Söyüd qabığı revmatizmin müalicəsində ən yaxşı vasitədir

Söyüd qabığı revmatizmin müalicəsində ən yaxşı vasitədirRevmatizm ürək-damar sisteminin birləşdirici toxumasını zədələyən infeksion xəstəlikdir, adətən tonzillit və faringitin ağırlaşması kimi meydana çıxır, onun ilk əlamətləri 5 yaşdan 15 yaşa qədər olan dövrdə özünü göstərir. Profilaktik tədbirlər görülməyəndə xəstəlik residivləşə bilər.

Xanim.az AZƏRTAC-a istinadən bildirir ki, revmatizm kəskin anginadan təxminən üç həftə sonra başlayır. Parasels adı ilə məşhur olan orta əsr təbibi Teofrast fon Hohenheym öz təcrübələrində söyüddən hazırlanan preparatların yaxşı nəticə verdiyini müşahidə edib. Erkən yazda yığılan söyüd qabıqlarının tərkibində salisil turşusu xəstəliyin müalicəsində çox əhəmiyyətlidir. Bundan başqa qara gəndalaş, quşqonmaz, gördəvər, buynuzbaş bitkilərinin kökündə də salisilat və steroid maddələr var.

Xəstəliyin müalicəsində bir sıra xalq təbabəti üsullarından istifadə olunur. 1 stəkan suda 1 çay qaşığı xırdalanmış söyüd qabığı 15 dəqiqə ocaqda qaynadılır, 1 saat dəmə qoyulur, gündə 4 dəfə yeməkdən sonra yarım stəkan qəbul edilir.

Hərəsindən 1 çay qaşığı söyüd və sabunotu qabığının tozu 2 stəkan suda 10 dəqiqə qaynadılır, 1 saat dəmlənir və süzülür, üzərinə yarım stəkan itburnu dəmləməsi əlavə edilərək gündə dörd dəfə yeməkdən sonra yarım stəkan qəbul edilir.

1 xörək qaşığı ardıc meyvələri 1 stəkan spirtdə saxlanılaraq ağrılı nahiyələrə sürtülür.

1 xörək qaşığı xırdalanmış təzə kərəviz kökləri 2 stəkan suda 4 saat dəmlənir, gündə üç dəfə yeməkdən yarım saat əvvəl qəbul edilir.

1 xörək qaşığı xırdalanmış qara qarağat yarpaqları 2 stəkan suda dəmlənərək gündə üç dəfə yarım stəkan qəbul edilir.

Toz halına salınmış atşabalıdı meyvələri kamfora yağı ilə qarışdırılır, 1 dilim çörəyin üzərinə nazik qat şəklində yaxılır və ağrılı nahiyələrə yapışdırılır.

Sağlamlıq     Baxılıb: 2046   Tarix: 17 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

turlar.az

yaz geyimleri 2026 hamilelikde qidalanma geyim seçimi merlin monro toy ucun qisa donlar milli mətbəx debli cantalar 2026 kosmetika veten haqqinda atalar sozleri namiq qaraçuxurlu ginekoloq azerbaycanli is adami amerikada gullelendi ikizler