Stressdən necə uzaq olaq?

Stressdən necə uzaq olaq?Stressdən necə uzaq olaq?İstər tələbəlik dövründə, istərsə də iş həyatında yaşanan bəzi problemlər, insana psixoloji olaraq təsir edir. Bu da gündəlik həyatımızda stressi artırır. Artıq stress həyatımızın bir parçası olub. Hətta necə adət etmişiksə, "stressdən uzaq qalmaq mümkün deyil" fikrini tez-tez dilə gətiririk. Mütəxəssislər isə məsələyə bizim kimi yanaşmır. Bu zaman problemin həlli nədir? Stressdən necə uzaq qalaq? Bu mövzuda psixoloq Nərgiz Süleymanlı kaspi.az-la öz fikirlərini bölüşüb.
Psixoloq deyir k, stress bədənin, beynin həqiqi və ya güman edilən təhlükələrə, dəyişikliklərə reaksiyasıdır. Ortada bir səbəb olmadan stress yaranmır: "Gənclər atıldıqları və qurmağa çalışdıqları həyatlarında stresslə tez-tez qarşılaşırlar. Bir gənc üçün stressi qaçılmaz edə biləcək aktual səbəbləri əsas 2 qrupa ayırırıq. Bunlardan biri fiziki çevrədən qaynaqlanan səbəblərdir, digəri isə psixososial hallarla bağlıdır. Fiziki çevrədən qaynaqlanan stressə qapalı hava, hava kirliliyi, istilik-soyuqluq, radiasiya, gurultulu ortam, psixososiala isə gərgin iş və ya dərs rejimi, işdən çıxarılma və ya iş yerinin bağlanması, iş tapa bilməmək, zamanla yarışmaq, naməlum vəziyyətlərə düşmə, imtahan prosesləri, ciddi xəstəliklər, evlilik və ya boşanma, dərslərin başlaması, məzun olma, ailə üzvlərinin itkisi, hər gün və ya tez-tez yaşadığı tıxac problemi, tələbənin mütəmadi ev dəyişdirməsi, başqa şəhərə və ya ölkəyə köçmək məcburiyyəti və s. səbəbləri aid etmək olar".
Nərgiz xanım stressdən qorunmağın yollarından da danışdı. Deyir ki, öncə özünüzə düzgün qidalanma proqramı düzəldin, hər gün müntəzəm olaraq 1,5 l su için: "Xüsusilə də stress altında olarkən tərləməyə görə, bədənin su itkisini və ağız quruluğunu önləmək üçün bol su için. Həftədə 3 gün idman edin, ən azından hər gün 1 saat piyada gəzin. Xüsusilə də açıq havada edilən bədən hərəkətləri stresslə mübarizə hormonlarının ifrazına yardım edəcəkdir. Hər gün, çox gec olmamaq şərti ilə eyni saatda yatmağı və səhər eyni vaxtlarda oyanmağı adət halına gətirin. Yuxunuzu yetərincə aldığınıza əmin olun. Hətta daha keyfiyyətli bir yuxu üçün yatmazdan öncə ilıq duş almaq, bir stəkan süd və ya bitki çayı içmək, rahatladıcı musiqi dinləmək məsləhətdir. Çox gərgin iş rejimində çalışırsınız və ya oxuyursunuzsa, müəyyən aralıqlarla fasilə verin, dik oturun, gözlərinizi bağlayın və 10 dəqiqə ərzində zehninizi rahatladın. Sevdiyiniz şeyləri və olmaq istədiyiniz bir yeri xəyal edin. Müəyyən fasilələrlə iş yerində və ya təhsil aldığınız mərkəzdə gəzin, pilləkənlə düşüb-çıxın. Bu, qan dövranının yaxşılaşmasına kömək olacaq".
Müsahibimiz qeyd edir ki, evə iş gətirməyin, ailə üzvlərinizə, sevdiklərinizə, dostlarınıza mütləq zaman ayırın: "İşdən sonrakı vaxtı şən, keyfiyyətli bir tərzdə keçirməyə diqqət edin. Ailə bağlarının güclənməsinə önəm verin. Bu, sizdə müsbət emosional vəziyyət yaradacaq. Gün ərzində özünüzə və hobbilərinizə zaman ayırın. Bu, kitab oxumaq və ya musiqi dinləmək, sevdiyiniz bir insanla kafedə oturub söhbət etmək də ola bilər. Evdə və ya iş yerində edə biləcəyinizdən çox məsuliyyət almayın. Görəcəyiniz işlərinizi təcili və çox önəmlilər sırasına görə planlaşdırın. "Yox" deməyi bacarmalısınız. Ən yaxınlarınız belə, bəzən içində olduğunuz stressi və gərgin iş rejiminizi göz ardı edərək çox tələbkar ola bilərlər. Duyğularınızı ifadə etməkdən çəkinməyin. Onlarla bu vəziyyəti müzakirə edib, ehtiyacınız varsa, dəstək istəyin. Siz bunu dilə gətirmədiyiniz müddətcə, onların vəziyyəti anlamasını gözləməyin. Sizi sıxan, səmimiyyətinə inanmadığınız insanlarla bir arada olmayın. İş şəraitində ondan uzaq durmaq kimi bir imkanınız yoxdursa, onunla ünsiyyəti xüsusi çərçivə içində saxlayın".
Psixoloq deyir ki, insanların boş yerə vaxtınızı oğurlamasına icazə verməyin: "Sizin üçün stress qaynağı olan hadisələrə və ya sizi əsəbiləşdirən vəziyyətlərə fərqli aspektlərdən baxmağa çalışın. İnsanlarla münasibətdə simpatiya qurmağa çalışın. Unutmayın, hər zaman biz haqlı ola bilmərik. Səhvlərinizi etiraf etməkdən çəkinməyin. Stress və əsəbinizə qarşı mübarizə aparmağı öyrənin. Tələsik qərar verməyin, nəfəsalma texnikalarını yoxlayaraq, sakitləşməyə çalışın. Sonradan peşman olacağınız sözlər işlətməyin. Lazım gələrsə, sizi gərginləşdirən ortamdan bir müddət uzaqlaşın və sakit beyin ilə vəziyyəti yenidən təhlil edin. Optimist olmağı, gülümsəməyi və zarafat etməyi axsatmayın. Gələcək üçün planlar qurun. Təbiət qoynuna istirahətə gedin. İnanclarınızı güclü edin".
Psixoloq sonda bildirdi ki, hər vasitədən istifadə etməyinizə baxmayaraq, stresslə mübarizəniz fayda vermirsə, mütləq mütəxəssisdən yardım istəyin. Çünki həll edilə bilməyən stress halı müxtəlif psixoloji problemlər doğurur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1069   Tarix: 29 mart 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Təmizləyici su filtrlərinin gizli fəsadları varmış

"Filtrdən axan təmiz su, əgər qurğuya düzgün qulluq edilmirsə, hər zaman təhlükəsiz olmur". -a istinadən xəbər verir ki, bu barədə -ya istinadən Rusiya Dövlət Dumasının səhiyyənin mühafizəsi komitəsinin sədr müavin

.

Bu balıq sinir sistemini gücləndirir

Mintay balığı stresslə mübarizədə faydalıdır. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, mintay balığı yüksək səviyyədə selenium tərkibi sayəsində sinir sisteminin dəstəklənməsində mühüm rol oynayır. Bu mikroelemen

.

Bu vərdiş narahatlıq riskini artırır

Gənclərin gündəlik həyatında geniş yayılmış bəzi vərdişlər, fərqində olmadan onların psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Xüsusilə şəkərli içkilərin müntəzəm qəbulu yeniyetmələrdə narahatlıq səviyyəsinin artmas

.

Sizi narahat edən düşüncələrdən qurtulmağın 6 yolu

Fəlakət ssenariləri qurmaq, qərarları təkrar-təkrar ölçüb-biçmək və ya gün ərzində başınıza gələnləri zehninizdə fırlatmaq üçün əzələlərinizdən istifadə etmirsiniz. Lakin bu hal zehin üçün təngənəfəs vəziyyətdə qaçmaq qədə

.

Bu şəxslər bayram şirniyyatlarından uzaq durmalıdır - Həkimdən XƏBƏRDARLIQ

Bayram süfrələrinin bəzəyi olan şəkərbura və paxlava hər kəs üçün eyni dərəcədə faydalı deyil. Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi insanlar bu şirniyyatları ehtiyatla, hətta bəzən ümumiyyətlə istifadə etməməlidir. Bə

.

Telefon və kompüter gözünüzü necə zədələyir? - Mavi işığın təhlükələri

Rəqəmsal texnologiyaların geniş yayılması ilə mavi işığa məruz qalma müddəti xeyli artıb. Telefon, kompüter, planşet və LED işıqlar həyatın ayrılmaz hissəsinə çevrilib. xəbər verir ki, bu vəziyyət sağlamlığa təsir göstərir

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

"Novruz"da bunu etmək qəti QADAĞANDIR

Novruz bayramı bolluq, bərəkət və zəngin süfrələrlə yadda qalır. . Həkimlər xəbərdarlıq edir ki, məhz bu günlərdə demək olar hər kəsin etdiyi bəzi vərdişlər sağlamlıq üçün ciddi risk yarada bilər. . Bayramın dadını çıxarma

.

Nahardan sonra yuxu gəlirsə, bunları edin

Nahardan sonra yaranan süstlük və yuxululuq hissinin qarşısını düzgün qidalanma və bəzi vərdişlər vasitəsilə almaq mümkündür.  xəbər verir ki, rusiyalı terapevt Olga Chistikaçıqlamasında bu vəziyyətdən qurtulmağın üç əsa

turlar.az

toy makiyaji sekilleri reseptler yaz geyimleri 2026 tortlar salatlarin bezedilmesi hicablı xanımlar burcler kisiler kosmetika veten haqqinda atalar sozleri dolça usaq seirleri zəhmət bürclər