Testlər hamiləliyi necə təyin edir?

Testlər hamiləliyi necə təyin edir?Hamilə olduğundan şübhələnən və aybaşı gecikməsi yaşayan bütün qadınlar aptekdən asanca ala biləcəkləri hamiləlik testi ilə hamilə olub-olmadığını öyrənə bilərlər. Bu həm son dərəcə ucuz, həm asan yoldur. Həm də testi yoxlayan qadından başqa kimsə nəticəni bilə bilməz. Çox qadın üçün bu, əhəmiyyətli faktordur. Qadın hamilə olub-olmadığını hər kəsdən əvvəl öyrənmək və bu xüsusi anı yaşamaq istəyir. Bundan başqa test hamilə olmadığını göstərsə, başqalarının bilməsini istəməyə bilər.

Testlər hamiləliyi necə təyin edir?

Hər hansı bir testin hamiləliyi göstərə bilməsi üçün HCG adlı hormonun varlığı əsas şərtdir. HCG hormonu yalnız hamiləlikdə ifraz olunan bir hormondur və bunun yaranması üçün döllənmiş yumurtanın uşaqlıq içinə yerləşməsi lazımdır. Bu ümumiyyətlə yumurtlamadan (ovulyasiyadan) təqribən 6-10 gün içində meydana gələn bir hormondur. Hormonun qanda kafi səviyyəyə çatıb, sidikdə də atılması üçün bir nece gün əlavə zamana ehtiyac vardır. Bu səbəblə yumurtlamadan təxminən 14 gün keçməsi lazımdır, yəni aybaşı gecikməsinin 1-2 günündə test neticəni göstərər. Amma qan testi ilə hətta aybaşı gecikməsini gözləmədən belə hamilə olub-olmadığını yoxlatdırmaq olar.

Hamiləlik testlərindən necə istifadə edilməlidir?

Hər hamiləlik testinin özünə aid xüsusiyyətləri ola bilər. Bu səbəblə aptekdən test aldıqda istifadə təlimatını mütləq oxuyun. Test üçün ən uyğun nümunə orta axın sidikdir. Yəni sidik etməyə başlayıb bir az sidiyi boşa axıtdıqdan sonra sidik nümunəsi almanız daha uyğundur.

Testlər ən tez nə vaxt nəticə göstərə bilər?

"Yoldaşımla əlaqədə oldum, daha sonra dərhal gedib hamiləlik testi aldım, nəticə mənfi çıxdı. Qətiliklə hamilə olmadığımdan əmin ola bilərəm" şəklində olan suallar hal-hazırda ginekoloqlara ən çox verilən suallardan biridir. Bu qədər erkən dövrdə hamiləlik olub-olmadığını ancaq Allah bilər. Daha əvvəl də ifadə etdiyim kimi, hamiləlik testinin hamiləliyin təyin etməsi üçün embrionun uşaqlıq içinə yerləşmiş olması lazımdır. Bu səbəblə test ən tez yumurtlamadan sonrakı 14 gündə müəyyən (aybaşı gecikməsinin 1-2 günündə) oluna bilər. Aybaşı gecikməsinin təqiribən 1-2 gündə edilən test mənfi çıxarsa və 1 həftə ərzində yenə də aybaşı gecikməsi yaşasanız, mütləq testi yenidən edin. Yuxarıda da qeyd edildiyi kimi, qan analizi ilə isə aybaşı gününə 3-4 gün qalmış belə hamiləliyi təyin etmək olar.

Testi etmədən əvvəl sidik nə qədər müddət tutulmalıdır?

Testi etdiyiniz gün nə qədər aybaşıdan keçsə, sidik tutmanız üçün lazım olan müddət o qədər azalır. Məsələn, gözlədiyiniz aybaşıdan 1 həftə keçmişsə, sidik tutmadan hər hansı bir zamanda testi yoxlaya bilərsiniz. Əgər aybaşını gözlədiyiniz gündəysəniz, ya da aybaşı 1-2 gün gecikibsə, bu halda 4 saat sidiyə çıxmayıb daha sonra testi etməlisiniz.

Testlər hansı formada olur?

Apteklərdə satılan dəyişik markalardakı sidik testləri bir-birindən fərqlidir. Bu səbəblə istifadə etdiyiniz testin istifadə təlimatını mütləq diqqətlə oxuyun. Ümumiyyətlə, sidik testlərində 3 pəncərə olur. Bunlardan biri sidik nümunəsi üçün, yan-yana olan iki pəncərə isə nəticə göstərmək üçündür. Nəticə pəncərəsindəki xəttin rənginin açıq, ya da tünd olmasının fərqi yoxdur, hər 2 halda müsbət nəticə deməkdir. Bəzi hallarda testin mənfi olmasına baxmayaraq, bir müddət daha gözlənildiyi zaman yüngül bir xətt ortaya çıxa bilər. Bu şübhəli nəticə ifadə edır, ya hamilə olmanıza baxmayaraq HCG miqdarı testin hiss edə biləcəyi səviyyəyə çatmamışdır, ya da hamilə deyilsiniz, ancaq test başqa bir şeyə reaksiya verib. Hər iki vəziyyətdə testin 1-2 gün sonra təkrar edilməsi, ya da qanda hamiləlik testi edilməsi lazımdır.

Test hansı səbəbdən səhv nəticə verər?

Testin səhv olaraq mənfi nəticə verməsinin əsas səbəbi qandakı HCG hormonunun aşağı səviyyədə olması ilə əlaqədardır. Bu hal ancaq testin çox tez yoxlanılması zamanı olur. Testin xarab, ya da son istifadə tarixinin keçmiş olmamasına da diqqət etmək lazımdır. Səhv olaraq test müsbət nəticə göstərməsi çox nadir hallarda görülür. Bəzən test sidikdəki başqa bir hormona (məsələn, LH) reaksiya verməsi və ya folekul çatlatmaq məqsədilə edilən HCG iynəsindən sonra da səhv müsbət nəticələr göstərə bilər. Bu səbəblə əgər HCG iynəsindən istifadə etmisinizsə, test 12-14 gün sonra edilməlidir.

İstifadə edilən dərmanlar, ya da iynələr səhv nəticələrə səbəb ola bilərmi?

İçində HCG ehtiva etməyən dərmanlar səhv nəticəyə səbəb olmaz. Sonsuzluq müalicəsində istifadə edilən HCG iynəsindən başqa heç bir antibiotik, ağrıkəsici, hamiləlik əleyhinə həblər testin səhv nəticə verməsinə səbəb olmaz.

Xəbərdarlıq

Aybaşı gecikməsi mütləq qiymətləndirilməsi lazım olan əhəmiyyətli bir sağlamlıq problemidir. Testin mənfi çıxdığı halda əgər 10 gün ərzində aybaşınız hələ də başlamadısa, mütləq ginekoloqunuzla görüşməlisiniz. Testin müsbət olması halında belə normal bir hamiləlik olduğu mənasını verməz. Bu səbəblə normal hamiləliyin varlığını təsdiq etmək və uşaqlıqdankənar hamiləlik başda olmaqla hər hansı anormallıq olub-olmadığını yoxlatmaq şərtdir. Hər aybaşı gecikməsi vəziyyətində test müsbət, ya da mənfi olsun, mütləq həkiminizlə görüşməlisiniz. Unutmayın ki, test müsbət nəticə verərkən əlavə araşdırmaya ehtiyac olmasa da, testin mənfi olması mütləq hamilə olmadığınız demək deyildir.

Ailə və Uşaq     Baxılıb: 41823   Tarix: 15 sentyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

toy makiyajlari geyim necə seçməli sade makiyaj sekilleri toy ucun maraqli ideyalar asan kakos yagi dekorasiya kosmetika qardasa aid haxistalar cinsi elaqe novruz bayramina aid hakistalar seksual tapmaca