Şokolad və albalı ilə ştrudel resepti
Tərkibi:
İçlik üçün:
Albalı (dondurulmuş olar) 500 q
Tünd şokolad (sürtkəcdən keçirdilmiş) 50 q
Şəkər 100 q
Limon qabığı (sürtkəcdən keçirdilmiş) 1 ç.q.
Bir çimdik darçın
Kərə yağı 45 q
Çörək qurusu (əzilmiş) 45 q
Xəmir üçün:
Un 225 q
Zeytun yağı 25 ml
Su 1/2 stəkan
Bir çimdik duz
Əlavə:
Şəkər pudrası
Şokolad
Hazırlanması:
Albalının çəyirdəklərini çıxardın, kəsada şəkər, şokolad, darçın, limon qabığı, yağ və çörək qurusu (suxari) ilə qarışdırın. Un, zeytun yağı, qaynar su və duzu qarışdırın xəmir üçün. Xəmiri açın. Üzərinə içliyi düzün, xəmirin qıraqları boş qalmalıdır. Rulet kimi bükün. Siniyə yağ çəkin və üzərinə kağız düzün. Ruleti siniyə yerləşdirin. Xəmiri çəngəl ilə deşin, 200 dərəcədə 40 dəqiqə bişirin. Soyudun. Zövqə uyğun şəkər pudrası və ya şokolad səpə bilərsiz üzərinə.
Nuş olsun!
f Paylaş








Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Bu qidalar beyin damarlarına zərər verə bilər
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın