Soyuq duşun — FAYDALARI
Əksəriyyət isti və ilıq suda yuyunmağı, duş qəbul etməyi sevir. Bu, çoxlarına rahatlıq gətirir. Soyuq su ilə duş alanlara isə çox az hallarda rast gəlmək mümkündür. Amma bunun faydalarının daha çox olduğu bildirilir. Birdən-birə soyuq duş qəbul etmək çətin prosedur sayılsa da, tədricən çətinlik aradan qalxır, qısa bir zamanda soyuq suya alışqanlıq yaranır.
"Xanim.az " e-tibb.az-a istinadən bildirir ki, soyuq duş daha gümrah olmağa kömək edir. Son məlumatlara görə, soyuq su qan dövranını da yaxşılaşdırır. Ələlxüsus səhərlər qəbul edilən soyuq duş daha gümrah olmağa imkan verir.
Bunun stress halında olanlara da böyük faydalarının olduğu deyilir. Soyuq duş pis əhval-ruhiyyəni, əsəbiliyi aradan qaldırır.
Çox isti, yaxud isti su ilə saçların yuyulması onların PH dəyərini pozur, quru dərinin daha da qurumasına səbəb olur. İsti su dərinin, həmçinin saçların daha çox yağlanmasına, kəpək yaranmasına da yol açır.
Soyuq su ilə yuyulan saçlar isə daha parlaq olur, gec kirlənir. Bu həm də dəridə olan iltihabi prosesin qarşısını alır.
f Paylaş








Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?