Süfrə mədəniyyəti

Süfrə mədəniyyətiBizim ən gözəl milli ənənələrimizdən biri elə süfrə mədəniyyətimizdir. Ailənin bir yerə yığışması, böyüyün yuxarı başda əyləşməsi, hər kəsin də öz yerini bilməsi həm ailədə tərbiyənin göstəricisidir, həm də bir səmimiyyətdir, doğmalıq hissinin təzahürüdür. Ata birinci olaraq "Bismillah!" deyib əlini süfrəyə uzadır, sonra da qalanları yeməyə başlayır. Ailədə səmimiyyət olandan sonra yeyilən yemək də ləzzətli olur.

Amma süfrə ilə bağlı elə qanunlarımız var ki, onları tapdamaq olmaz. Uşaqlara kiçik yaşlarından süfrə mədəniyyətini öyrətmək lazımdır. Stol arxasında necə oturmağı, qaşığı və ya çəngəli necə tutmağı, xörəyi necə yeməyi gərək ona kiçik yaşında öyrədəsiniz. Uşaqlara öyrətmək lazımdır ki, yemək yeyərkən dodaqlarını yumsunlar.
Bir də görürsən ki, biri yanında yemək yeyir və ağzını elə marçıldadır ki, iştahanız qaçır. Əlbəttə, bu, mədəniyyətsizlikdir. Çünki sənin bu cür yeməyin başqasının iştahını küsdürür. Ağız marçıldatmaq olmaz, uşağa öyrətmək lazımdır ki, yeməyi kiçik tikələrlə götürsün. Arabir danışmaq da olar, amma gəvəzəlik eləmək doğru deyil. Sizə zarafat gəlməsin, bu zamana qədər yediyi loxması nəfəs borusuna düşüb ölən adamlar da olub. Ona görə də süfrə arxasında danışmaq doğru hesab edilsə də, gəvəzəlik eləmək və ya gülmək düzgün deyil.
Süfrədən yarımçıq durmaq da mədəniyyətdən deyil. Hər kəs yeyib qurtarandan sonra süfrənin yığışdırılması, meyvənin və ya çayın verilməsi də bu gözəlliyin bir başqa davamıdır.
Bir önəmli məqama da diqqəti çəkmək istəyirik: əgər üzürlü səbəb yoxdursa, hər kəs süfrə başına toplaşmalıdır. Çünki dədə-babadan həmişə belə olub ki, ailə başçısı öz övladları ilə süfrə başında yemək yeyərkən həm də onların gündəlik məşğuliyyəti ilə maraqlanıb, nə iş gördüklərinin bir növ hesabını soruşub.

Mətbəx     Baxılıb: 5872   Tarix: 07 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması. Author: Selcan Xatun. Category: Ət Yeməkləri. Cuisine: Azərbaycan Mətbəxi. Yields:. 1 Serving. Qədim və zəngin Azərbaycan mətbəxinin adından və dadından xəbərsiz olduğumuz bölgələrin

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

.

Tuna balıqlı sendviç

Tərkibi. 50 qr konservləşdirilmiş Tuna balığı. 3 xörək qaşığı mayonez. 1 bibər. 1 soğan. duz. istiot. 1-2 pomidor. dilimlənmiş çörək. holland pendiri. 1 xörək qaşığı limon suyu. Hazirlama qaydasi. Tuna balığını konservdə

.

Ənənəvi bolognese və parmigiano ilə Tagliatelle Salumeri aşbazın resepti Casale Luciano

Tərkibi (xidmət başına. Tagliatelle pastası (sarı) - 100 q. Bolonya sousu - 150 qr. Kərə yağı - 20 q. Əlavə zeytun yağı - 10 q. Parmesan pendir - 10 q. Yeməli duz - 0,2 q. Qara bibər qarğıdalı - 1 q. Toyuq suyu - 150 ml

.

Mövsümi şorba: Düyü Yoğurt Şorbası Resepti

Pirinç Yoğurt Şorbası Resepti üçün Tərkibi. 2 -ci. litr. Bu. 5-6. yemək qaşığı. düyü. bir. yemək qaşığı (yığma). Şöhrət. bir. nömrə. yumurta. 1.5. su şüşəsi. qatıq. 2 -ci. çay qaşığı. duz. bir. desert qaşığı. quru nanə. Yuxarıdakıla

.

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Sürhüllü Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, (İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba, Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir yeməyidir. Xüsusilə qış aylarında yeyilə

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Bulkada julyen

Tərkibi. 2 ədəd bulka (hamburger bulkası). 5 ədəd göbələk. 1 ədəd toyuq filesi. 100 qr Holland pendiri. 400 ml süd. 4 xörək qaşığı un. 30 qr kərə yağı. duz. istiot. Hazirlama qaydasi. Öncə toyuq filesini xırda kub şəklind

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

turlar.az

gozel gorunmek qadin dunyasi sade makiyaj sekilleri 2026 payiz qis debi vaginal təmizlik hamilelik buruq sac duzumleri 2026 kosmetika vətənə aid bayatı vətən həsrəti məsəllər novruz bayramina aid vicdan