Spirtli içki mədəaltı vəzi necə məhv edir? - Alkoqol pankreatiti

Spirtli içki mədəaltı vəzi necə məhv edir? - Alkoqol pankreatitiPankreatit mədəaltı vəzinin ağır formalı iltihabıdır.
Spirtli içkinin təsirindən vəzin hüceyrələri toksiki fonda zədələnir, vəzin sintez etdiyi fermentlər kortəbii aktivləşir və vəzin özünün toxumasını "yeməyə" başlayır. Nəticədə orqanda nekroz - çürümə başlayır.
İltihabdan vəzi böyüyür, şişir, yaxınlıqdakı orqanları və sinirləri sıxır, ağrılar başlayır.
Milli.Az alkoqol pankreatitin müayinə və müalicə metodlarını təqdim edir.
İltihabın qarşısı alınmadıqca proses aqressivləşir, fibroz başlayır, mədəaltı vəzi axacaqları tutulur, orqan zədələnir. Ferment ifrazı funksiyası pozulur, ağır dispepsik pozuntular baş verir.
Vəzin endokrin funksiyası kəskin pozulur və şəkərli diabet formalaşır.
Həm içib, həm siqaret çəkmək isə damarların spazmı, vəzin işemik zədələnməsi və toxumanın dağılmasını təmin edir.
Xəstəliyin əlamətləri:
-İntensiv ağrılar
-Ağrı qol və kürəyə verir
-Ağrı bəzən olmur, bəzən qəfildən küt, kəskin başlayır
-Xəstə uzananda ağrı çoxalır
-Xəstə yalnız oturanda, azca əyilmiş vəziyyətdə yüngüllük hiss edir
-Yeməkdən və içkidən sonra ağrı tutur
-Tez-tez ürəkbulanma, mədədə yanma, qusma olur
-Nəcis açıq boz rəng alır
-Nəcisdə həzm olmamış qida qalıqları çox olur
-Xəstədə güclü köp, gəyirmə, qarında küt sancı və qurultu olur
-Xəstə arıqlayır
-Psixoloji olaraq yeməkdən qorxur
Diaqnozu:
İlkin mərhələdə çox sakit, əlamətsiz keçdiyi üçün tez yox, ağırlaşmış mərhələdə daha çox aşkar olunur. USM ilə müayinədə belə çox zaman başlanğıc mərhələni görmək olmur, analizlər təmiz çıxır.
Orta ağır formada USM və KT ilə orqan baxılır, sidik və qan analizi verilir, xüsusi mədəaltı vəzi testi aparılır.
Müalicəsi:
Spirtli içkidən və siqaretdən tamamilə imtina. Müalicəvi pəhriz və aclıq.
Konservativ dərman terapiyasında xəstəyə ferment preparatları, ağrıkəsicilər, iltihab əleyhinə dərmanlar verilir.
Zərurət olduqda abses, kistlər əməliyyatla kəsilir, nekrozlaşmış sahə də götürülə bilər.
Mədəaltı vəzidə əməliyyat elə də asan deyil, ağırlaşması çox olur, bu xəstələrdə diabet qaçılmazdır.
Profilaktika məqsədilə spirtli içkidən uzaq durmaq, rasional qidalanma seçmək, daha çox zülal tərkibli qidalar yeyilməlidir.
İçki içən insanlar panlkreatit əlamətləri olmasa belə, ağrı olmasa belə, ildə 1-2 dəfə mədəaltı vəzini yoxlatmalıdır. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1345   Tarix: 24 aprel 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

kosmetika mehsullari gelinlikler qaşların formalari 2026 gəlinliklər ciyer qovurmasi avto qadın türk şirniyyatları kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır yemek reseptleri dolça opusme sağlamlığın sirleri