Tanınmış həkim pandemiyadan çıxış yolunu AÇIQLADI
Pulmonoloq-allerqoloq Ramin Nəriman hesab edir ki, pandemiyanın bitəcəyi vaxtla bağlı verilən proqnozların əksəriyyəti özünü doğrultmur, bu barədə konkret fikir bildirmək çətindir. Lakin həkimin sözlərinə görə, vəziyyətdən bir çıxış yolu var, o da vaksinasiyadır.
Publika.az Rəmin Nərimanla müsahibəni təqdim edir:
- Ramin doktor, vaksinasiya yeni mutasiyaların qarşısını ala bilərmi?
- Vaksinlər mutasiyaların qarşısını alacaq vasitələr deyil. Bu barədə hər hansı elmi məlumat və sübut yoxdur. Vaksinasiya xəstəlikdən qorunmaq üçün ilkin profilaktika vasitəsidir, mutasiyanın qarşısını almaq kimi bir funksiyaya malik deyil.
- Hindistan mutantı ölkəmiz üçün hansı təhlükəni yaradır?
- Azərbaycan üçün hər hansı fərdi təhlükə daşımır. Amma Azərbaycan da dünyəvi ölkədir, demək olar ki, bütün dünya ölkələri ilə əlaqələri var. Odur ki, Hindistan ştammı dünyaya yayılarsa, ölkəmizdə də təsadüf oluna bilər. Onun fəsadları barədə hər hansı fikir bildirmək hələ tez olsa da, karantin qaydalarına ciddi şəkildə əməl etməyə davam etməliyik.
- Pandemiyanın ölkəmizdə nə zaman bitəcəyi barədə hər hansı proqnoz vermək mümkündürmü?
- Ümumiyyətlə, koronavirus haqqında söylənilən proqnozların əksəriyyəti özünü doğrultmur. Gələcəkdə Azərbaycanda vəziyyətin necə olacağı tək bizdən deyil, dünya ölkələrindən asılıdır. Bir ölkədə stabillik olarsa, digərində olmazsa, nəticədə vəziyyətin stabil olduğu ölkədə də problemlər yaranmağa başlayır. Eləcə də eyni hal Azərbaycanda baş verə bilər. Azərbaycanın başqa ölkələrlə əlaqəsi olduğu üçün bizdə stabillik olsa da, başqa ölkədən yenidən infeksiya gətirilə bilər.
Hər halda proqnostik olaraq düşünürəm ki, əgər peyvəndlənmə qaydasında aparılarsa, proses sürətlənərsə, gələcəkdə Azərbaycanda və digər dünya ölkələrində vəziyyət stabilləşəcək.
Aytən Məftun









Hakışta
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı
Sezen Aksu sevənlərə pis xəbər
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Güllünü öldürən doğma qızına bu cəza verildi
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
Necla Uyqur vəfat etdi
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır