Sumqayıtda DƏHŞƏTLİ QƏTL - 4 yaşlı uşaq anasının başsız bədənini qucaqlayıb...

Sumqayıtda DƏHŞƏTLİ QƏTL - 4 yaşlı uşaq anasının başsız bədənini qucaqlayıb...Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini Elməddin Abışovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Qətl hadisəsi şəhərin 12-ci mikrorayonunda qeydə alınıb. Ötən il aprelin 27-də 32 yaşlı Elməddin Abışov həyat yoldaşı, 23 yaşlı Elnarəni xüsusi amansızlıqla qətlə yetirib.
Qısqanclıq və qətl
Aprelin 27-də günorta saatlarında övladları həyətdə oynayarkən ər və arvad evdə mübahisə edib. Bu zaman Elməddin Abışov bıçaqla həyat yoldaşına bir neçə zərbə endirib.
Daha sonra onun boğazını bıçaqla üzərək öldüyünə tam əmin olub. Qatil ər birbaşa polis bölməsinə gedib.
Könüllü olaraq özünü istintaqa təqdim edən və törətdiyi əməllə bağlı məlumat verən Elməddin Abışov hadisəni qısqanclıq zəminində törətdiyini, həyat yoldaşının ona xəyanət etdiyini iddia edib.
Elməddin Abışov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə məlum olub ki, Elməddin Abışov cinayəti törədən zaman anlaqsız olub. İstintaq orqanı belə nəticəyə gəlib ki, Elməddin Abışov cinayəti törədən zaman Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşüb.
Məlumat üçün bildirək ki, həmin maddənin təsiri altına düşən şəxsin barəsində ittiham hökmü çıxarıla bilməz. Onun barəsində məhkəmə məcburi müalicə tətbiq etməlidir.

Реклама 15
"Münasibətləri yaxşı olub"
Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə mərhum Elnarə Abışovanın anası Sevil Canbaxışzadə ifadə verib. Məhkəmə onu zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıyıb.
Göz yaşları içində ifadə verən Sevil Canbaxışzadə deyib ki, qızını öldürən şəxs onun bacısı oğludur: "Mən qızımı bu şəxsə vermirdim. Qızımı qaçırıb, sonradan toyları oldu. Ailə qurandan sonra münasibətləri yaxşı olub. Onların birgə nikahlarından iki övladı da dünyaya gəlib".
Sevil Canbaxışzadənin sözlərinə görə, hadisənin baş verməsinin səbəblərini dəqiq bilməyib: "Eşitdim ki, qızımı öldürüb, amma hadisənin hansı səbəbdən baş verdiyini bilməmişəm".
"Nəvəm qızımın başı kəsilmiş bədənini qucaqlayıb"
Mərhumun anası qeyd edib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşə bilməz. Onun sözlərinə görə, Elməddin Abışovun özünü anlaqsız aparmasını, onda hər hansı bir qeyri-adi nəsə olmasını görməyib.
Sevil Canbaxışzadə qızının 4 yaşlı övladından da danışıb: "Elməddin qızımın başını kəsərək öldürüb. Qızımın 4 yaşlı övladı həmin hadisənin şahidi olub. Nəvəm qızımın başı kəsilmiş bədənini qucaqlayıb, qan içində olan anasını bu vəziyyətə kimin saldığını soruşub".
Mərhumun anasının sözlərinə görə, bu hadisədən sonra 4 yaşlı uşağın psixikası pozulub.
Sevil Canbaxışzadənin sözlərinə görə, 4 yaşlı uşaq atasını özünə düşmən hesab edir: "4 yaşlı uşaq deyir ki, atam anamın qatildir, atamı öldürəcəm. Nəvəm hələ də özünə gələ bilmir, deyir ki, atamı da, özümü də öldürəcəm. Görün, bu azyaşlı uşağı hansı vəziyyətə salıb".
"Onu öldürəcəklər"
Sevil Canbaxışzadə qeyd edib ki, hadisədən bir neçə gün əvvəl, yəni aprelin 25-də qızının evində olub: "Onların ailəsində hər hansı bir problemin olmadığını gördüm. Qısqanclıq və narazılıqdan da danışmırdılar. İndi qızıma şər atır, ağzına gələni danışır. Mənim qızım necə qız idi, bunu hamı yaxşı bilirdi. Ona şər atmaq lazım deyil. Qızımın qatilindən qisas alacaqlar. Ona ağır cəzanın verilməsini istəmirik. Onun həbsdən çıxmasını gözləyənlər var. Onu öldürəcəklər".
Bu zaman söz alan təqsirləndirilən Elməddin Abışov bildirib ki, Elnarəni günahsız yerə öldürməyib: "Dəfələrlə görmüşəm, telefonla kiminləsə danışırdı. Mən Elnarəyə pis baxmamışam. Daşın-tozun içində işləmişəm, pul qazanıb, ailəmi dolandırmışam. Amma o, mənə xəyanət edib".
Daha sonra Sevil Canbaxışzadə hakimlərin suallarını cavablandırıb. O, qeyd edib ki, təqsirləndirilən şəxsin xəstəliyi ilə bağlı qızı ona heç nə deməyib: "Qızım könüllü olaraq Elməddinlə qaçıb, ona görə də ailə problemləri ilə bağlı mənə heç nə deməyib, hər şeyi məndən gizlədib. Qızım əri ilə münasibətlərinin yaxşı olduğunu deyib, heç vaxt şikayətlənməyib. Amma bu qızımı öldürüb, vicdansızdır. Ananı azyaşlı övladlarının gözü qarşısında qətlə yetirib. İndi azyaşlı uşaq qisas hissi ilə yaşayır, deyir ki, böyüyəndə atamı öldürəcəm".
Sonra hakimlər Elməddin Abışovun sağlamlığının yoxlanılması üçün kompleks məhkəmə ekspertizasının təyin edilməsi haqqında qərar qəbul ediblər. Hakim bildirib ki, Elməddin Abışovun sağlamlığının yoxlanılması üçün ekspertlər qarşısında bir neçə sual qoyulacaq.
Bu səbəbdən proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Ekspertizanın rəyi veriləndən sonra məhkəmə prosesi davam edəcək. (Teleqraf.com)

Xəbərlər     Baxılıb: 2693   Tarix: 12 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

toy gecesi donlar 2026 hamilelikde qidalanma 2026 qonaq otagi gözəllik qış tədarükü qara qaragatin faydalari kosmetika hamilelik sağlıq azerbaycan kondom nedir qız bürcü