Suyu tam doğru şəkildə necə içmək lazımdır?

Suyu tam doğru şəkildə necə içmək lazımdır?Sadəcə yay mövsümündə deyil, sağlam həyat tərzi üçün də su içmə vərdişinin bütün il boyunca mənimsənilməsi gərəklidir.
Suyun həyat üçün vazkeçilməz olduğunu söyləyən qidalanma və diyet mütəxəssisi Çağatay Dəmirin fikrincə, su insan üçün oksigendən sonra ikinci ən önəmli tələbatdır. Qida qəbul etmədən həftələr boyu yaşamaq mümkündür, ancaq su olmadan bədənimiz sadəcə bir neçə gün dözə bilər.
Çoxlarımız suyun əslində necə dəyərli olduğuna əhəmiyyət vermirik. Lakin su insan bədənində həzm sistemindən tutmuş toxumaların çalışmasına, zərərli maddələrin bədəndən xaric olunmasından tutmuş  bədən temperaturunun balanslaşdırılmasına qədər bir çox yöndə həyati əhəmiyyət daşıyır. Bədənimizin 55-85 faizini təşkil edən su maddələr mübadiləsində də olduqca vacib rol oynayır. Sağlam şəkildə su içmə vərdişi günlük tələbatımıza uyğun, nizamlı və optimal pH nisbətində su içmək kimi xarakterizə olunur. Su içmək üçün susamağı gözləməyə ehtiyac yoxdur. Çay, qəhvə, meyvə suları da gün ərzində qəbul etdiyimiz mayelər sırasında daxildir, ancaq bir çoxunun sidikqovucu xususiyyətə malik olması səbəbilə suyu elə su şəklində içmək məsləhət görülür. Suyun ən yüksək səviyyədə faydalılığını təmin etmək üçün onu yeməklərdən 15 dəqiqə əvvəl içmək lazımdır. Əgər yemək əsnasında su içmək kimi bir vərdiş varsa, onu da davam etdirmək məqsədəuyğundur. Fiziki aktivlik göstəricilərindən asılı olaraq qəbul edilən suyun miqdarı fərqli ola bilər, ancaq gündə 1,5-2 litr su içməyi unutmayın.
Artıq çəkiniz varsa, daha çox su içməlisiniz
Su təbii olaraq iştahı azaldır və bədəndə toplanmış yağların metabolizminə yardımçı olur. Su müntəzəm şəkildə arıqlamaq üçün ən ideal formuldur. Araşdırmalar göstərib ki, qəbul edilən su miqdarı azaldıqda bədənə toplanan yağ miqdarı artmağa başlayır. Kilolu uşaqlar və böyüklərin metabolik yükləri çoxdur. Yağların istifadəsində suyun xüsusi yeri olduğu üçün artıq çəkiyə sahib olanlar suya daha çox ehtiyac duyurlar.
Yetərli miqdarda su içmək çox önəmlidir
Gün ərzində yetərli miqdarda su qəbul etmədikdə və bu bir vərdiş halını aldıqda başımıza nə gələ bilər? Diyetoloq Ç.Dəmirin fikrincə, susuzlaşdırma deyilən bədəndə maye həcminin azalması bir çox sağlamlıq problemlərinə gətirib çıxara bilər. Bu hal bədəndə yığılan toksik maddələrin dəri yolu ilə kənarlaşdırılması sistemini pozur və müxtəlif dəri problemlərinə (sədəf xəstəliyi, dermatit)  qarşı bədənimizin müqavimətini azaldır. Toksik maddələrin yığılması bakteriyaların inkişafına səbəb olur ki, bu da böyrək və sidik kisəsində iltihabi proseslərin yaranması ilə nəticələnə bilər. Toksinlərin bədəndən kənarlaşdırılmaması və yağ altında qalması arıqlamaq prosesini çətinləşdirir, suyun tərkibində olan müxtəlif qələvi mineralların çatışmazlığı səbəbilə də mədədə narahatlıqlar yaranmağa başlayır. Bunlarla yanaşı qan təzyiqində yüksəlmə, qəbizlik  və yaşlanma əlamətlərinin tez ortaya çıxması da suyu az içmənin verdiyi nəticələrdəndir.
Suyun tam doğru şəkildə içilməsi üçün:
- pH dəyəri 4,5-9,5 olan sulara üstünlük verin və səhər qalxdıqda mütləq 2 stəkan su için;
- artıq çəki probleminiz varsa, yemək yeyən zaman toxluq hissi yaratması üçün yeməkdən əvvəl mütləq su içməyə diqqət edin;
- Sidiyə getdikdən sonra itirilən suyun əvəzinə 1 stəkan su içməyi gözardı etməyin;
- Suyu hər zaman görə biləcəyiniz yerlərdə saxlayın. Xüsusilə əlinizin altında daim suyun olmasına diqqət edin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1237   Tarix: 26 oktyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

gozel gorunmek qadın geyimi makiyaj instagram yuxuyozmalar metbex qlazok dirnaqlar ucun maska kosmetika veten haqqinda bayatilar pehriz vətən haqqında atalar sözləri maraqlı olumu