Süd dişləri

Süd dişləriKörpələr süd dişlərini çıxararkən orqanizmlərində bəzi dəyişikliklər baş verir. Qızdırma, ishal, iştahasızlıq, arıqlama və s. bu dəyişikliklərdən ancaq bir neçəsidir. Körpələr əsasən 6-cı aydan etibarən süd dişlərini çıxarmağa başlayır və 2 yaş yarım olduqda tamamlayırlar.
Bəzi körpələr isə 4 aylarından sonra, bəziləri isə 12-16 aylıqlarında diş çıxarırlar. Mütəxəssislər belə hallara çox nadir rast gəlsələr də, normal olduğunu bildirirlər.

Süd dişləri düzgün danışmaq və qidalanmaq üçün əhəmiyyətli olduğu kimi, sonradan çıxacaq daimi dişlərin normal çıxması üçün də əhəmiyyətlidir. Körpələr dişçıxarma dövründə həssas olduqları üçün xəstəliklərə tutulma ehtimalları da artır. Məsələn, onlar tez-tez qızdırırlar. Əgər qızdırma 38 dərəcədən çoxdursa, demək, bu, xəstəlikdən xəbər verir. Ona görə də tədbirli olmaq, həkimə müraciət etmək məsləhətdir. Əgər ishal, öskürək prosesi uzun sürərsə, deməli, yenə də həkim məsləhətinə ehtiyac var.

Dişçıxarma dövründə tüpürcək artdığı üçün öskürək, dodaq və yanaq ətrafında qızartılar, yüngül çatlar müşahidə olunur. Buna görə də tüpürcək yumşaq bir dəsmalla qurulanmalı, qızaran və çatlayan yerlər nəmləndirici ilə nəmləndirilməlidir. Digər tərəfdən, tüpürcəyin artması ilə əlaqədar diş ətində qaşınmalar baş verir. Bu vaxt plastik olmayan rəngli süni "diş qaşıyıcılarından" istifadə etmək olar. Diş çıxarkən ətrafında qanama halları da baş verir. Bundan narahat olmayın. Bir də unutmayın ki, körpəyə dişçıxarma dövründə də, həmçinin ondan sonra da ən böyük dərman ana şəfqətidir.

Ailə və Uşaq     Baxılıb: 3695   Tarix: 01 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

turlar.az

qis geyimləri 2026 donlar 2026 geyim necə seçməli xiyar turşusunun hazırlanması sepkilere qarsi aybasi ucun derman necə tez arıqlayım kosmetika badambura tərəzi bürcü novruza aid hakista birlik haqqinda 8 mart