə qeyri-cərrahi müalicəsi mümkündür: 
"Skoliozun yerini və bucağını təsbit etmək üçün onurğa rentgeni çəkilməsi lazım ola bilər. Başqa xəstəliklərin skolioza səbəb olduğu vəziyyətlərdə MRT və tomoqrafiya çəkilməsi də lazım ola bilər. Skoliozun idarəsi əsnasında bəzi vəziyyətlərdə radioloji araşdırmalara davam edilir. Bu vəziyyətdə xərçəng riskinə qarşı qoruma təmin etmək üçün X şüası ehtiva etməyən, əyriliyi təqib bədən topoqrafik analiz sistemləri istifadə olunur.
Fizioterapevtik müalicə və reabilitasiyalar sayəsində erkən diaqnozu qoyulan skolioz xüsusi məşq müalicələri və fizioterapevtik müalicə proqramları ilə idarə altına alınar və bucağın irəliləməsi maneə törədilər, bədənin estetik baxımdan görünüşü düzələr. Skolioza səbəb olan hansı əzələ qeyri-kafidirsə, bunu "Valedo" müalicə deyilən kompüter nəzarət sistemi ilə təyin etmək mümkündür".

Sağlamlıq     Baxılıb: 2320   Tarix: 12 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

turlar.az

donlar 2026 toy makiyaji sekilleri maskalar xeyanet aksesuarlar erotik geyim kişilərə təsir etmək kosmetika haxisdalar həmidə lakonizm baldiz novruz bayramina aid