Streslə mübarizə aparmağın yolları. Mütəxəssislər tövsiyə edir

Streslə mübarizə aparmağın yolları. Mütəxəssislər tövsiyə edirƏksər müasir insanların həyatı streslərlə doludur. Xroniki stress insanın sağlamlığı üçün olduqca ziyanlıdır.
Stress insanın əksər orqan və sistemlərinin (sinir, ürək-damar, immun, endokrin, cinsiyyət və s.) fəaliyyətinə çox mənfi təsir edir, müxtəlif xəstəliklərin (o cümlədən, xərçəngin) inkişafına təkan verir.
Təbii ki, stresdən mümkün qədər "qaçmaq", sonradan onunla mübarizə aparmaqdan daha yaxşıdır. Lakin bu, təəssüf ki, hər zaman mümkün olmur. Mütəxəssislər streslərin orqanizmə olan mənfi təsirini azltmaq, streslərlə mübarizə aparmaq üçün bu kimi məsləhətlər verir:
1. Stress zamanı artıq dərəcədə olan əlavə enerji yaranır. Bu artıq enerjinin insan orqanizminə dağıdıcı təsir etməməsi üçün onu vaxtında müsbət istiqamətə yönəltmək lazımdır. Təbiət tərəfindən orqanizmdə olan bu artıq enerjinin sərf edilməsinin ideal həlli yolu fiziki aktivlikdir. Bu məqsədlə idman zalında, fitnes klubda (səhhətiniz imkan verirsə), hovuzda, tennis kortunda məşq etmək, açıq havada qaçmaq və ya tez tempdə gəzmək məsləhət görülür. Əgər sizin həyat tərziniz belə idman məşğələləri ilə məşğul olmağa imkan vermirsə, belə də etmək olar: qadınlara - paltar yumaq, evdə geniş təmizlik işləri aparmaq, kişilərə - kiçik təmir işləri ilə və s. ilə məşğul olmaq. Bu cür fiziki aktivliklə məşğul olarkən insan orqanizmi stres nəticəsində yaranmış "artıq" enerjini sərf edir.
Digər tərəfdən fiziki aktivlik zamanı insan orqanizmində endorfin hormonu yaranır. Bu hormon "təbii narkotik" və ya "xoşbəxtlik hormonu" adlandırılır. Məhz bu hormonun qanda yüksəlməsi stresi azldır və insanın əhvalını yaxşılaşdırır.
Nəticədə fiziki aktivliklə məşğul olan insan bir müddətdən sonra stresin keçib getdiyini və ya xeyli azaldığını hiss etməyə başlayır.
Streslə "mübarizə etməyin" ən pis variantı - ona passiv şəkildə dözərək əziyyət çəkməkdir!
2. Bəzi qidalar streslə mübarizədə çox yaxşı kəmək edir. Bu qidalar qanda "serotonin" adlandırılan maddənin istehsalına təkan verir. Bu maddə də streslə mübarizə etməyə kömək edir və əhvalı yaxşılaşdırır. Anti-stress qidaların arasında: şokolad, banan, badam, qəhvə, çay, xurma, pendir, sitrus meyvələri.
Mütəxəssislərin müşahidələrinə görə, çeynəmə prosesi stresin azalmasına kömək edir. Stress zamanı saqqızdan istifadə edin, saqqızı bir neçə dəqiqə ərzində tez-tez çeynəyin.
3. Stresi atmaq üçün duş və ya vanna qəbul edin. Hamı bilir ki, su insana sakitləşdirici təsir edir. Vannaya orqanizmə sakitləşdirici təsir göstərən efir yağı (lavanda, limon, nanə) əlavə edə bilərsiniz.
3. Stres vaxtı özünüzə qapanmayın - vəziyyəti doğmalarınız və ya yaxınlarınızla müzakirə edin, məsləhət alın. Əksər hallarda yaxın adamlara öz problemlərindən, çətinliklərindən danışdıqdan sonra insan özünü xeyli dərəcədə yüngül hiss etməyə başlayır.
4. Qərb psixoloqları çoxsaylı araşdırmalar nəticəsində belə nəticəyə gəlmişlər ki, streslə mübarizədə Allaha müraciət edərək dua etmək ən yaxşı üsuldur. Ümumiyyətlə götürdükdə isə Allaha həqiqi inanan və ibadət edən insanlar stres vəziyyətlərə düşmürlər. Çünki onlar başlarına gələn hər bir hadisəni Uca Allahın hökmü kimi qəbul edirlər. Onların fikrincə, əgər bu Uca Allahın hökmü ilə baş verirsə, narahat olmağın, stresə, depressiyaya düşməyin də heç bir mənası yoxdur.
5. Əgər siz streslə mübarizə apara bilmirsinizsə və xeyli əziyyət çəkirsinizsə, heç nədən çəkinmədən psixoloq və ya psixoterapevtə müraciət edin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 911   Tarix: 23 noyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

donlar 2026 qadin sayti kosmetoloq qaraciyər tənəffüs orqanları baş gicəllənməsi sobada toyuq qizartmasi kosmetika fitat oğlan evine aid hakisda yuxuda qara ilan gormek novruz hakistasi ariqlamaq