"Sünnət edilən ölkələrdə bu xəstəlik olmur"

Qalmaqallı çıxışlar ilə tanınan Prof. Dr. Canan Karatay yenə də təəccüb doğuran açıqlama verib.
Milli.Az xəbər verir ki, tez-tez gündəmə gələn Karatay qatıldığı televiziya proqramında diqqətçəkən açıqlamalar verib. Bir sıra mövzulara toxunan professor kəskin tənqidi ilə yenə də gündəm olub.
Mütəxəssislərin böyük əksəriyyəti erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkərək 40 yaşdan yuxarı hər bir qadına mamoqrafiya etməyi tövsiyə etsə də, Karatay bunun tam əksini söyləyib və mamoqrafiya haqqında kəskin fikirlər səsləndirib: "Süd vəzi xərçənginin səbəbi mamoqrafiya mafiyasıdır", - o bildirib.
Erkən yaşlarda edilən HPV peyvəndlərini də tənqid edən Karatay, "Sünnət olunan ölkələrdə HPV olmur" söyləyib.
Qeyd: HPV cinsi yolla keçən insan papillomavirusudur. Onun yüzdən çox fərqli növü var. Bu növlərin bəziləri cinsi orqanlarda ziyillərə səbəb ola bilsə də, bəzi növləri zamanla xərçəng, xüsusilə uşaqlıq boynu (serviks), anüs, boğaz və cinsi orqan xərçəngi riskini artıra bilər.
Prof. Dr. Karatay qadınlara evdə istifadə olunan təmizlik məhsulları ilə bağlı da xəbərdarlıq edib:
"Bunlar xərçəng səbəbidir. Təmizlik vasitələrinin qoxusu xərçəng qoxusudur.Bu məhsulların yerinə daha təbii olan sirkə və karbonat tövsiyə edirəm"
Prof. Dr. Karatay idman zalında edilən ağırlıqqaldırma məşqlərini də tənqid edib: "Bədəni vəhşicəsinə yormayın. Sağlam olmaq istəyərkən sağlamlığınızı itirirsiniz. Hərəkət vacibdir, amma ağır məşqlər təhlükəlidir"
Prof. Dr. Karatay, bir müddətdir gündəmdən düşməyən Dubay şokoladı haqqında xəbərdarlıqlarını yenə təkrarlayıb: "Bu şokolad zəhərdən başqa bir şey deyil, içində çox sayda qatqı maddəsi var".
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1139   Tarix: 16 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

qadin sayti yaz geyimleri 2026 yay kolleksiyasi haqista hamileliyin elametleri emulqatorlar uşaq və təhsil kosmetika həsən bəy zərdabi cinsi qadin.az webnem tovuzlu hakışdalar