Taxta qaşıqlar bu xəstəliklərə yol açırmış

Taxta qaşıqlar bu xəstəliklərə yol açırmışMətbəxdə tez-tez istifadə etdiyimiz və əksər insanların metal qaşıqlardan daha sağlam variant olduğunu düşündüyü taxta qaşıqların zərərli olduğu ortaya çıxıb.
Milli.Az xəbər verir ki, mütəxəssislər tavaların cızılmasının qarşısını alan təbii məhsullar olan taxta qaşıqlardan istifadə barədə xəbərdarlıq edirlər.
Taxta qaşıqlardan istifadə zamanı yaranan bu zərərlər qaşığın istehsal olunduğu ağac növündən asılıdır. Bəzi ağac növləri böyüdükləri torpaqdan asılı olaraq arsen və qurğuşun kimi ağır metalları torpaqdan udmaq qabiliyyətinə malikdir.
Hazırlandığı ağaca görə bu ağır metallar da qaşığın tərkibinə daxil olur. Bu metallar uzun müddət bədənə daxil olduqda zəhərli təsirlərə səbəb olur.
Bundan əlavə, qoz ağacları kimi bəzi ağac növləri tərkibindəki təbii allergiya maddələrinə görə həssas dərili insanlarda qaşınma və ciddi allergik reaksiyalara səbəb ola bilər. Bu səbəbdən taxta qaşıqdan istifadə edərkən onun hazırlandığı ağac növünə diqqət yetirmək lazımdır.
Zərərli bakteriya riski
Taxta qaşıqlardan istifadə edərkən diqqət yetirilməli olan digər bir məqam da zərərli bakteriyaların böyüməsidir. Taxta qaşıqların məsaməli və nəm uducu quruluşu qida qalıqlarını və rütubəti cəlb edə bilər ki, bu da bakteriyaların böyüməsinə zəmin yaradır.
Salmonella, listeria və digər ciddi nəticələrə səbəb olan bakteriyaların taxta qaşıqlarda, xüsusən də çiy ət və balıqla təmasda olduqda çoxaldığını görmək olar. Taxta qaşıqlar çiy qidalarla birlikdə istifadə edilməməli və normal istifadədən sonra tamamilə qurudulmalıdır. /Publika.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1127   Tarix: 01 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

Bəzi qida və içkilər dərmanların təsirini azalda və ya təhlükəli yan təsirlərə səbəb ola bilər. xəbər verir ki, bu barədə onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib. Onun sözlərinə görə, süd bəzi antibiotiklərin, xüsusil

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Kivini qabığı ilə yeməyin bu faydaları varmış

Kivinin lətli hissəsi C vitamini ilə zəngindir, həmçinin lif, kalium və K vitamini kimi vacib qida maddələri ehtiva edir. -a istinadən bildirir ki, kivini qabığı ilə birlikdə yemək orqanizm üçün daha çox fayda təmin edə bilər

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları,

turlar.az

gozel gorunmek yaz geyimleri 2026 kosmetoloq pirojna reseptləri göyəm mürəbbəsinin resepti 2026 qonaq otagi quru yemekler kosmetika qiz evi hakiwda qadin saglamlig novruz bayramina aid səməd vurğun