SN: Bu şəxslər Hepatit A virusuna daha çox yoluxur

SN: Bu şəxslər Hepatit A virusuna daha çox yoluxurHepatit A (infeksion sarılıq və ya Botkin xəstəliyi) qaraciyərin virus xəstəliyidir. O, qaraciyərdə kəskin iltihab yaradaraq, öz-özünə sağalan, qaraciyərdə xəsarət yaratmayan xəstəlikdir. Hepatit B və C-dən fərqli olaraq, Hepatit A xroniki qaraciyər xəstəliyinə səbəb olmur.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov bildirib. Onun sözlərinə görə, uzun illərdi ki, bu virus mövcuddur, tam öyrənilib və hətta ona qarşı vaksin var:
"Yoluxma bəzi gigiyena qaydalarının pozulması nəticəsində yaranır və yayılmasına səbəb olur. Hepatit A virusunun əsasən fekal-oral yolu ilə sayəsində ötürülür. Bu zaman şəxs öz fekaliya (nəcis ifrazatı) və çirklənmiş əli ilə infeksiyanı ətrafa yayır. Beləliklə, xəstə şəxslə əl kontaktı və ya yoluxan şəxs ətrafda olan ağıza düşə biləcək nəyə toxunubsa (qida, su), digərlərini asanlıqla yoluxdura bilər. Meyvə və tərəvəzlər yuyulmadığı təqdirdə virusa yoluxma ehtimalı xüsusilə yüksəkdir. Çünki virus soyuğa, istiyə, hətta mədənin qatı turş mühitinə davamlıdır. Lakin suyu qaynamaqla onu tamamilə məhv etmək olar.
Hepatit A virusu orqanizmə həzm sistemi vasitəsilə daxil ola bilər. Digər qan və ya cinsi yoluxma da mümkündür. Lakin bu hallar daha az rast gəlinir və kütləvi yoluxmalara səbəb olmur.
Virusa yoluxan insanda gizli period olur və inkubasiya müddəti adlanır. Bu dövr ortalama 2-4 həftə davam edir. Xəstəlik insanda halsızlıq, tez yorulma, əzələlərdə ağrı, iştahsızlıq, qusma, mədə ağrısı, ishal əlamətləri ilə özünü göstərir. Bu dövr ən çox yoluxdurucu olduğu dönəmdir. Daha sonra sarılıq dəridə qaşınma əlamətləri ilə üzə çıxır və xəstənin daha öncəki əlamətlərində rahatlama müşahidə edilir. Diaqnoz qoymaq üçün Hepatit A virusun İgM dediyimiz markerini və qaraciyər testlərini laborator analizlərinə baxılır, xəstəliyin gedişini bununla izlənilir.
Gözlər və dəri saraldıqda, xəstə artıq məsələnin adi soyuqlama, mədə-bağırsaq pozuntusu kimi yox, məhz qaraciyər xəstəliyinin olduğunu anlayır və həkimə müraciət edir. Burada ən əsas erkən əlamət sidiyin rənginin tündləşməsidir. Bu halda həkimə müraciət etmək tövsiyə olunur.
Sarılıq baş verdikdən sonra qaraciyərin əvvəlki səviyyəyə qayıtması 5 aya qədər çəkə bilər. Bəzən xəstələr tamamilə saralmış vəziyyətdə həkimə müraciət edirlər. Lakin panikaya düşmək lazım deyil. Unutmayın ki, sağlam insan üçün Hepatit A virusuna yoluxması həyatı risk daşımır. Ən əsası xəstəni təcrid etmək və digər insanları yoluxmadan qorumaqdır. Onunla təmasda yalnız daha öncə Hepatit A (sarılıq) keçirən insanlar və vaksinasiyası olan şəxslər olmalıdır. Yoluxan şəxsi xəstəxanaya yerləşdirməyə hər zaman ehtiyac yaranmır. Belə ki, yaşayış yeri üzrə poliklinikanın sahə həkiminin və ya infeksionistin nəzarətində evdə müalicə ala bilər.
Xüsusilə 5-14 yaş qrupu uşaqlar Hepatit A virusuna daha çox yoluxur. Uşaqlarda yoluxma hallarında valideyinlər panikaya düşməsinlər. Bu zaman həkim-pediatrlara müraciət etsinlər, həkim nəzarətində təcrid olunaraq, müalicə alsınlar.
Böyüklər də əksər hallarda məhz uşaqlardan yoluxa bilərlər. Yaşlı insanlar, xüsusilə xroniki qaraciyər xəstəliyindən əziyyət çəkən, Hepatit B və C xəstələri, sirrozlu xəstələr, alkoqolla bağlı qaraciyər xəstəliyindən əziyyət çəkənlər, ağır ürək xəstələri, böyrək xəstələri hepatit A-ya yoluxarsa, bu zaman çətinliklər yarana bilər. Buna görə də, virusun alovlanması olan ərazilərdə bu qrup şəxslərə vaksinasiyadan keçmək ciddi tövsiyə olunur".
Həkim deyib ki, Hepatit A virusu yüksək immunogendir. Virusa yalnız bir dəfə yoluxma mümkündür, sonra ömürlük immunitet formalaşır:
"Xüsusi müalicəsi üsulu və spesifik bir antivirus preparatı yoxdur. Yalnız simptomatik dərmanlar və infuziyalar tövsiyə edilə bilər. Hepatit A xəstələrinə çox dərman istifadəsi məqsədəuyğun deyil. Onsuzda ciddi virus təsirnə məruz qalan qaraciyər bir də artıq dərmanlara güc sərf etməməlidir. Lazımsız medikamentoz müalicədən qaçınmaq tövsiyə olunur. Vaksinasiya Hepatit A virusunun spesifik profilaktika üsuludur. İki doz peyvənd alaraq, bu xəstəlikdən tam qorunmaq mümkündür.
Əl gigiyenası, xüsusilə uşaqların virusun yayılmasının qarşısını almağın ən yaxşı yoludur. Yüksək risk qrupunda olan insanlar peyvəndlənmədən keçməlidirlər. Kütləvi qidalanma obyektlərində qida ilə təmasda olan insanların şəxsi gigiyenasına ciddi sürətdə təşviq etmək və onlara mütəmadi olaraq xüsusi dezinfeksiyaedici məhlullardan istifadə tövsiyə olunur.
Xəstəliyin simptomları üzə çıxdığı və ya şübhələndiyiniz andan digər insanlarla təması minimuma endirməsi, həmçinin insanların toplandığı ərazilərdən bir müddət uzaq qalmaq başqalarının yoluxmamaya daha az məruz qalması deməkdir".
Milli.Az

Xəbərlər     Baxılıb: 1067   Tarix: 29 yanvar 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

toy gecesi sade makiyaj sekilleri geymler 2026 vetene aid bayatılar goy qursagi nece yaranir nagillar atalar sozleri ana haqqinda kosmetika kökəlmək üçün azerb clpaq qadinlari olumu novruza aid hakışta bayatılar