Təranə Qumral məhkəməyə gəldi
Müğənnilər Təranə Qumralla Nazənin arasındakı məhkəmə prosesi davam edir.
Axşam.az-ın məlumatına görə, bu gün məhkəmənin hazırlıq iclası keçirilib. Prosesə müğənni Təranə Qumral və vəkili də qatılıb.
Nazənin və həyat yoldaşı Məhəbbət Həsənovun vəkili Heyrət Qarayev məhkəmə prosesi haqda saytımıza açıqlama verib:
"Qarşı tərəf nəhayət ki, məhkəməyə gəldi. Zərərçəkən qismində Nazənin xanımın prodüseri Pərviz Abbasov və vəkili də məhkəməyə qoşuldular. Növbəti məhkəmə prosesi 14 iyuna təyin edilib. Təranə Qumralın məhkəmə qərarını icra etmək fikri yoxdur. O bildirir ki, üzr istəməyəcək və təkzib yayımlamayacaq.
Qeyd edim ki, məhkəməyə ilk müraciət edən Təranə Qumral özü olub. Deyir ki, Nazənin xanım onu məhkəməyə verib, amma yalandır. Təranə Qumral məhkəmədə çıxış edən zaman Nazənin xanım qarşılıqlı iddia qaldırdı. Məhkəmə Təranə Qumralın şikayətini rədd etdi və ədalətli qərar çıxartdı".
Qeyd edək ki, Nazənin vəkili bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, qarşı tərəf məhkəmə qərarını icra etmədiyi üçün iş Ədliyyə Nazirliyinə göndərilib.
Təranə ilə Nazənin arasındakı qalmaqal uzun illərdir davam edir. Qalmaqal "ANS"in "Bazar səhəri" verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala "Səni ərimlə tutdum" demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin