SON DƏQİQƏ! Erməni kəşfiyyatına işləyən azərbaycanlı satqınları görün hansı ölkə maliyyələşdiribmiş - ŞOK DETAL

SON DƏQİQƏ! Erməni kəşfiyyatına işləyən azərbaycanlı satqınları görün hansı ölkə maliyyələşdiribmiş - ŞOK DETALMilli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmiş Tərtərdəki hərbi hissənin həbs olunan hərbçilərindən danışıb.

Qüdrət Həsənquliyev deyib ki, azərbaycanlıların Rusiyanın hərbi məktəblərinə təhsil almağa göndərilməsinin qarşısı alınmalıdır.

"Eyni zamanda Rusiyanın hərbi təhsil müəssiələrini bitirmiş, Rusiya silahlı qüvvələrində xidmətdə olmuş və hazırda Azərbaycanın Silahlı Qüvvələrində xidmət edən şəxslər barədə ciddi araşdırmalar aparılmalıdır".

Qüdrət Həsənquliyev onu da bildirib ki, Azərbaycana xəyanət etmiş şəxslərin Rusiyadan maliyyələşdiyi məlum olub.

Deputat qeyd edib ki, gələn il AzərbaycandaPrezident seçkiləri keçiriləcək. "Əvvəllər olduğu kimi, bu dəfə də Prezident seçkiləri ərəfəsində Rusiyadan Azərbaycana qarşı təxribatlar və təzyiqlər artır".

Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və mülki şəxslər Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilib. Onlar müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.

Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında bu haqda bildirilib.

Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Güc strukturları bəyan edib ki, düşmənin ölkəmizdə, o cümlədən Bakı şəhərində və respublikanın digər ərazilərində qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş istənilən təxribat və terror fəaliyyətinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq və sarsıdıcı adekvat tədbirlər görüləcək.

Mənbə: modern.az

Xəbərlər     Baxılıb: 4323   Tarix: 16 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Süfrəmizdəki təhlükə - Həkimdən XƏBƏRDARLIQ

Qidalanma vərdişləri böyrək daşı xəstəliyinin yaranmasında mühüm rol oynayır. xəbər verir ki, bu barədə türkiyəli urologiya mütəxəssisi Mustafa Suat Bolat məlumat verib. Onun sözlərinə görə, zülalın həddindən artıq qəbul

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Yatanda ayağınızı örtməyin - SƏBƏB

Yuxu zamanı bir çox insan fərqinə varmadan ayaqlarını yorğanın altından çıxarır. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu davranış təsadüfi deyil və orqanizmin təbii mexanizmi ilə bağlıdır. Həkimlərin sözlərinə görə

.

Gəzərkən artan ağrı bu xəstəliyin ƏLAMƏTİDİR

Gəzərkən artan ağrı, ayaqlarda uyuşma və qısa məsafədən sonra dincəlmə ehtiyacı onurğa kanalının daralması xəstəliyinin ilkin əlamətləri ola bilər. Xüsusilə 55-60 yaşdan sonra daha çox rast gəlinən bu problem irəlilədikd

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

turlar.az

toy makiyaji sekilleri kosmetik vasiteler həkim məsləhəti içi doldurulmuş badımcan turşusu milli geyimlər ana südü artırmaq nar bilerziyi salati kosmetika haxışda tərəzi yutube hakışta nağıllar