Soyuqdəymənin qarşısını almaq üçün 7 FAYDALI MƏSLƏHƏT

Soyuqdəymənin qarşısını almaq üçün 7 FAYDALI MƏSLƏHƏTİnsanların əksəriyyəti fikirləşir ki, soyuqdəymə xəstəliklərinin səbəbi məhz soyuq hava olur - insan havaya uyğun geyinmir və ya yağışa düşür, üşüyür və nəticədə xəstələnir.
Lakin bu belə deyil. Soyuqdəymə xəstəliklərinin "taqsırkarı" soyuq hava deyil, müxtəlif viruslardır. Sadəcə orqanizmin soyuması immun sistemini zəiflədir, immunitet viruslara lazım olan səviyyədə müqavimət göstərə bilmir və nəticədə xəstəlik inkişaf edir.
Beləliklə, soyuqlama virus xəstəliyinin inkişafına təkan verə bilər. Bu səbəbdən əgər siz soyuğa, yağışa düşmüsünüzsə, bu tövsiyələrdən istifadə edin:
1. Paltarınızı dəyişin, isti paltar, isti corab geyinin. Bədəninizi və ayaqlarınızı quru dəsmalla yaxşıca sürtün. Bu qan dövranını sürətləndirir və bədən daha tez qızışır.
2. Dərhal isti qara və ya yaşıl çay limonla və ya itburnu, zəncəfil dəmləməsi, çobanyastığı çayı için. Bal əlavə edə bilərsiniz. Bal immun sistemini gücləndirir və həmçinin çox güclü virus və iltihabəleyhinə təsirə malikdir.
3. Adi xörək duzunu tavada yaxşı qızdırın və kiçik torbalara töküb burnunuza qoyun. Burun boşluğunda hərarətin yüksəlməsi orqanizmin virusəleyhinə müdafiəsini gücləndirir.
4. İsti suya (45-50 C) 3-4 xörək qaşığı xardal tozu tökün və 10-15 dəqiqə ərzində ayaqlarınızı bu suda saxlayın. Daha sonra ayaqlarınız yaxşı qurulayın, isti yun corab  geyinin və dərhal yatmağa gedin.
5. Həkimlərin fikirinə görə, yaxşı yuxu soyuqdəymənin qarşısını ala bilir. 8 saatdan az olmayaraq yatın.
6. Yatmazdan əvvəl yun corablara 1-2 çay qaşığı xardal tozu tökün, corabları geyinin və belə yatın. Xardal tozu ayaqları yaxşı isindirir.
7. Yatmazdan əvvəl belə "müalicəvi" buterbrod yeyə bilərsiniz: 1 diş sarımsağı xırda doğrayın, kərə yağı ilə qarışdırın və çörəyə çəkib yeyin. Sarımsaq immun sisteminə müsbət təsir edir və həmçinin virisəleyhinə təsirə malikdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1188   Tarix: 05 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

hamilelikde qidalanma gelinlikler makiyaj etmek qaydalari cavanlaşdırıcı maskalar seksual fotolar feyxoanin faydalari mayalanma kosmetika dostluq vətən həsrətinə aid bayatılar sperma bayatılar novruz bayramina aid hakisdalar