SON DƏQİQƏ! Başını qırxıb alçaldan və ölüm həddinə çatdıran ər bu məşhurun oğlu çıxdı - FOTO
Bakıda bir neçə gün əvvəl özünü ataraq intihar edən Susana Şərifovanın qeyri-rəsmi yaşadığı əri ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.
Xanim.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Susananın ölümü ilə bağlı həbs olunan əri Baxşiyev Əbülfəs tanınmış ailənin övladıdır. Belə ki, anası Simuzər Nüsrətbəyli (Baxşıyeva) şair-publisistdir. O, AYB-nin üzvü olmaqla yanaşı, 10 kitabın müəllifidir. Eyni zamanda, "Ədəbiyyat qəzeti" nin əməkdaşıdır.
Əbülfəs şairənin yeganə oğludur. Həm Susana, həm də əri əslən Lənkərandandır.
Qeyd edək ki, Susana azyaşlı uşaqları və həyat yoldaşı evdə olarkən özünü pəncərədən atıb. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla Baxşiyev Əbülfəs Yusuf oğlunun 2009-cu ildən etibarən rəsmi nikahları qeydə alınmasa da faktiki ər-arvad kimi birlikdə yaşadığı və maddi cəhətdən asılı olmuş Susana Şərifovanı dəfələrlə döyüb işgəncə verməsində, habelə amansız rəftar etməklə və ləyaqətini mütəmadi olaraq alçaltmaqla onu özünü öldürmə həddinə çatdırmasında əsaslı şübhələr olduğundan Ə.Baxşıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Barəsində həbs qətimkan tədbiri seçilib.











Rza Tamerin ölümü ilə bağlı- araşdırma başladı
Bu meyvə xərçəngə qarşı gizli silah imiş
Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər
Aysun: Yağmur məni bloka atıb
Vəfa yenidən konsert verəcək
Ürəyi qoruyub, stressi azaldan ÇAY
Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun
Məşhur reper ikinci dəfə baba oldu
Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ
Ana olmaq ehtimalım belə qorxuncdur
Məşhur aktyor vəfat etdi
Atam küçədə yığılıb qalıb, heç kim ona yardım etməyib
Boran' bu tarixdə 'Uzak şehir'ə vida edəcək