Şokoladı soyuducuya qoymayın... - Ərzaqların düzgün saxlanma qaydaları

Şokoladı soyuducuya qoymayın... - Ərzaqların düzgün saxlanma qaydalarıMətbəx üçün vacib əşya olan soyuducu qidaların uzun müddət təzə qalmasını təmin edir.
Soyuducu qidaların ömrünü uzadır, xəstəlik riskini azaldır. Ancaq hər qidanı soyuducuya qoymaq da doğru deyil. Bəzi qidaları soyuducuya qoymaq bu qidaların dadının qaçmasına səbəb ola bilər.
Sizə soyuducuya qoymadan da saxlaya biləcəyiniz qidaları sıralayırıq:
Bal
Balın turşu bazalı quruluşa malik olması və sıx şəkər tərkibi xarab olmasına səbəb olan mikroorqanizmlərin törəməsinə mane olur. Bu səbəbdən də bal quru və qaranlıq bir yerdə otaq temperaturunda saxlanıla bilər. Balı soyuducuya qoymaq isə kristallaşmasına səbəb olur.
Qəhvə
Qəhvə süngər kimi soyuducuda olan bütün pis qoxunu üzərinə çəkər. Bu halda isə dadı və ətri itər. Üyüdülmüş qəhvə və qəhvə dənələri hava keçirməyən şüşə qabda, sərin, quru, işıq düşməyən yerlərdə saxlanmalıdır. Beləcə, təzəliyini və ətrini qoruyar. Qəhvənin üyüdülməmiş tam qəhvə dənəsini isə dərhal istifadə edəcəksinizsə, buzxanaya qoya bilərsiniz. Hava almayan qablarda 1 ay müddətində buzxanada saxlaya bilərsiniz.
Zeytun yağı
Soyuducuya qoyulan zeytun yağı kərə yağı kimi daha sərt bir quruluş alar. Bu zaman isə istifadəsi çətinləşər. Zeytun yağı sərin və qaranlıq yerdə saxlanmalı, soyuducuya qoyulmamalıdır.
Soğan
Soğan sərin, quru və yaxşı hava olan yerdə saxlanılmalıdır. Uzun müddət saxlanması üçün havayla təmas etməlidir. Buna görə plastik paketlərdən mütləq çıxarmalısınız. Qabığını soyduğunuz, kəsdiyiniz soğan qurumağa və nəmini itirməyə başlayır. Kəsilmiş, soyulmuş soğanları soyuducuda saxlamalısınız.
Kartof
Kartofu soyuducuda saxlamaq nişasta quruluşunun pozulmasına səbəb olar. Bu zaman isə ləzzəti itər. Aldığınız kartofları sellofandan çıxarıb karton və ya kağız paketdə havalı yerdə saxlaya bilərsiniz. Kartof sərin, quru və qaranlıq yerlərdə saxlanmalıdır. Kartofları yuyaraq saxlasanız, daha asan xarab olar.
Sarımsaq
Sarımsağı soyuducuda saxlamayın. Sarımsaq quru və qaranlıq yerlərdə saxlanmalıdır.
Pomidor
Kəsilməmiş pomidor soyuducunun soyuq atmosferində təzəliyini itirərək yumşalır. Uzun müddət qaldıqda isə pomidor da kəpəklənməyə başlayır. Bu səbəbdən də pomidorları az-az alın və alan kimi yeyin.
Qarpız-yemiş
Kəsilməmiş yemiş və qarpızı otaq istiliyində saxlayaraq, tərkibindəki likopen və beta-karotin maddələrini daha yaxşı mühafizə etmiş olarsınız. Ancaq dilimlənmiş yemiş və qarpızı mütləq bükərək, soyuducuda saxlamaq lazımdır.
Ərik, banan, kivi, şaftalı, qara gavalı, manqo və avokado
Bu meyvələr yetişənə qədər otaq temperaturunda saxlanmalıdır. Beləcə, qida dəyərlərini qorumuş olarlar. Yetişməmiş meyvələrin soyuducuya qoyulması yetişmə müddətini uzadacaq. Yetişmiş bananı soyuducuya qoymaq isə bananın daha tez qaralmasına səbəb olacaq.
Kahı
Kahı soyuducuda daha sürətli şəkildə solar. Eyni zamanda, digər qoxuları özünə çəkər. Ən yaxşı saxlama forması bir stəkan suyun içində otaq istiliyində saxlamaqdır. Əgər kahını uzun müddət saxlamaq istəyirsinizsə, quruda bilərsiniz.
Şokolad
Şokolad soyuducuda saxlansa, içərisindəki yağ donaraq şokoladın üzərini örtər, xarici görünüşü və dadı itər. Şokoladın ideal saxlanma temperaturu 20° C, yəni otaq istiliyidir. Sərin və rütubətsiz mühitlərdə saxlanmalıdır.
Lent.az

Mətbəx     Baxılıb: 2398   Tarix: 19 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması. Author: Selcan Xatun. Category: Ət Yeməkləri. Cuisine: Azərbaycan Mətbəxi. Yields:. 1 Serving. Qədim və zəngin Azərbaycan mətbəxinin adından və dadından xəbərsiz olduğumuz bölgələrin

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Ənənəvi bolognese və parmigiano ilə Tagliatelle Salumeri aşbazın resepti Casale Luciano

Tərkibi (xidmət başına. Tagliatelle pastası (sarı) - 100 q. Bolonya sousu - 150 qr. Kərə yağı - 20 q. Əlavə zeytun yağı - 10 q. Parmesan pendir - 10 q. Yeməli duz - 0,2 q. Qara bibər qarğıdalı - 1 q. Toyuq suyu - 150 ml

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Badımcan Salatı

Fərqli dadı olan bu salatı hamıya hazırlamağı məsləhət görərdim. Əminəm ki, çox bəyəniləcək. Lazım olan ərzaqlar:. 4-5 ədəd orta boy badımcan. 3 ədəd pomidor. 1-2 ədəd bibər. 250 qr toyuq döş əti. keşniş. şüyüd. bitki yağı

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

.

Keçi pendirli armud salatı

Lazım olan ərzaqlar. 50 qr keçi pendiri. 2 ədəd armud. 2 dəstə kahı. 2-3 xörək qaşığı xırdalanmış qoz. 2 çay qaşığı bal. 1 xörək qaşığı zeytun yağı. Limon şirəsi. Hazırlanması :. İlk əvvəl qrmudu fal-fal doğrayın. Zeytu

.

Düyü Salatı

Ərzaqlar. 2 kasa düyü. 1 kasa qarışıq yaşıl noxud. 2 budaq təzə soğan. ½ dəstə cəfəri. 8-10 ədəd gavalı turşusu. 1 kasa dənələnmiş qarğıdalı. 2 st. limon suyu. Zeytun yağı, duz, pul bibər. Hazırlanması. Təzə soğan və cəfər

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

turlar.az

qis geyimləri 2026 hamiləlik qaşların formalari saglamlig 2026 qonaq otagi cinsi zəiflik toyuqlar haqqinda kosmetika vetene aid atalar sozu aslan oglaq vətən haqqında bayatılar tanisliq