Telefonun yanında niyə yatmaq olmaz?

Telefonun yanında niyə yatmaq olmaz?Sağlam yuxunun açarı yataq otağının düzgün işıqlandırılmasıdır. İşıq sirkadiyalı ritmin aparıcı tənzimləyicisi kimi xidmət edir və bədənə yatmaq və ya oyanmaq vaxtı olduğuna dair bir siqnal verir. 
Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına yuxu bioloqu, Rusiya Elmlər Akademiyasının Ali Əsəb Fəaliyyəti və Neyrofiziologiya İnstitutunun "Yuxu və oyaqlığın neyrobiologiyası" elmi-tədqiqat laboratoriyasının elmi işçisi Natalya Doroxova danışıb. 
Mütəxəssis qeyd edib ki, yuxunun keyfiyyəti birbaşa olaraq melatonin hormonunun istehsalının intensivliyindən asılıdır. Məsələ burasındadır ki, səhər və gün ərzində işıq gözün tor qişasına dəyir, beyinə günün aktiv hissəsi haqqında siqnal verir və gündüz hormonlarının istehsalına başlayır. Axşam günəş işığının parlaqlığı azaldıqda gündüz hormonları azalır olunur və melatonin istehsalı başlayır. Bədən yuxuya hazırlaşır.
Bu, ideal variantdır. Lakin müasir insan əsasən elektrik işıqlandırması ilə yaşayır. Günəş batır, orqanizm yuxuya hazırlaşmağa başlayır, melatonin istehsalı artır. Amma bol işıqlandırmanın olması bu prosesi ləngidir", - Doroxova bildirib.
Somnoloq ABŞ-ın Şimal-Qərb Universitetinin alimlərinin apardığı araşdırmaya istinad edərək, bu yaxınlarda hətta zəif işıqda yatmağın da orqanizm üçün zərərli olduğunu müəyyən edib. Gecə lampasının yandırıldığı bir otaq belə bu müddət ərzində orqanizm bərpa olunduğu dərin yuxu mərhələsini əhəmiyyətli dərəcədə azaldır. Doroxovanın sözlərinə görə, bu, yuxuda olan şəxsin istilik mübadiləsinin pozulmasına, ürək döyüntüsünün və qanda qlükozanın səviyyəsinin artmasına səbəb olur.
Mütəxəssis yuxu zamanı otağı işıq mənbələrindən tamamilə təcrid etməyi məsləhət görür. Bununla bağlı o, vətəndaşları gecə saatlarında telefonu söndürməyə və ya heç olmasa, təyyarə rejiminə keçirməyə çağırıb. Yanınızdakı smartfon mesajları qəbul edə, mobil proqramlara yeniləmələri endirə bilər. Ekran vaxtaşırı işıqlanır, insanın sinir sisteminə zərər verir və yuxunun keyfiyyətini pozur.
"Gecə oyanışlarınız varsa, o zaman minimum işıqlandırma səviyyəsinə malik, qırmızı və sarı işıq saçan gecə işıqlarından istifadə edə bilərsiniz. Onlar melatonin istehsalına ən az təsir göstərir və müvafiq olaraq, sağlamlıq üçün ən təhlükəsizdir", - Doroxova məsləhət gördü.

Sağlamlıq     Baxılıb: 6937   Tarix: 23 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

turlar.az

həkim məsləhəti toy gecesi qadin dunyasi stil dərsləri bizim məşhurlar vətən bayatıları könül kerimova kosmetika qz eviyçun hakışta novruz hakistalari suni mayalanma azerb clpaq qadinlari arxadan olmaq