Təbii gözəlliyin 7 sirri

Təbii gözəlliyin 7 sirriBir çox qadın mükəmməl və qüsursuz görünmək üçün bədxərclik etməkdən çəkinmir, onlarla kosmetik vasitəyə və ya əməliyyata üz tutur. Lakin həm cibə, həm də sağlamlığa zərər vuran bu metodlardan uzaq olmaqla da mükəmməl görünüşə qovuşmağın yolları var.
Beləliklə,  qüsursuz görünmənizə yardımçı ola biləcək 7 əvəzsiz gözəllik sirrini təqdim edirik.
Gözəl dəri üçün
Bəlkə də cibinizə zərər verəcək kimyəvi kosmetik vasitələr yerinə daha ucuz başa gələn uşaq pudrasından istifadə edin. Digər professional məhsullar qədər təsirlidir. Bu pudra ilə makyajınız inanılmaz görünəcək. Makyajınızı tamamladıqdan sonra qalan pudranı yumşaq fırça ilə təmizləyə bilərsiniz.
Təbii gözəlliyin 7 sirriDaha bəyaz dişlər üçün
Dişlərin bəyazlığı qüsursuz görüntü üçün önəmlidir. Təəssüf ki, şirniyyat, çay, qəhvə kimi qidalar diş minasının üzərində ləkələr və izlər buraxır və saralmağa yol açır. Ev şəraitində bunun öhdəsindən gəlmək üçün sadə üsul var. Tək ehtiyacınız olan isə aptekdən əldə edə biləcəyiniz kömür həbləri. Bir neçə həbi əzin. Diş fırçasını əvvəl suya sonra toza batırın. 5 dəqiqə dişlərinizi ovalayın. Proseduru 2 həftə tətbiq etdikdən sonra nəticəyə inanmayacaqsınız.
Təbii gözəlliyin 7 sirriSaralmış dırnaqlar üçün
Saralmış dırnaqlarınızı ağartmaq istəyirsinizsə, bir az sodaya ehtiyacınız var. Soda dırnaq ətini yumşaldır və dırnaqlara zərər vermədən parladır. 2 çay qaşığı peroksid və yarım çay qaşığı sodanı qarışdırıb dırnaqlarınıza çəkin. 5 dəqiqə gözlədikdən sonra yuyun. Metodu bir neçə gün ara ilə tətbiq edin.
Hind yağı dırnağın uzanmasına kömək edir. A vitamini ayrılmış dırnaqları müalicə edir. Badam yağı möhkəmləndirir. Zəif dırnaqlarınızın üzərinə limon suyu çəkin. 2 həftədən sonra nəticədən razı qalacaqsınız.
Təbii gözəlliyin 7 sirriBotoksa alternativ
Qaşlarınızın arasında qırışıqlıq varsa, qırışığın üzərinə tibbi bant yapışdırın və səhərə qədər saxlayın.
Təbii gözəlliyin 7 sirriQüsursuz qolaltı üçün
Qollarınızın alt qismi tünd rəngdədirsə sadə və inamlı metod tətbiq edə bilərsiniz. 1 yemək qaşığı bal və rəndələnmiş kömür həbini qarışdırın. Qarışığı tünd yerlərə çəkin. 20 dəqiqə gözləyin və yuyun. Qarışımdan qalıbsa, üz maskası kimi istifadə edə bilərsiniz. Proseduru həftədə ən az 2-3 dəfə edin.
Təbii gözəlliyin 7 sirriŞişmiş ayaqlar üçün
Bu simptomla qarşılaşırsınızsa, öncə həkimə müraciət edin. Şişmiş ayaqlardan qurtulmaq üçün türkəçarələrə gəlincə, bunun üçün cəfəriyə ehtiyacınız olacaq. Cəfərini yuyub blenderdən keçirin. Daha sonra üzərinə isti su əlavə edib termosda saxlayın. Gündə 3 dəfə süzərək için.
Təbii gözəlliyin 7 sirri/gencaile.az

Gözəllik və Moda     Baxılıb: 3931   Tarix: 19 iyun 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

turlar.az

qadin sayti geyim dəbləri geyim şəkilləri allergik xəstəliklər quru yemekler sızanaqlara qarşı maskalar karikatura kosmetika tərəzi babasil novruza aid hakista arxadan olmag hakisda