SOS! Meymunçiçəyinə yoluxma artır - ÜST-dən həyəcan siqnalı

SOS! Meymunçiçəyinə yoluxma artır - ÜST-dən həyəcan siqnalıÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) son həftələr tədricən yayılan meymunçiçəyi virusunun indiyədək ən azı min nəfərdə aşkarlandığını açıqlayıb.
Publika.az xəbər verir ki, ÜST-ün baş direktoru Dr. Tedros Adanom Qebreyesus təşkilatın Cenevrədəki baş qərargahında keçirilən həftəlik toplantıda meymunçiçəyi və COVİD-19 epidemiyası ilə bağlı son məlumatları paylaşıb. Qebreyesus bildirib ki, 29 ölkədə mindən çox yoluxma hadisəsi qeydə alınıb. Ekspert bu günə qədər virusdan heç bir ölüm halının olmadığı məlumatını paylaşıb.
Endemik olmayan ölkələrdə virusun yayılmasının xüsusilə hamilə qadınlar və uşaqlar üçün narahatlıq doğurduğunu vurğulayan Qebreyesus sözlərinə belə davam edib: "ÜST virusun yayılmasının qarşısını almaq üçün yoluxmanın qeydə alındığı ölkələri hər cür səy göstərməyə səsləyirik. Meymunçiçəyinə qarşı təsir göstərən bəzi peyvəndlər və virus əleyhinə dərmanlar var, fəqət onların tədarükü məhduddur. ÜST tibbi ehtiyaclara uyğun olaraq dərman və peyvənd tədarükü üçün əməkdaşlıq mexanizmi hazırlayır". 
Meymunçiçəyinin endemik olduğu ölkələrdə virusun daha ölümcül təsirə malik olduğunu vurğulayan Qebreyesus xatırladıb ki, bu il Afrikada 1400-dən çox yoluxma baş verib və 66 nəfər məhz bu virusdan dünyasını dəyişib: 
"Virus yayılmaqda davam edir. Afrikada on illərdir yaşayır. Təəssüf ki, beynəlxalq ictimaiyyət inkişaf etmiş ölkələrdə görünməyə başlayandan sonra bu yeni virusa diqqət yetirir. Virus təhlükəsilə üzləşən bütün cəmiyyətlər eyni diqqətə və qorunma vasitələrdən bərabər istifadəyə layiqdirlər".
ÜST rəsmisi COVİD-19-a yoluxmaların azaldığını bildirsə də, epidemiyanın sona çatması ilə bağlı xəbərlərin yanlış olduğunu bildirib: "Daha təhlükəli variant hər an ortaya çıxa və çoxlu insanı müdafiəsiz yaxalaya bilər. Epidemiya hələ bitməyib, epidemiya bitənə qədər bunu deyəcəyik". 
ÜST-nün Epidemiyaya Hazırlıq və Qarşısının Alınması üzrə direktoru Dr. Silvie Briand isə bildirib ki, hazırkı çiçək vaksinlərinin meymunçiçəyinə qarşı nə qədər təsirli olduğunu ölçmək üçün sınaq testləri aparılır. 

Sağlamlıq     Baxılıb: 2006   Tarix: 10 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

turlar.az

toy gecesi donlar 2026 qadın geyimi efirde soyunan aparici silikon sinə hakista xina yaxdi sozleri suni usaq yemekleri kosmetika ginekoloq vətən haqqında bayatı vusale elizade maskalar intim