Su filtri alanların DİQQƏTİNƏ! - Bəzi işbazların dediyi bu sözlərə İNANMAYIN

Su filtri alanların DİQQƏTİNƏ! - Bəzi işbazların dediyi bu sözlərə İNANMAYINTəmiz su çatışmazlığı qloballaşan dünyanın əsas problemlərindən biri hesab edilir.

Bu səbəblə, böyük şəhərlərdə istehlakçılar tərəfindən sutəmizləyici filtrlərə tələbat durmadan artır. Hazırda istehlak bazarında su filtrlərinin müxtəlif çeşidləri təklif edilir. Həmin filtrlər keyfiyyət göstəricisinə uyğun olaraq alıcılara müxtəlif qiymətdə təqdim olunur.
Maraqlıdır, ucuz və bahalı su filtrləri arasındakı fərqlər nələrdir? Alıcılar filtr alarkən nələrə diqqət etməlidirlər?

Ölkədə su filtrlərinin satışı və quraşdırılması işini həyata keçirən "Aqua home" firmasının (aquahome.az) meneceri Emil Hacıyev Metbuat.az-a açıqlamasında bildirib ki, ölkəsindən, modelindən və brendindən asılı olmayaraq əksər filtrlərinin iş prinsipi eynidir. Çünki bu gün Azərbaycanda satılan su filtrlərinin əksəriyyəti əks osmos prinsipi ilə işləyir:

"Sadəcə olaraq bəzi istehsalçılar öz mallarına əlavə detallar - su qaçaq sensoru, elektromaqnitli klapan, elektron tənzimləyici, TDS və s. yerləşdirirlər. Lakin bu dəyişiklik su ilə işləyən avadanlığın tez sıradan çıxmasına səbəb olur. Bu gün tez-tez rastlaşdığımız problemlərdən biri də su filtri satan şirkətlərdə həmin avadanlığa aid detalların olmamasıdır. Filtr alan müştəri sonradan avadanlıqda dəyişiklik etmək istədiyi zaman detallarını tapa bilmir. Nəticədə avadanlığı yenisi ilə əvəzləməli olur. Su filtri alarkən bəzi işbazların dediyi bu sözlərə inanmayın: "Avadanlığın filtrləri gümüşdən hazırlanıb və ya membranın gümüş qatları var" və s. Bunlar hamısı bir marketinqdir. Bu gün Azərbaycanda tanınmış və keyfiyyətli filtrlərin qiyməti minimum 350 AZN, maksimum isə 1000 AZN-dir. Kimsə bu qiymətdən baha satırsa, deməli bu süni artırılmış qiymətdir. Sadəcə olaraq malın keyfiyyətinə nəzər yetirməyiniz kifayətdir .Su filtiri alarkən bunlara diqqət yetirin!

- Su filtrlərin istehsalında qida plastikdən istifadə olunduğu üçün üçün onun pis və spesifik qoxusu olmamalıdır;

- Su filtri alrkən məhsulun korpusunun hissələrinin çıxıntısız, nahamar və qəlibin izlərinin kobud şəkildə olmamasına nəzər yetirin;

- Su filtri alarkən sizə təqdim olunmuş məhsulun həqiqətən də rəsmi məhsul olduğunu yoxlamaq üçün internet axtarış sistemindən istifadə etmək lazımdır. Axtarış sistemində belə bir adda məhsul yoxdursa, həmin məhsulu almaqdan çəkinmək, yox həmin məhsulun adı internet axtarış sistemində çixarsa, məhsulun rəsmi veb səhifəsinə daxil olaraq orda olan şəkillər ilə sizə təqdim olunan məhsulun eyni olub-olmamasını müqayisə etmək gərəkdir;

- Məhsulun filtrlərinin tam paketlənmiş olmasına nəzər yetirin;

- Məhsulu alarkən onun tam komplektasiyasına nəzər yetirin;

- Məhsulun maksimal işləmə təzyiqini araşdırın (6 Bar-dan aşağı olmamaq şərti ilə);

- Məhsulun pasportunu tələb edin;

- Məhsulu aldığınız şəxsdən rəsmi zəmanət talonunu tələb edin (möhürlü və imzalı).

Filtrlərin əksəriyyəti iki formada istehsal olunur - sadə və keys formasında. Su filtrləri sahəsində iş təcrübəmizdən onu da deyə bilərik ki, sadə filtrlərə üstünlük verəsini. Çünki bu filtrlərin təmiri asan, ehtiyat hissələri isə daha tez tapılır".

metbuat.az

Sağlamlıq     Baxılıb: 2678   Tarix: 27 fevral 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

turlar.az

toy makiyaji sekilleri yay geyimləri 2026 maskalar xina qoymaq qaydasi atalar sozleri elme aid metbex qara noqteler ucun uz maskalari kosmetika aslan muellim seiri xanim az burclerin uyumu bürclər