Tanınmış aparıcı Mikayıl xanımına sərt qadağa: "Evlənəndə şərt kəsdim ki..."

Tanınmış aparıcı Mikayıl xanımına sərt qadağa: "Evlənəndə şərt kəsdim ki..."Dediyinə görə çox mehribandır. Amma ailəsi ilə bağlı danışanda elə sərt xüsusiyyətləri üzə çıxdı ki… Dostlarının "köhnə kişi" deyə xarakterizə etdikləri aparıcı Mikayıl Güləddinoğlunu deyirəm.

Onun Yenicag. az-a müsahibəsini təqdim edirik.

– Adətən, tədbirlərə tək qatılırsınız, xanımınızı görə bilmirik. Yəqin icazə vermirsiniz?

– Xanımım həm bu sahəyə aid deyil, həm də tədbirlərə qatılmaq onun özünə də maraqlı deyil. Hətta bəzən ona deyirəm ki, gəl, bir yerdə gedək, etiraz edir.

– Sizə "sərt həyat yoldaşı" demək olarmı?

– Adətən, mənə "köhnə kişi" deyirlər. Hər halda, mən bununla fəxr edirəm.

– Evdə son sözü siz deyirsiniz?

– İlk sözü də mən deyirəm, son sözü də. Evdə kişinin sözü keçməlidir.

– Yəni xanımınız "saqqızınızı" heç cür oğurlaya bilmir?

– Əvvəldən "saqqızım" olmayıb ki, oğurlansın. Mən "saqqızsızam".

– Evdə sərt qadağalarınız varmı?

– Qadağa yox, sərt tələblərim var. Elə bu tələblər də xanımım tərəfindən yerinə yetirildiyinə görə doqquz ildir ki, şad-firavan ömür sürürük.

– Ən sərt tələbiniz nədir?

– Evlənəndə şərt kəsmişəm ki, anama və atama yaxşı baxmalısan. Şükür Allaha, ailəmizdə bu hörmət-izzət qorunub saxlanılır. Xanımım həm də qohumdur -atamın xalası nəvəsidir. Biz bir-birimizi də əvvəldən tanımışıq deyə, ailə daxilində çətinliklərimiz olmadı.

– Heç xanımınızın geyiminə müdaxilə edirsinizmi?

– Əlbəttə. Düzdür, indiyə qədər xanımım əndazəni aşan geyimdə olmayıb. Amma iradlarım ola bilər.

– Ən dözülməz xüsusiyyətiniz hansıdır?

– Xəstələnməyim. Xəstələnəndə uşaqdan betər oluram. Adətən, mövsüm dəyişəndə immunutet zəifləyir və adam tez zökəm olur. Evdə deyirlər ki, kim xəstələnir xəstələnsin, təki Mikayıl xəstələnməsin. Səhərdən axşama qədər zarıyıram. Həmin dəqiqə qarşıma böyürtkən, zoğal, moruq mürəbbələri düzülür, üstümdə əsirlər.

– Nədə daha çox kaprizlisiniz – yeməkdə, geyimdə, yoxsa…

– Yox, qarşıma nə qoyublar yemişəm, geyimdə də kaprizlərim olmayıb. Evdə heç vaxt uşaqların üstünə qışqırmamışam, kimsə qışqıranda hövsələm çatmır, sərt reaksiya verirəm, hətta xanımıma da… Çünki uşağa ancaq 5-6 yaşından sonra nəsə izah etmək olar. Böyük qızımın 6 yaşı var, kiçik qızın 4. Oğlum da 11 aylıqdır.

– Qarderobda klassık tərzdə geyimləriniz çoxdur, yoxsa idman üslubunda?

– Kostyumlarım çoxdur. Təxminən 50 ədəd olar.

– Bəs aksesuarlar?

– Mənim saat kolleksiyam var. Çoxu brenddir, əksəriyyətini də dostlarım bağışlayıb.

– Satsanız, xeyli pul edər.

– Hesablamamışam (gülür).

– Sizə kobudluq edən insana ən sərt reaksiyanız necə olur?

– Yenə də "can" demişəm. Bunu məni tanıyanlar yaxşı bilir. Qədim yunan filosofu Diyojenə deyiblər ki, sənin haqqında pis danışırlar. Deyib ki, yəqin ona yaxşı danışmağı öyrətməyiblər.

– Kinli deyilsiniz ki?

– Qətiyyən. Burdan danışıram, 10 dəqiqədən sonra həmin adam gəlib mənimlə şirin danışır, onunla barışıram. Bəlkə də universitetdə oxuduğum vaxtlarda kiminləsə əlbəyaxa davam olub, amma yaşad dolduqca dəyişmişəm.

Xəbərlər     Baxılıb: 2198   Tarix: 11 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

turlar.az

donlar 2026 geyim şəkilləri sac duzumleri bürclər 2026 veremum erotik paltar dolmalar kosmetika əfsanələr gözellik layla atalar sozleri damla